289
edilməsinin təşkili sahəsində, menecment, marketinq və s.
üzrə iki kitabın, 40-dan çox elmi məqalənin müəllifidir.
Azərbaycan dili ilə yanaşı, rus, ingilis, polyak və türk dilini
bilir. Ailəlidir iki övladı var. Yeni Azərbaycan partiyasının
üzvüdür.
290
Quliyev Vaqif Məhərrəm oğlu
Quliyev Vaqif Məhərrəm oğlu 1950-
ci ilin noyabr ayının 10-da Gürcüstan
Respublikası Bolnisi rayonunun Ayorta
kəndində anadan olmuş, 1968-ci ildə
D.Bünyadzadə adına Azərbaycan Xalq
Təsərrüfatı İnstitutuna daxil olmuş, 1972-
ci ildə həmin institutun Uçot-İqtisad
fakultəsini bitirmişdir.
İnstitutu bitirdikdən sonra bir müddət Azərbaycan
Dövlət Əmək Əmanət Kassaları İdarəsində təftişçi-mühasib
işləmiş, 1972-1973-cü
illərdə
hərbi
xidmətdə
olmuşdur.Hərbi xidməti başa vurduqdan sonra Quliyev
V.M. 1974-cü ildən 1976-cı ilə qədər Azərbaycan Elmi-
Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili
İnstitutunda (Az.ETKTİ və Tİ) işləmiş, 1976-cı ildə həmin
institutda əyani aspiranturaya daxil olmuş və təhsilini davam
etdirmək üçün Moskva şəhərinə — Ümumittifaq Elmi-
Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutuna ezam
olunmuşdur.
1981-ci ildə həmin institutda dissertasiya müdafiə
edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
Aspiranturada təhsilini başa vurduqdan sonra Quliyev
V.M. Az.ETKTİ və Tİ-yə qayıtmış, 1988-ci ilə qədər həmin
institutda elmi işçi, Elmi Katib və şöbə müdiri vəzifələrində
işləmişdir.
1988-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət
İqtisad Universitetinə müəllim keçmiş, hal-hazırda da həmin
291
institutun «Mühasibat uçotu» kafedrasının dosenti
vəzifəsində işləyir. Müxtəlif dövrlərdə o, «Uçot-iqtisad»
fakültəsinin dekan müavini vəzifəsini icra etmişdir.
Quliyev V.M. ölkədə uçot və hesabatın yenidən
qurulması, onların beynəlxalq praktikaya uyğunlaşdırılması,
tədris prosesinin yeni sistemə uyğunlaşdırılması sahəsində
fərdi fəaliyyət göstərmişdir.
V.M.Quliyev AR Nazirlər Kabinetinin 25 avqust 2005-ci
il tarixli 250 nömrəli qərarı ilə Azəraycan Respublikasının
Mühasibat Uçotu üzrə Məsləhət Şurasının üzvü seçilmişdir.
O, bir neçə dərsliyin, tədris vəsaitinin, çoxlu sayda
proqramların, metodik göstərişlərin və 70-dən çox məqalənin
müəllifidir. O, uçot-hesabat sahəsində və digər sahələr üzrə
keçirilən bir çox yerli və beynəlxalq konfransların fəal
iştirakçısı olmuş, maraqlı və aktual problemlərə dair
məruzələrlə çıxış etmişdir.
Quliyev V.M. ailəlidir, iki övladı var.
292
Mahmudova Sədaqət Mikayıl qızı
Mahmudova Sədaqət Mikayıl qızı
1946-cı ildə Salyan rayonunda
qulluqçu ailəsində anadan olub. 1964-
cü ildə M. Əzizbəyov adına Azər-
baycan Neft və Kimya İnstitutuna
daxil olub, 1970-ci ildə həmin
institutu bitirib, mühəndis iqtisadçı
ixtisası almışdır.
1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Kənd
Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda laborant
vəzifəsinə qəbul olunmuşdur. 1970-ci ildən 1976-cı ilə qədər
«Kənd təsərrüfatının ixtisaslaşdırılması və yerləşdirilməsi»
şöbəsində kiçik elmi işçi vəzifəsində işləmişdir. 1976-cı ilin
mart ayında həmin institutun əyani aspiranturasına daxil
olub, 1980-ci ildə aspiranturanı bitirmişdir. 1982-ci ildə
dissertasiya işini müdafiə edib iqtisad elmləri namizədi
alimlik dərəcəsi adı almışdır. Aspiranturanı bitirdikdən sonra
həmin şöbədə baş elmi işçi vəzifəsində işləmişdir. 25 elmi
əsərin müəllifi olan S.Mahmudova uzun müddət institutun
elmi şurasının üzvü olmuşdur.
2008-ci ildə dünyasını dəyişmşdir.
293
Mirzəyeva Hicran Əmirxan qızı
Mirzəyeva Hicran Əmirxan qızı
1979-cu ildə sentyabrın 4-də Sumqayıt
şəhərində anadan olmuşdur. 1986-1996-
cı illərdə Sumqayıt şəhər T.İsmayılov
adına 29 saylı orta məktəbi bitirmişdir.
1997-ci ildə Azərbaycan Dövlət İqtisad
Universitetinin “Ərzaq mallarının
əmtəəşunaslığı” fakültəsinə daxil olmuş,
2001-ci ildə bakalavr pilləsini başa vurmuş, həmin ildə
Azərbaycan Dövlət İqtisad Universitetinin magistraturasına
daxil olmuş və 2003-cü ildə magistr dərəcəsi almışdır. 2003-
2009-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd
Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda böyük
elmi işçi, aparıcı elmi işçi, kadr işləri üzrə baş mütəxəssis,
“Ümumi” şöbənin müdiri vəzifələrində işləmişdir.
2009-2010-cu illərdə Azərbaycan Respublikası
Auditorlar Palatasında aparıcı mütəxəssis və baş mütəxəssis,
2010-cu ildə isə “Aqrarkredit” Qapalı Səhmdr Cəmiyyətində
mühasib vəzifəsində işləmişdir.
2004-cü ildə Az.ETKTİ və Tİ-da dissertanturaya qəbul
olmuş və 2010-cu ildə həmin institutda fəaliyyət göstərən
ixtisaslaşdırılmış dissertasiya şurasında namizədlik işini
müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi
almışdır. Bu müddətdə respublika və xarici ölkələrin
nüfuzlu nəşrlərində 20-dən çox elmi məqaləsi dərc
olunmuşdur.
Dostları ilə paylaş: |