Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə50/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   46   47   48   49   50   51   52   53   ...   69

 
 
216
 
 
 
fəaliyyətini  davam  etdirməklə yanaşı 2011-ci  ildən 
Az.ETKTİ və Tİ-nun doktorantıdır. 
Q.B.Hacıyev 2006-2010-cu illərdə Az.ETKTİ və Tİ — da 
elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan 
dissertasiya  müdafiəsini  keçirən  № 04.113 Dissertasiya 
Şurası  nəzdnində  daima  fəaliyyət  göstərən  elmi  seminarın 
üzvü  olub.  O,  institutun  ictimai  işlərində  fəal  iştirak  edib, 
2001-2004-cü 
illərdə  institutun  Həmkarlar  İttifaqı 
Komitəsinin büro üzvü olub. 
 
 


 
 
217
 
 
 
Hüseyn Ramil Zahid oğlu 
 
Hüseyn Ramil Zahid oğlu 1977-ci 
ildə anadan olub. 1994-cü ildə orta 
məktəbi bitirərək Qafqaz Universitetinin 
«İnzibati idaretmə» fakültəsinin  əyani 
şöbəsinə daxil olmuş  və 1999-cu ildə 
təhsilini başa vuraraq bakalavr dərəcəsi 
almışdır. 2000-ci ildə Azərbaycan 
Respublikasının Prezidenti yanında 
Dövlət  İdarəçilik Akademiyasının magistraturasına qəbul 
olmuş, 2002-ci ildə magistraturanı  fərqlənmə diplomu ilə 
bitirmişdir. Həmin ildə də Azərbaycan Elmi-Tədqiqat Kənd 
Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda 08.00.05 - 
«Xalq təsərrüfatının  iqtisadiyyatı  və idarə edilməsi (kənd 
təsərrüfatı)» ixtisası üzrə aspiranturaya qəbul olmuş, 2006-cı 
ildə dissertasiya işini müdafiə edərək, Azərbaycan Respub-
likası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 
qərarına əsasən iqtisad üzrə fəlsəfə doktoru dərəcəsinə layiq 
görülmüşdür. 2010-cu ildə dosent elmi adını almışdır.  
2011-ci ildə Katoloniya Universitetinin ərzaq təhlükə-
sizliyi üzrə xüsusi kursunu bitirmiş, 2012-ci ildə Çin Xalq 
Respublikasının Dövlət Qulluqçuları üçün Beynəlxalq 
Akademiyasında kurs keçmişdir. Hazırda Azərbaycan Elmi-
Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunda elmlər doktoru proqramı üzrə təhsil alır. 
Əmək fəaliyyətinə 2006-cı ildən Azərbaycan Elmi-
Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunun «İstehsalın maddi-texniki bazası  və aqroservis 


 
 
218
 
 
 
xidməti» şöbəsində elmi işçi  kimi başlamış, daha sonra isə 
“Ərzaq təhlükəsizliyi”  şöbəsində aparıcı elmi işçi 
vəzifəsində çalışmışdır. 2010-cu ildən - 2012-ci ilə  qədər 
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı 
və  Təşkili  İnstitutunun «İstehsalın iqtisadi səmərəliliyinin 
artırılması  və sahibkarlığın inkişaf problemləri»  şöbəsinin 
müdiri vəzifəsində  işləmiş, hal-hazırda isə  «İnformasiya 
Təminatı  və Monitorinq Sisteminin Təşkili»  şöbəsində 
aparıcı elmi işçi vəzifəsində  işləyir. 1 monoqrafiyanın, 35 
elmi məqalə və tezislərin müəllifidir. 
 
 


 
 
219
 
 
 
Salahov Sənan Sadıq oğlu 
 
Salahov Sənan Sadıq oğlu  1973-
cü ildə Bakı  şəhərində anadan olmuş 
və 1990-cı ildə Bakı  şəhəri 158 
nömrəli orta məktəbi bitirmişdir. 
Ali təhsilini 1990-1995-ci illərdə 
Bakı Dövlət Universitetinin «Tətbiqi 
riyaziyyat və kibernetika»  fakültə-
sində almışdır.  
1995-ci ildə 08.00.13 iqtisadi-riyazi üsullar ixtisası üzrə 
Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş, 
2001-ci ildə isə  «İkisektorlu neoklassik inkişaf modelində 
keçid iqtisadiyyatı  şərtləri daxilində iqtisadi stabillik» 
mövzusunda dissertasiya işini müdafiə edərək, iqtisad 
elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 
1995-1998-ci illərdə Bakı Dövlət Universitetinin hüquq 
fakültəsinin qiyabi şöbəsində  təhsil alaraq hüquqşünas 
ixtisasına yiyələnmişdir. 
Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası 
Gənclər və  İdman Nazirliyinin Bakı  şəhəri Nərimanov 
rayonu idarəsinin inspektoru vəzifəsində başlamışdır. Həmin 
ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 
Ərazi idarəetmə orqanları ilə  iş  və kadr hazırlığı idarəsinin 
aparıcı inspektoru vəzifəsində işləmişdir. 
1997-2006-cı illərdə Azərbaycan Respublikası Ali 
Məhkəməsinin aparatında müxtəlif vəzifələrdə  işləmişdir. 
İşlədiyi müddətdə  ədliyyə müşaviri ixtisas dərəcəsinə layiq 
görülmüşdür. 


 
 
220
 
 
 
2006-cı ildən Elmi-Tədqiqat Kənd Təsərrüfatının 
İqtisadiyyatı və Təşkili institutunda aparıcı elmi işçi işləyir. 
Həmin institutun doktorantıdır.  
Bu müddətdə 12 elmi məqalə dərc etdirmişdir.  
Ailəlidir, iki övladı var. 
 
 


 
 
221
 
 
 
Şalbuzov Namiq Əlövsət oğlu 
 
Şalbuzov Namiq Əlövsət oğlu 10 
aprel 1978-ci ildə  İsmayıllı rayonunun 
Qalacıq kəndində anadan olmuşdur. 
1996-cı ildə Azərbaycan Dövlət  İqtisad 
Universitetinin “İqtisadiyyatın dövlət 
tənzimlənməsi” fakültəsinin  əyani  şöbə-
sinə daxil olmuş, 2000-ci ildə bakalavr 
pilləsini fərqlənmə ilə bitirərək, həmin 
universitetin magistraturasına qəbul olmuş, 2002-ci ildə 
magistraturanı  fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü 
ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının 
İqtisadiyyatı  və  Təşkili  İnstitutunun  əyani aspiranturasına 
qəbul olmuş, 2006-cı ildə Azərbaycan  Elmi-Tədqiqat Kənd 
Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda 
yaradılmış N04.013 Dissertasiya Şurasında dissertasiya işini 
müdafiə etmiş, iqtisad üzrə  fəlsəfə doktoru elmi dərəcəsi 
almışdır.  
Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Elmi-
Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunun “Aqrar sahədə struktur islahatları  və istehsalın 
iqtisadi səmərəliliyinin yüksəldilməsi problemləri” şöbəsində 
iqtisadçı  vəzifəsində başlamış  və sonradan həmin  şöbədə 
elmi işçi vəzifəsində çalışmışdır. 2008-ci ildən hal-hazıradək 
“Yeni təsərrüfatçılıq formalarında informasiya təminatı 
sisteminin, ilkin uçotun təşkili və monitorinqi” şöbəsinin 
müdiri vəzifəsində  işləyir. 10 elmi məqalənin və 1 
monoqrafiyanın müəllifidir. 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə