Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə56/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   52   53   54   55   56   57   58   59   ...   69

 
 
247
 
 
 
2008-ci ildən hal – hazıra kimi Azərbaycan Kooperasiya 
Universitetində  “İqtisadiyyat və menecment” kafedrasının 
müdiri vəzifəsində işləyir. 
30 elmi məqalənin, 1 monoqrafiyanın, 2 dərs vəsaitinin 
və 8 fənn proqramının müəllifidir. 
Bir övladı (oğlu) var. 
 
 


 
 
248
 
 
 
ƏlizadəAsif Həmid oğlu 
 
Əlizadə Asif Həmid oğlu – 29 
oktyabr 1978-ci ildə Ermənistan Respub-
likasının Masis rayonunun Mehmandar 
kəndində ziyalı ailəsində anadan 
olmuşdur. 1984-cü ildə doğulduğu 
Mehmandar kənd orta məktəbinin 1-ci 
sinfinə. daxil olmuş  və orta təhsilini 
1995-ci ildə başa vurmuşdur. 
1996-2000-ci illərdə Azərbaycan Dövlət  İqtisad 
Universitetində ali təhsilin bakalavr pilləsini, 2000-2002-ci 
illərdə  həmin universitetin “Mühasibat uçotu və audit” 
ixtisası üzrə magistratura pilləsini fərqlənmə ilə bitirmişdir.  
2003-cü ildən Azərbaycan Elmi Tədqiqat Kənd 
Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda  əyani 
aspirant kimi elmi araşdırmaya başlamışdır. 2006-cı ildə 
aspiranturanı bitirmiş  və növbəti il “Ərzaq bazarının 
qorunmasının iqtisadi mexanizminin təkmilləşdirilməsi” 
mövzusunda dissertasiya işini müdafiə etmişdir. 2008-ci ildə 
isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali 
Attestasiya Komissiyası  tərəfindən iqtisad elmləri namizədi 
alimlik dərəcəsinə layiq görülmüşdür. Həmin vaxtdan 
Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı 
və  Təşkili  İnstitutunun müxtəlif  şöbələrində baş  və aparıcı 
elmi işçi vəzifələrində çalışmışdır.  
Yazdığı elmi məqalələr beynəlxalq elmi konfrans və res-
publika səviyyəsində keçirilmiş seminarlarda məruzə 
olunmuş, müzakirə edilərək kitab və elmi jurnallarda nəşr 
edilmişdir. 


 
 
249
 
 
 
15 iyul 2011-ci il tarixdən Azərbaycan Respublikasının 
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar 
baş idarəsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışır.  
Ailəlidir, iki övladı var. 
 
 


 
 
250
 
 
 
Əliyev Şəmsəddin Camalxan oğlu 
 
Əliyev  Şəmsəddin Camalxan oğlu 
1962-ci il dekabr ayının 10-da Cəlilabad  
rayonunun Çinar kəndində anadan olub. 
1970-ci ildə  Cəlilabad rayonunun 
Çinar kənd 8-illik məktəbinə 1-ci sinfə  
getmiş, 1978-ci ildə 8-ci sinfi  qurtardıqdan 
sonra Bakı Baza Energetika texnikumunun 
(BET) “Sənaye müəssisələrinin və 
qurğularının elektrik avadanlığı” ixtisası üzrə I kursuna 
qəbul olunmuşdur. 1982-ci ildə texnikumu qurtarmış  və 
Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin 
göndərişinə əsasən həmin texnikumda laborant vəzifəsinə işə 
götürülmüşdür.  
1982-1984cü illərdə Moskva vilayətində  hərbi 
xidmətində olub. Hərbi xidmətdə olduğu müddətdə Moskva 
şəhərində 1 illik qiyabi hərbi jurnalistlər məktəbini 
bitirmişdir. 
Hərbidən tərxis olunduqdan sonra, 1984-1989-cu illərdə  
BET-də istehsalat təcrübə ustası  və ixtisas müəllimi 
işləmişdir. 
1985-ci ildə Novoçerkask Politexnik İnstitutunun  (NPİ) 
“Energetika” fakültəsinə  qəbul olunmuşdur. 1987-ci ildə 
köçürmə yolu ilə  NİMİ-nin  “İqtisadiyyat” fakültəsinə 
keçmiş və 1990-ci ildə həmin institutu bitirmişdir. 
1990-cı ildə Bakı  şəhəri Oktyabr rayonu 30 №-li seçki 
dairəsindən rayon sovetinə deputat seçilmişdir. 


 
 
251
 
 
 
1989-2011-ci illərdə Bakı baza Energetika texnikumu-
nun komsomol komitəsinin katibi, Oktyabr rayon İcraiyyə 
Komitəsində yeniyetmələrin işləri üzrə müfəttiş, Bakı şəhəri  
Yasamal rayon İcra Hakimiyyəti Başçısının  köməkçisi, 
Azərbaycan Respublikası Milli Bankının  İdarə heyətinin 
katibi, “Eltexbank” Kommersiya Bankının  İdarə heyətinin  
Sədri, “Rabitəbank” Səhmdar Kommersiya Bankının 
“Qazanbank” filialının müdiri, ASC-nin “Yasamal” filialının 
müdiri,  “Expressbank” ASC-nin Maliyyə departamentinin 
direktoru, “Expressbank” ASC-nin “Yasamal” filialının 
müdiri, “Zaminbank” ASC-nin “Bakı” filialının müdiri 
vəzifəsində işləmişdir.      
1995-ci ildən 1998-ci ilə  qədər Azərbaycan Kənd 
Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat, Kənd Təsərrüfatının 
İqtisadiyyatı  və  Təşkili  İnstitutunun disertantı olmuşdur. 
1998-ci ildə “Bazar münasibətlərinin formalaşmasının  əsas 
istiqamətləri” mövzusunda disertassiya işini müdafiə etmiş 
və Azərbaycan Respublikası Ali Attestasiya Komissiyanın 
qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 
1997-ci ildən hal-hazıra qədər Bakı Neft Energetika 
Kollecində  İqtisadiyyat müəllimi və Dövlət Attestasiya 
Komissiyasının (Dövlət  İmtahan Komissiyasının) Sədri 
vəzifəsində fəaliyyət göstərir.    
Evlidir, iki övladı var. 
 
 


 
 
252
 
 
 
Əlirzayev Emin Əli oğlu 
 
Əlirzayev Emin Əli oğlu 1983-cü 
ildə Bakı  şəhərində ziyalı ailəsində 
anadan olmuşdur. 2000-ci ildə 289 
saylı “Zəngi” litseyini əla qiymətlərlə 
bitirərək, Azərbaycan Dövlət  İqtisad 
Universitetinin «Maliyyə-kredit”» 
fakultəsinə daxil olmuşdur. 2004-cü 
ildə  həmin universitetin bakalavr, 
2006-cı ildə isə magistr pilləsini «Maliyyə-Kredit»” ixtisası 
üzrə  fərqlənmə diplomları ilə bitirmişdir. 2006-2009-cu 
illərdə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının 
İqtisadiyyatı və Təşkili İnstitutunun əyani şöbəsinin aspirantı 
olmuşdur. 2009-cu ildə i.e.d., professor S.V.Salahovun elmi 
rəhbərliyi ilə  “Azərbaycanın kənd təsərrüfatının inkişafında 
qeyri-dövlət maliyyə resurslarının formalaşması  və idarə 
olunması” mövzusunda dissertasiyanı müdafiə edərək iqtisad 
üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 
Əmək fəaliyyətinə 2009-cu ildə aspirantura təhsilini 
bitirdikdən sonra başlamış, 2009-2011-ci illərdə Azərbaycan 
Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 
Xəzər rayon şöbəsinin Fərdi uçotun təşkili sektorunun 
aparıcı  məsləhətçisi, Azərbaycan Elmi Tədqiqat Kənd 
Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi 
işçi, DSMF-nin Xəzər rayon şöbəsinin Gəlirlər sektorunun 
məsləhətçi-hüquqşünası, DSMF-nin Suraxanı rayon 
şöbəsinin Fərdi uçotun təşkili sektorunun aparıcı 
məsləhətçisi vəzifələrində çalışmışdır. 2012-ci ildən 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə