Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə64/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   61   62   63   64   65   66   67   68   69

 
 
289
 
 
 
edilməsinin təşkili sahəsində, menecment, marketinq və s. 
üzrə iki kitabın, 40-dan çox elmi məqalənin müəllifidir. 
Azərbaycan dili ilə yanaşı, rus, ingilis, polyak və türk dilini 
bilir. Ailəlidir iki övladı var. Yeni Azərbaycan partiyasının 
üzvüdür. 
 
 


 
 
290
 
 
 
Quliyev Vaqif Məhərrəm oğlu  
 
Quliyev Vaqif Məhərrəm oğlu 1950-
ci  ilin  noyabr  ayının 10-da  Gürcüstan 
Respublikası  Bolnisi  rayonunun  Ayorta 
kəndində    anadan  olmuş, 1968-ci  ildə 
D.Bünyadzadə  adına  Azərbaycan  Xalq 
Təsərrüfatı İnstitutuna daxil olmuş, 1972-
ci  ildə  həmin  institutun  Uçot-İqtisad 
fakultəsini bitirmişdir. 
İnstitutu  bitirdikdən  sonra    bir  müddət  Azərbaycan 
Dövlət Əmək Əmanət Kassaları İdarəsində təftişçi-mühasib 
işləmiş, 1972-1973-cü 
illərdə 
hərbi 
xidmətdə 
olmuşdur.Hərbi  xidməti  başa  vurduqdan  sonra    Quliyev 
V.M. 1974-cü  ildən 1976-cı  ilə  qədər  Azərbaycan  Elmi-
Tədqiqat  Kənd  Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunda  (Az.ETKTİ  və  Tİ)  işləmiş, 1976-cı  ildə  həmin 
institutda əyani aspiranturaya daxil olmuş və təhsilini davam 
etdirmək  üçün  Moskva  şəhərinə — Ümumittifaq  Elmi-
Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutuna ezam 
olunmuşdur. 
1981-ci  ildə    həmin  institutda  dissertasiya  müdafiə 
edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 
Aspiranturada  təhsilini  başa  vurduqdan  sonra  Quliyev 
V.M. Az.ETKTİ və Tİ-yə qayıtmış, 1988-ci ilə qədər  həmin 
institutda elmi işçi, Elmi Katib və şöbə müdiri vəzifələrində 
işləmişdir. 
1988-ci  ildə  müsabiqə  yolu  ilə    Azərbaycan  Dövlət 
İqtisad Universitetinə müəllim keçmiş, hal-hazırda da həmin 


 
 
291
 
 
 
institutun  «Mühasibat  uçotu»  kafedrasının  dosenti 
vəzifəsində  işləyir.  Müxtəlif  dövrlərdə  o, «Uçot-iqtisad» 
fakültəsinin dekan müavini  vəzifəsini icra etmişdir.  
Quliyev  V.M.  ölkədə  uçot  və  hesabatın  yenidən 
qurulması, onların beynəlxalq praktikaya uyğunlaşdırılması, 
tədris  prosesinin  yeni  sistemə  uyğunlaşdırılması  sahəsində 
fərdi fəaliyyət göstərmişdir. 
V.M.Quliyev AR Nazirlər Kabinetinin 25 avqust 2005-ci 
il  tarixli 250 nömrəli  qərarı  ilə  Azəraycan  Respublikasının 
Mühasibat Uçotu üzrə Məsləhət Şurasının üzvü seçilmişdir. 
O,  bir  neçə  dərsliyin,  tədris  vəsaitinin,  çoxlu  sayda 
proqramların, metodik göstərişlərin və 70-dən çox məqalənin 
müəllifidir. O, uçot-hesabat sahəsində və digər sahələr üzrə 
keçirilən  bir  çox  yerli  və  beynəlxalq  konfransların  fəal 
iştirakçısı  olmuş,  maraqlı  və  aktual  problemlərə    dair 
məruzələrlə çıxış etmişdir. 
Quliyev V.M. ailəlidir, iki övladı var.  
 
 


 
 
292
 
 
 
Mahmudova Sədaqət Mikayıl qızı 
 
Mahmudova Sədaqət Mikayıl qızı 
1946-cı ildə Salyan rayonunda 
qulluqçu ailəsində anadan olub. 1964-
cü ildə M. Əzizbəyov adına Azər-
baycan Neft və Kimya İnstitutuna 
daxil olub, 1970-ci ildə  həmin 
institutu bitirib, mühəndis iqtisadçı 
ixtisası almışdır. 
1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Kənd 
Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda laborant 
vəzifəsinə qəbul olunmuşdur. 1970-ci ildən 1976-cı ilə qədər 
«Kənd təsərrüfatının ixtisaslaşdırılması  və yerləşdirilməsi» 
şöbəsində kiçik elmi işçi vəzifəsində işləmişdir. 1976-cı ilin 
mart ayında həmin institutun əyani aspiranturasına daxil 
olub, 1980-ci ildə  aspiranturanı bitirmişdir. 1982-ci ildə 
dissertasiya işini müdafiə edib iqtisad elmləri namizədi 
alimlik dərəcəsi adı almışdır. Aspiranturanı bitirdikdən sonra 
həmin  şöbədə baş elmi işçi vəzifəsində  işləmişdir. 25 elmi 
əsərin müəllifi olan  S.Mahmudova uzun müddət institutun 
elmi şurasının üzvü olmuşdur. 
2008-ci ildə dünyasını dəyişmşdir. 
 
 


 
 
293
 
 
 
Mirzəyeva Hicran Əmirxan qızı 
 
Mirzəyeva Hicran Əmirxan qızı 
1979-cu ildə sentyabrın 4-də    Sumqayıt 
şəhərində anadan olmuşdur. 1986-1996-
cı illərdə Sumqayıt  şəhər T.İsmayılov 
adına 29 saylı orta məktəbi bitirmişdir. 
1997-ci ildə Azərbaycan Dövlət  İqtisad 
Universitetinin “Ərzaq mallarının 
əmtəəşunaslığı” fakültəsinə  daxil olmuş
2001-ci ildə bakalavr pilləsini başa vurmuş, həmin ildə 
Azərbaycan Dövlət  İqtisad Universitetinin magistraturasına 
daxil olmuş və 2003-cü ildə magistr dərəcəsi almışdır. 2003-
2009-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd 
Təsərrüfatının  İqtisadiyyatı və  Təşkili İnstitutunda  böyük 
elmi işçi, aparıcı elmi işçi, kadr işləri üzrə baş mütəxəssis, 
“Ümumi” şöbənin müdiri vəzifələrində işləmişdir.  
2009-2010-cu illərdə Azərbaycan Respublikası 
Auditorlar Palatasında aparıcı mütəxəssis və baş mütəxəssis
2010-cu ildə isə “Aqrarkredit” Qapalı Səhmdr Cəmiyyətində 
mühasib vəzifəsində işləmişdir. 
2004-cü ildə Az.ETKTİ  və  Tİ-da dissertanturaya qəbul 
olmuş  və 2010-cu ildə  həmin institutda  fəaliyyət göstərən 
ixtisaslaşdırılmış  dissertasiya şurasında namizədlik  işini  
müdafiə edərək iqtisad üzrə  fəlsəfə doktoru alimlik dərəcəsi 
almışdır. Bu müddətdə respublika  və xarici ölkələrin 
nüfuzlu nəşrlərində 20-dən çox  elmi məqaləsi dərc 
olunmuşdur.  


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə