Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə57/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   53   54   55   56   57   58   59   60   ...   69

 
 
253
 
 
 
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə 
Fondunun mərkəzi aparatında Fərdi uçotun təşkili şöbəsinin 
Sığorta olunanların məlumatlandırılması  və arxivləşdirmə 
sektorunun məsləhətçisi vəzifəsində çalışır. Dövlət 
qulluqçusudur.  
Alman, ingilis, rus və türk dillərini bilir. 
Yeni Azərbaycan Partiyasının üzvüdür. 
21 adda məqalə  və tezisi monoqrafiyada, “İqtisadiyyat 
və həyat”, Odlar Yurdu Universitetinin Ekoloji və Pedaqoji 
xəbərləri, Az.ETKTİ  və  Tİ-nin Elmi əsərləri, “İqtisadiyyat 
və audit”, “Maliyyə  və uçot”, AMEA İqtisadiyyat 
İnstitutunun “Milli iqtisadiyyatın problemləri”, Rusiya EA-
nın, «Обшество  и  экономика»,  İqtisad Universitetinin 
“İqtisad elmləri: nəzəriyyə  və praktika”, jurnallarında və 
konfrans materiallarında dərc olunmuşdur. 
Evlidir. 
 
 


 
 
254
 
 
 
Əmrahov Vahid Tofiq oğlu 
 
Əmrahov Vahid Tofiq oğlu 1971-ci 
il dekabr ayının 8-də Goranboy rayonu-
nun Todan kəndində ziyalı ailəsində 
anadan olmuşdur. 1978-ci ildə Todan 
kənd orta məktəbində  təhsilə başlamış, 
1987-1989-cu illərdə Bakı  ş., 1 saylı 
respublika fizika-riyaziyyat təmayüllü 
orta məktəbdə oxumuş, 1990-1995 - ci 
illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 
(hazırkı Azərbaycan Dövlət Aqrar Universiteti) “Kənd 
təsərrüfatının iqtisadiyyatı” fakültəsində ali təhsil almışdır. 
1995-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 
“Kənd təsərrüfatının iqtisadiyyatı” kafedrasında assistent 
vəzifəsində  əmək fəaliyyətinə başlamışdır. 1999 - cu ildə 
namizədlik dissertasiyası müdafiə etmiş, 2003-cü  ildə 
“Aqrar iqtisadiyyat və xarici iqtisadi əlaqələr” kafedrasına 
müdir seçilmişdir. 2004-cü ildən dosentdir. Hazırda Aqrar 
menecment və marketinq kafedrasının müdiridir.  
2003-cü ildən Az.ETKTİ    və  Tİ-nun doktorantıdır. 1 
dərslik, 1 monoqrafiya, 3 metodiki vəsait, 10 proqram, 50-
dən çox elmi məqalənin müəllifidir.  
 
Xarici mətbuatda 7 məqaləsi, o cümlədən 6-sı Moskvada 
dərc olunmuşdur. 
 
 
 


 
 
255
 
 
 
Fərhadi Püstə Oruc qızı 
 
Fərhadi Püstə Oruc qızı 1966-cı 
ildə Quba rayonunda anadan olmuşdur. 
1986-cı ildə Bakı Sovet Ticarəti 
Texnikumuna daxil olmuş, 1988-ci ildə 
həmin texnikumu fərqlənmə diplomu ilə 
bitirmişdir. 1999-cu ildə Azərbaycan 
Dövlət  İqtisad Universitetinə daxil 
olmuşdur. 2003 –cü ildə bakalavr 
pilləsini qutararaq, həmin universitetin magistratura 
pilləsinə daxil olmuşdur, 2006-cı ildə magistratura 
pilləsini bitirmişdir. 1993-cü ildə Azərbaycan Elmi 
Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunda laborant, iqtisadçı, baş iqtisadçı, kiçik elmi 
işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifəsinə  qədər 
yüksəlmişdir. 2001-ci ildən 2010-cu ilə  qədər  İnstitut 
Həmkarlar  İttifaqı Komitəsinin sədri vəzifəsində 
çalışmışdır. 2006-cı ildən Aqrar İstehsalçılar  İctimai 
Birliyinin sədri, Qeyri Hökumət  Təşkilatları Forumunun 
və İqtisadçılar İttifaqının üzvüdür. Hal-hazırda Elm-Təhsil 
Mərkəzi Təfəkkür Universitetində  və Bakı Biznes 
Universitetində baş müəllim vəzifəsində çalışır. Ölkədə və 
xaricdə çap olunmuş 100-ə yaxın elmi məqalənin 
müəllifidir. “Kommersiya fəaliyyətinin 
əsasları,” 
“Marketinqin kommunikasiya sistemi,” “Biznes əlaqələri” 
fənləri üzrə  metodik vəsait və 3 proqram Təhsil Nazirliyi 
tərəfindən qrif alaraq  nəşr edilmişdir. 


 
 
256
 
 
 
Respublikada regional və Beynəlxalq konfransların, 
seminarların, aqrar sahənin inkişafı ilə bağlı layihələrin 
iştirakçısıdır. 
2009-cu ildə “Meyvə-tərəvəz yarımkompleksində 
inteqrasiya  əlaqələrinin təkmilləşdirilməsi” mövzusunda 
dissertasiya müdafiə edərək iqtisadiyyat üzrə  fəlsəfə 
doktoru,  2010-cu ildə isə dosent adını almışdır. 
 
 


 
 
257
 
 
 
Hüseynova Məlahət Soltan qızı 
 
Hüseynova Məlahət Soltan qızı 
1967-ci il yanvar ayının 1-də Göyçay  
şəhərində anadan olmuşdur.  
1974-cü ildə Göyçay rayonunun 
Qarabaqqal kəndində orta məktəbin 1-ci 
sinfinə getmiş  və 1984-cü ildə orta 
təhsilini əla qiymətlərlə bitirmişdir. 
1987-ci ildə Sumqayıt Dövlət  
Universitetinin “Kimya istehsalının maşın və aparatları” 
fakültəsinə daxil olmuş, 1992-ci ildə  universitetin “Kimya 
istehsalının maşın və aparatları” ixtisası üzrə    tam  kursu 
bitirərək “Mühəndis-mexanik” ixtisasına yiyələnmişdir. 
M.Hüseynova 1992-2005-ci illərdə Sumqayıt Dövlət 
Universitetinin  “Standartlaşdırma və sertifikatlaşdırma” 
kafedrasında assistent, 2005-ci ildən isə Sumqayıt Dövlət 
Universitetinin  “Tədris Metodiki” şöbəsində  istehsalat 
təcrübə rəhbəri vəzifəsində çalışmışdır. 
2008-ci ildə Az.ETKTİ və Tİ-da “Yeni iqtisadi sistemdə 
aqroemal bazarının inkişafı  və idarə edilməsinin 
təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını 
müdafiə edərək iqtisad üzrə  fəlsəfə doktoru elmi dərəcəsi 
almışdır.  
2009-cu ilin sentyabr ayının 10-dan hal-hazıra kimi 
Sumqayıt Dövlət Universitetinin “Biznesin təşkili və idarə 
edilməsi”  kafedrasında baş müəllim vəzifəsində çalışır. 
2011-ci ildən etibarən dosentdir.  


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə