Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə53/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   49   50   51   52   53   54   55   56   ...   69

 
 
231
 
 
 
Abbasov Teymur Abbas oğlu 
Abbasov Teymur Abbas oğlu 1956-
cı il noyabr ayının 15-də Naxçıvan 
rayonunun (indiki Babək) Cəhri 
kəndində anadan olumuşdur. 1978 – 
1982-ci illərdə D.Bünyadzadə adına 
Azərbaycan Xalq Təsərrüfatı 
İnstitutunda təhsil almışdır. 1982-ci 
ildən 1986-cı ilədək Naxçıvan Alt 
Trikotaj fabrikində baş mühasibin müavini, sonra baş 
mühasib, 1986-cı ildən 1990-cı ilədək Naxçıvan Sovxoz 
texnikumunda baş mühasib və müəllim vəzifələrində 
işləmişdir.  
1990-cı ildən Naxçıvan Dövlət Universitetində  işləyir. 
1997-ci ildən 2004-cü ilədək “İqtisad” fakültəsinin dekan 
müavini, 2000-ci ildən “Mühasibat uçotu və maliyyə” 
kafedrasının dosenti, 2004-cü ildən isə “Mühasibat uçotu və 
maliyyə” kafedrasının müdiridir.  
1991-ci ildə Az.ETKTİ və Tİ – nin aspiranturasına daxil 
olub və 1995-ci ildə oranı bitir-mişdir. 1997-ci ildə  həmin 
institutda namizədlik dissertasiyası müdafiə etmiş və iqtisad 
elmləri namizədi alimlik dərəcəsini almışdır. Teymur Abbas 
oğlu Abbasov 2011-ci ildə “Aqrar bazarın formalaşmasının 
regional problemləri (Naxçıvan Muxtar Respublikasının 
materialları 
əsasın-da)” mövzusunda doktorluq 
dissertasiyasını müdafiə etmişdir.  
Teymur Abbas oğlu Abbasov gənc nəslin təlim – 
tərbiyəsi sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə 
2007-ci ildə Azərbaycan Respublikası  Təhsil Nazirliyinin 


 
 
232
 
 
 
fəxri fərmanı ilə təl-tif edilmiş, 2011-ci ildə elm sahəsindəki 
nailiyyətlərinə görə ictimai elmlər üzrə İlin Alimi fəxri adına 
layiq görülmüşdür.  
Teymur Abbas oğlu Abbasov Maliyyə Hesabatlarının 
Beynəlxalq Standartları  və Milli Mühasibat Uçotu 
Standartlarına keçid mövzusunda təlim kurslarında iştirak 
etmiş və Beynəl-xalq Uçot sertifikatları almışdır. 
110 – dan artıq elmi əsərin, 4 monoqrafiyanın, 2 kitab və 
3 dərs vəsaitinin müəllifidir. 5 əsəri xarici ölkələrdə çap 
edilib. 
Ailəlidir, 2 oğlu, 1 qızı var.  
 
 
 


 
 
233
 
 
 
Abbasov Fazil Həşim oğlu 
 
Abbasov Fazil Həşim oğlu 7 noyabr 
1944-cü ildə Azərbaycan Respublikasının 
Füzuli rayonunun Aşağı Seyidəhmədli 
kəndində doğulub. 1962-ci ildə V.İ.Lenin 
adına APİ-nun “Fizika-riyaziyyat” 
fakültəsinin “Riyaziyyat fizika” şöbəsinə 
daxil olub. 1963-1966-cı illərdə Sovet 
ordusu sıralarında qulluq edib, 1970-ci 
ildə V.İ.Lenin adına APİ-ni bitirib, 1970-1979-cu illərdə 
Fizuli rayonunda müəllim, işləmişdir.1979-1995-ci illərdə 
Füzuli rayonunda partiya, sovet və  təsərrüfat orqanlarında 
məsul vəzifələrdə çalışmışdır. 
1989-cu ildə  Gəncə  Kənd Təsərrüfatı Akademiyasının 
“Kənd təsərrüfatı iqtisadiyyatı  və  təşkili”  şöbəsini 
bitirmişdir. 
1995-2002-ci illərdə Az.ETKTİ  və  Tİ-da, elmi işçi, 
böyük elmi işçi, baş elmi işçi,  şöbə müdiri vəzifələrində, 
“Əmək və sosial münasibətlər Akademiyasında” kafedra 
müdiri vəzifəsində  işləmişdir. 2002-ci ildən, hazıradək 
Azərbaycan Kooperasiya Universitetində “Biznesin təşkili, 
dövlət və bələdiyyə idarəetməsi” kafedrasının müdiridir. 
Tədqiqat sahəsi “08.00.05- Xalq Təsərrüfatının iqtisadiy-
yatı və idarəedilməsi (kənd təsərrüfatı)” ixtisası üzrə 4 may 
2001-ci il tarixdən iqtisad elmləri namizədi, ona 13 fevral 
2008-ci ildən dosent elmi adı verilmişdir. 


 
 
234
 
 
 
Dissertasiya işi “Bazar münasibətləri  şəraitində  kənd 
təsərrüfatı  məhsullarının satışının təşkilinin təkmil-
ləşdirilməsi” mövzusundadır. 
“Qloballaşma  şəraitində aqrar bazarda dövlət himayə-
sinin formalaşmasının iqtisadi problemləri” mövzusunda 
doktorluq dissertasiyası üzərində işləyir və Az.ETKTİ və Tİ-
nun doktorantıdır. 
F.H.Abbasov 22,3 çap vərəqi həcmində 45 elmi 
məqalənin və tezisin, 1 monaqrafiyanın, bunlardan əlavə 10 
dərs proqramının və 6 istehsalat təcrübəsi vəsaitinin 
müəllifidir. 
 
 
 


 
 
235
 
 
 
Abbasov Rəşad Vaqif oğlu 
 
Abbasov Rəşad Vaqif oğlu 1978-
ci ildə  Lənkəran  şəhərində   anadan 
olmuşdur. 1984-cü ildə ilk təhsilini 
orta məktəbdə başlamışdır. 1995-ci 
ildə orta məktəbi bitirmişdir. Elə 
həmin ildə Azərbaycan Respublikası 
Xalq Təsərrüfatı 
İnstitutunda 
“İqtisadiyyatın tənzimlənməsi” 
fakültəsinə daxil olmuşdur. 1999-cu ildə institutu 
bitirmişdir. 2001-ci ildə  Lənkəran Dövlət Universitetində 
“İstehsal sahələrinin iqtisadiyyatı  və idarə edilməsi” 
fakültəsində magistraturaya qəbul olmuş  və 2003-cü ildə 
magistraturanı bitirərək magistr pilləsinə yiyələnmişdir. 
2004-cü ildə Azərbaycan Respublikası “Odlar Yurdu” 
Universitetində aspiranturaya daxil olmuşdur. 2007-ci ildə 
aspiranturanı bitirmişdir. 
2010-cu ildə 
“Əhalinin həyat səviyyəsinin 
yüksəldilməsinin dövlət tənzimlənməsi” mövzusunda 
namizədlik dissertasiyası müdafiə edərək iqtisad üzrə 
fəlsəfə doktoru adına yiyələnmişdir. Hal-hazırda “Odlar 
Yurdu” Universitetində müəllim işləyir. 
9 məqaləsi var. 1-i xaricdə çap olunub. 
Ailəlidir,  2 övladı var. 
 
 


 
 
236
 
 
 
Abasov Nicat Səməndər oğlu 
 
Abasov Nicat Səməndər oğlu 1982 – 
ci ildə Azərbaycan Respublikasının 
Quba  şəhərində anadan olmuşdur. 
İbtidai təhsilini Quba rayon 
A.Məmmədov adına 2 saylı orta 
məktəbdə alıb. 1999 – cu ildə orta 
məktəbi bitirərək, Azərbaycan Dövlət 
İqtisad Universitetinin “Beynəlxalq 
İqtisadi Münasibətlər” fakültəsinə daxil olmuşdur. 2003 – cü 
ildə ADİU – nin bakalavr pilləsini fərqlənmə diplomu ilə 
bitirərək təhsilini davam etdirmək məqsədi ilə eyni ixtisas 
üzrə magistr pilləsinə daxil olmuşdur. 2005 – ci ildə 
universitetin magistr pilləsini fərqlənmə diplomu ilə 
bitirərək, təhsilini daha yüksək pillədə davam etdirmək üçün 
sənədlərini Azərbaycan Kooperasiya Universitetinin 
aspirantura şöbəsinə təqdim etmiş və həmin pillə üzrə “Xalq 
təsərrüfatının iqtisadiyyatı və idarəedilməsi” ixtisasına daxil 
olmuşdur. 2008 – ci ildə aspirantura şöbəsi üzrə  təhsilini 
başa vuraraq iqtisad üzrə fəlsəfə doktoru elmi adını almışdır. 
Bu müddət  ərzində 8 elmi məqaləsi dərc edilmişdir, o 
cümlədən: 

 Respublikada aparılan islahatlar şəraitində xarici 
ticarət  əlaqələrinin formalaşdırılması problemləri. Az. 
ETKTİ və Tİ – nun Elmi əsərləri, Bakı – 2005, № 3. səh 46-
51. 0,4 ç.v 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə