Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə61/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   57   58   59   60   61   62   63   64   ...   69

 
 
273
 
 
 
mütəmadi olaraq çıxış edir. O, gənc aqrar-iqtisadçı alim 
kadrların hazırlanmasında da fəal içtirak edir. 
F.İsgəndərov uzun müddət Azərbaycan Elmi Tədqiqat 
Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda 
ixtisaslaşdırılmış müdafiə şurasının üzvü olmuşdur.   
F.İsgəndərov  öz prinsipiallığı, tələbkarlığı, işgüzarlığı, 
nüfuzu ilə seçilən iqtisadçı-alim, öz işinə  hədsiz sədaqətli, 
amalı  uğrunda fədakar, xeyirxah və  həssas insan, həm də 
qayğıkeş ata və ailə başçısıdır. 
 
 
 
 


 
 
274
 
 
 
Kərimov Akif Əkbər oğlu 
 
Kərimov Akif Əkbər oğlu 1951-ci 
il avqustun 10-da Beyləqan şəhərində 
anadan olmuşdur. 1968-ci ildə 
Beyləqanda orta məktəbi, 1973-cü ildə 
Azərbaycan Xalq Təsərrüfatı  İnstitu-
tunun  əməyin iqtisadiyyatı  və  təşkili 
fakültəsini bitirmişdir. O, həmçinin 
1982-ci ildə  KP  MK  yanında iki illik 
Marksizim və Leninizm məktəbini bitirmişdir. 
A.Kərimov 1969-cu ilin yanvar ayından 1979-cu ilin 
iyun ayınadək Azərbaycan SSR ət və süd sənayesi 
nazirliyinin əməyin təşkili və istehsalı idarəetmə mərkəzində 
böyük mühəndis, iqtisadçı, laboratoriya müdirinin müavini, 
laboratoriya və şöbə müdiri vəzifələrində çalışmışdır.  
O, 1973-1974- cü ildə hərbi xidmətdə olmuşdur. 
A.Kərimov 1979-cu ilin iyun ayından 1986-cı ilin 
oktyabr ayınadək Azərbayacan Dövlət Üzümçülük və 
Şərabçılıq komitəsində plan iqtisad idarəsinin  rəisi 
vəzifəsində çalışmışdır. 
O,1982-ci ildə  "Əmək igidliyinə görə"medalı ilə  təltif 
edilmişdir. 
1986-cı ildə Respublikada kənd təsərrüfatı istehsalı  və 
emalı, tikintisi və  təchizatı ilə  məşğul olan nazirliklər və 
dövlət komitələri birləşdirilərək Respublika Aqrar-sənaye 
kompleksi yaradıldı. A.Kərimovun bacarıqlı  təşkilatçılığı 
nəzərə alınaraq Dövlət Aqrar-sənaye komitəsində sosial və 
iqtisadi inkişafın planlaşdırılması baş idarəsində  rəis 


 
 
275
 
 
 
müavini, az müddət keçdikdən sonra isə baş idarənin rəisi 
vəzifəsinə  təyin edilmişdir. O, bu vəzifədə 1990-cı ilədək 
çalışmışdır. 
A.Kərimov 1990-1992-ci illərdə "Azərsığorta Azər-
baycan Dövlət Sığorta  Şirkəti"nin sədri vəzifəsində 
çalışmışdır.  
A.Kərimov 1992-ci ildə Respublikada yeni yaradılmış 
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə 
Nazirliyində nazir vəzifəsinə təyin olunmuşdur.  
O, 1994-cü ildə Azərbaycan Respublikası  Nazirlər 
Kabinetində regionlararası iqtisadi əlaqələr şöbəsinin müdiri 
vəzifəsində çalışmışdır. 
A.Kərimov 1992-1996-cı illərdə Azərbaycan Respub-
likası  Səhmdar Kommersiya Aqrar Sənaye Bankının 
Müşahidə Şurasının sədri olub. 
O, 1996-2006-cı illərdə Respublika Sığorta Cəmiyyətləri 
İttifaqının prezidenti olmuşdur. 
A.Kərimov 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat 
Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda 
Xalq təsərrüfatının iqtisadiyyatı  və idarə edilməsi (kənd 
təsərrüfatı) ixtisası üzrə "Keçid iqtisadiyyatında səmərəli 
aqrar sığorta sisteminin formallaşması  məsələləri" 
mövzusunda yazdığı dissertasiya işini müdafiə edərək iqtisad 
elmləri namizədi alimlik dərəcəsini almışdır. Bir neçə 
monoqrafiyanın və "Sığorta haqqında" kitabın müəllifidir. 
A.Kərimov 1994-cü ildən bu günə  qədər “Başak-İnam 
Sığorta  Şirkəti” ASC-da Direktorlar Şurasının sədri 
vəzifəsində çalışır. 
Evlidir, iki övladı var. 


 
 
276
 
 
 
Qasımlı Vüsal Əfras oğlu  
 
Qasımlı Vüsal Əfras oğlu 1975-ci 
il aprelin 7-də  İmişli  şəhərində 
doğulmuşdur. Orta məktəbi  əla 
qiymətlərlə bitirib, ən yüksək balla 
Azərbaycan Dövlət İqtisad Universite-
tinə daxil olmuşdur. Vüsal Qasımlı 
iqtisad üzrə  fəlsəfə doktorudur. Onun 
ikinci ixtisası Gürcüstan İctimai 
Əlaqələr  İnstitutundan (Luiziana Dövlət Universiteti 
proqramı  çərçivəsində) aldığı jurnalistika üzrə magistr 
dərəcəsidir. Vüsal Qasımlı ANS-Press Nəşriyyat Evinin 
Prezidenti, Avropa İttifaqının eksperti vəzifələrində 
işləmişdir. Hazırda V.Qasımlı Azərbaycan Respublikasının 
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çalışır. 
O, Azərbaycan Dövlət  İqtisad Universitetində Xüsusi 
İstedadlar Qrupu və MBA-də pedaqoji fəaliyyətlə 
məşğuldur. Vüsal Qasımlı Vaşinqton Universiteti, Varşava 
Universiteti və bir sıra digər nüfuzlu xarici universitetlərdə 
məruzələrlə  çıxış etmişdir. Onun tədqiqat sahəsi 
makroekonometrika, beynəlxalq iqtisadi münasibətlər və 
aqrar iqtisadiyyatdır. 
Vüsal Qasımlının "Valyutamagedon: beynəlxalq maliyyə 
arxitekturasının məhək daşı" adlı  təhlil yazısı "G-Global 
platformasının  ən yaxşı  məqaləsi" nominasiyasında pul 
mükafatı və diplomla təltif olunub. 


 
 
277
 
 
 
İqtisadçı alim ingilis, rus və Azərbaycan dillərində 10 
kitabın və 500-ə  qədər elmi əsər və analitik məqalənin 
müəllifidir. 
Hazırda V.Qasımlı Az.ETKTİ  və  Tİ-da elmlər doktoru 
hazırlığı üzrə doktorantura təhsili alır. 
 
 


 
 
278
 
 
 
Qafarov Nizami Cəlal oğlu  
Nizami Cəlal oğlu Qafarov 1958 –ci 
ildə  Dərələyəz mahalının Köçbəy 
kəndində  anadan olub. 1981 –ci ildə 
Bakı – Plan Uçot Texnikumunu, 1986 –
ci ildə Naxçıvan Dövlət Pedoqoji 
İnstitutunu, 1997 –ci ildə Azərbaycan 
Dövlət  İqtisad Universitetinin “Uçot –
İqtisad” fakültəsini, 2002- ci ildə 
Dağıstan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 
1980 -1988 –ci illərdə sovxozda mühasib, baş mühasib 
işləyib. 1988 – 1994 – cü illərdə  Şuşa kənd təsərrüfatı 
texnikumunda iqtisadi fənlər kafedrasında müəllim, baş 
müəllim vəzifələrində  çalışıb.   1997- 2002 - ci illərdə Az. 
ETKTİ və Tİ - nun dissertantı olub. “Aqrar sahədə kiçik və 
orta biznesin iqtisadi səmərəliliyinin yüksəldilməsi 
istiqamətləri” mövzusunda yazdığı dissertasiya işini 2006 –cı 
ildə müdafiə edib və iqtisad elmləri namizədi elmi adına 
layiq görülüb. 1997 – 2006 –ci illərdə Dağıstan Dövlət 
Universitetinin Bakı filialında “İqtisadi fənlər kafedrasında 
baş müəllim, dosent, kafedra müdiri və direktor müavini 
vəzifələrində işləyib. 2008 -ci ildə Azərbaycan Kooperasiya 
Universitetinin “Marketinq və turizm xidməti” kafedrasının 
müdiri vəzifəsinə seçilib və hal – hazırda da orada çalışır. 
2010 –cu ildə AR Prezidenti yanında AAK-sı  tərəfindən 
dosent elmi adı verilib.  50 – dən çox elmi məqalənin, 2 
monoqrafiyanın, 2 dərsliyin, 9 fənn proqramı  və metodiki 
göstərişlərin müəllifidir. YAP –ın üzvüdür. 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə