Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə51/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   47   48   49   50   51   52   53   54   ...   69

 
 
222
 
 
 
2006-2010-cu illərdə BMT-nin Ərzaq və  Kənd Təsər-
rüfatı  Təşkilatının (FAO) Azərbaycan Kənd Təsərrüfatı 
Nazirliyi ilə birgə müvəffəqiyyətlə həyata keçirdiyi “Fermer 
təsərrüfatlarının məlumat və monitorinq sisteminin 
yaradılmasına köməklik” texniki əməkdaşlıq layihəsinin, 
2011-ci ildən isə Avropa Qonşuluq Siyasəti Şərq məkanında 
ərzaq təhlükəsizliyi üzrə  qərarların qəbul edilməsinin 
yaxşılaşdırılması üçün məlumat sistemləri üzrə AB/FAO 
Proqramının fəal icraçılarından biridir. 
Kənd təsərrüfatında struktur dəyişiklikləri, istehsalın 
tənzimlənməsi, iqlim dəyişikliklərinin kənd təsərrüfatı 
istehsalına təsiri, aqrar sahədə informasiya təminatı kimi 
mövzularda 10-dan çox elmi məqalənin müəllifidir. 
Ailəlidir, 2 övladı var.  
 
 
 


 
 
223
 
 
 
Məmmədova Müşfiqə Əjdər qızı 
 
Məmmədova Müşfiqə  Əjdər qızı 
1973-cü ildə iyun ayının 29-da Gəncə 
şəhərində anadan olmuşdur. Orta 
təhsilini 1980-1990-cı illərdə  Gəncə 
şəhəri 18 nömrəli dəmir yol məktə-
bininin rus bölməsində almışdır. 1995-ci 
ildə Azərbaycan Kənd Təsərrüfatı 
Akademiyasının «İqtisadiyyat» fakül-
təsini fərqlənmə diplomu ilə bitirmişdir. 1995-ci ildən-2000-
ci ilədək «Gəncə Yağ-piy» ATSC-nin iqtisadiyyat şöbəsində 
iqtisadçı  vəzifəsində  işləmişdir. 2002-2003-cü ildə Azər-
baycan Müəllimlər İnstitutunun Sumqayıt filialında «İbtidai 
təhsil pedaqoqika və metodikası» ixtisası üzrə tam yenidən 
hazırlanma kursunu bitirmişdir. 2003-cü ildən Az.ETKTİ və 
Tİ-nun  «Dövlət tənzimlənməsi»  şöbəsində baş iqtisadçı, 
2004-cü ildən indiyədək həmin  şöbədə böyük elmi işçi 
vəzifəsində  işləyir. M.Ə.Məmmədova elmi işlə yanaşı 
pedaqoji fəaliyyətlə  də  məşğuldur.  Əmək və Sosial 
Münasibətlər Akademiyasında «Mühasibat (idarəetmə) 
uçotu», «Mühasibat (maliyyə) hesabatı», «Beynəlxalq 
iqtisadi münasibətlər», «Sığorta», «Gəlirlər və  əmək haqqı 
siyasəti» fənlərini tədris edir.  
Beynəlxalq və respublika əhəmiyyətli elmi-nəzəri və 
praktik konfranslarda məruzələr və çıxışlar edib, elmi-nəzəri 
jurnallarda (həmçinin Tbilisi və Moskva şəhərlərində), 
institutun elmi toplularında, konfrans materiallarında 22 
adda elmi əsəri dərc edilib.  


 
 
224
 
 
 
2003-cü ildən Az.ETKTİ və Tİ-nun elmi şurasının qərarı 
ilə 08.00.05 - «Xalq təsərrüfatının iqtisadiyyatı  və idarə 
edilməsi (kənd təsərrüfatı)» ixtisası üzrə dissertant olmuş, 
2010-cu ildə «Aqrar sahədə xarici - iqtisadi əlaqələrin dövlət 
tənzimlənməsi» mövzusunda dissertasiya işini müdafiə 
etmişdir. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti 
yanında Ali Attestasiya Komissiyasının  qərarına əsasən ona 
iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 
M.Ə.Məmmədova 2006-2010-cu illərdə Az.ETKTİ  və 
Tİ – da elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim 
olunan dissertasiyaların müdafiəsini keçirən D 04.113 
Dissertasiya  Şurası  nəzdində daima fəaliyyət göstərən elmi 
seminarın üzvü olub.  
 
 


 
 
225
 
 
 
Əhmədov Famil Talverdi oğlu  
 
- 04 may 1981- ci ildə  Lənkəran 
rayonunun Viyən kəndində anadan 
olmuşdur; 
- 1998 - ci ildə  Lənkəran rayonun 
Viyən kənd orta məktəbini bitirmişdir;  
- 1998 - ci ildə «Odlar Yurdu» 
Universitetinin «İqtisadiyyat və Menec-
ment» fakültəsinə daxil olmuş və 2002-
ci ildə Universitetin «İqtisadiyyat və Menecment» fakül-
təsinin bakalavr dərəcəsini, 2004 – cü ildə isə  həmin 
Universitetin «İqtisadiyyat və Menecment» fakültəsinin 
magistraturasını bitirmişdir;  
- 2005 - ci ildə Azərbaycan Elmi Tədqiqat Kənd 
Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun 08.00.05 – 
«Xalq təsərrüfatının iqtisadiyyatı  və idarə edilməsi (kənd 
təsərrüfatı)» ixtisası üzrə əyani aspiranturasına qəbul olmuşdur. 
-  2008 - ci ildə  aspiranturanı bitirmiş və 2009-cu ildə 
«Aqrar bazarın formalaşmasında istehsal potensialından 
səmərəli istifadənin rolu» mövzusunda dissertasiya işini 
müdafiə edərək,  iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə 
layiq görülmüşdür.  
Famil Talverdi oğlu Əhmədov 1,8 çap vərəqi  həcmində 
9 məqalə və tezisin müəllifidir.  
Hazırda Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının 
İqtisadiyyatı  və  Təşkili  İnstitutunun «Ərzaq təhlükəsizliyi» 
şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 
Ailəlidir. 
 
 


 
 
226
 
 
 
Tağıyev Albert Həmid oğlu 
 
Tağıyev Albert Həmid oğlu 1940-cı 
il mart ayının 6-da Azərbaycan 
Respublikasının Tovuz rayonunun 
Aşağıquşçu kəndində qulluqçu ailəsin-
də anadan olmuşdur. 1947-ci ildə 
Tovuz rayonu Aşağıquşçu kənd orta 
məktəbinə daxil olmuş  və 1957-ci ildə 
həmin məktəbi gümüş medalla 
bitirmişdir. 
1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda 
Bakı Dövlət Universiteti) “Mexanika – riyaziyyat ” 
fakültəsinə daxil olmuş və 1965-ci ildə qeyd edilən fakultəni 
“hesablayıcı - proqramçı” ixtisası ilə bitirmişdir.  
Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının 
Kibernetika İnstitutunda başlamışdır.  
Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Universi-
tetinin Hesablama Mərkəzində “riyaziyyatçı – proqramçı ” 
kimi işə qəbul olunmuşdur. 
1967-ci ildə Azərbaycan Dövlət Plan Komitəsinin 
nəzdində Elmi Tədqiqat  İqtisadiyyat  İnstitutunun (ETİİ) 
aspiranturasına daxil olmuşdur və Moskva şəhərinə ezam 
olunmuş, 1974-cü ildən “İqtisadiyyatın riyazi və 
instrumental üsulları ” (08.00.13.) ixtisası üzrə iqtisad 
elmləri namizədidir. 
1970–1976-cı illərdə Azərbaycan Dövlət Plan Komitəsi 
nəzdində ETİİ-də kiçik elmi işçi, baş elmi işçı, müxtəlif 
sektorların müdiri vəzifələrində çalışmışdır. 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə