Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə58/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   54   55   56   57   58   59   60   61   ...   69

 
 
258
 
 
 
M.Hüseynovanın tədqiqatları  əsasən aqroemal sahələ-
rinin inkişafı,  ərzaq məhsullarının ekoloji təhlükəsizliyi
aqroemal sahələrinin idarə olunması  və inteqrasiyası 
məsələlərinə  həsr olunmuşdur. 2,9 çap vərəqi həcmində    7 
elmi məqalənin müəllifidir. 
 
 


 
 
259
 
 
 
Hüseynova Şəhla Akif qızı 
 
Hüseynova  Şəhla Akif qızı 1975-
ci ildə Göyçay rayonunda anadan 
olmuşdur. 1981-ci ildə  Şəki  şəhər 8 
saylı rus məktəbinin birinci sinfinə 
getmişdir. 1991-ci ildə Göyçay rayonu 
3 saylı beynəlmiləl məktəbin rus 
bölməsini bitirmişdir. 
1991-ci ildə Azərbaycan Texnolo-
giya  İnstitutuna daxil olmuşdur. 1996-cı ildə Azərbaycan 
Dövlət  İqtisad Universitetinin “Qeyri-ərzaq malları 
əmtəəşünaslığı” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 
1996-2001-ci illərdə bitirdiyi institutda laborant, baş 
laborant, müəllim vəzifəsində  işləmişdir. 2001-ci ildən isə 
«İqtisadi nəzəriyyə II» kafedrasında baş müəllim vəzifəsində 
çalışır. 
2008-ci ildə Az.ETKTİ  və  Tİ-da 08.00.05 ixtisası üzrə 
alimlik dərəcəsi almaq üçün “Müxtəlif təsərrüfat formaları 
şəraitində ixtisaslı kadr hazırlığı  və hazırlıq sistemlərinin 
təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi  müdafiə 
etmişdir. 11.11.2009-cu ildə isə Azərbaycan Respublikasının 
Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 
fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 
Dissertasiya işində  əsasən müxtəlif təsərrüfat formaları 
şəraitində ixtisaslı kadr hazırlığı  və hazırlıq sistemlərinin 
təkmilləşdirilməsi araşdırılmışdır. 41 çap vərəqi həcmində 
26 elmi əsərlərin müəllifidir. 
Ailəlidir, iki övladı var. 


 
 
260
 
 
 
Hüseynov Ramil Vəkil oğlu 
 
Hüseynov Ramil Vəkil oğlu 1983-cü 
ildə Bakı şəhərində anadan olmuşdur. 
2000-ci ildə Bakı  şəhəri 20 saylı 
məktəb-litseyi fərqlənmə ilə bitirdikdən 
dərhal sonra, Azərbaycan Dövlət  İqtisad 
Universitetinə daxil olmuş və 2004-cü ildə 
“Maliyyə-kredit” fakültəsini fərqlənmə 
diplomu ilə bitirərək bakalavr ali peşə dərəcəsini  almışdır. 
Elə  həmin il Azərbaycan Dövlət  İqtisad Universitetinin 
Magistr Hazırlıq Mərkəzinə daxil olmuş  və 2006-cı ildə 
oranı fərqlənmə ilə bitirmişdir. 
2007-cı ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsər-
rüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun aspiranturasına 
daxil olmuşdur. 
2009-cu ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsər-
rüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun elmi şurasında 
dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə 
doktoru elmi dərəcəsini almışdır. 
2010-cu ildən Azərbaycan Respublikası Maliyyə Nazirli-
yinin Dövlət Xəzinədarlıq Agentliyində baş  məsləhətçi 
işləyir. 
Marketin tədqiqatları üzrə məqalələri Az.ETKTİ və Tİ-
nin Elmi əsərləri, “İqtisadiyyat və Audut”, “Azərbaycan 
Aqrar Elmi”, AMEA-mı 
xəbərləri, «Проблемы 
экономики» və Azərbaycan Texniki Universitetinin Elmi 
əsərləri jurnallarında dərc olunmuşdur.  
Ailəlidir, bir övladı var.
 
 


 
 
261
 
 
 
Hüseynov Möhübbət Musa oğlu 
 
Hüseynov Möhübbət Musa oğlu 26 
fevral 1972-ci ildə  İmişli rayonunun 
Ağaməmmədli kəndində anadan olmuş-
dur. 1979-1989-cu illərdə  İmişli rayonu 
Ağaməmmədli kənd orta məktəbində 
orta təhsil almışdır. 1990-1992-ci illərdə 
hərbi xidmətdə olmuşdur. 1993-1998-ci 
illərdə Azərbaycan Kooperasiya 
İnstitutunda (indiki Azərbaycan Kooperasiya Universite-
tində) «Aqrar-sənaye kompleksi sahələrinin iqtisadiyyatı və 
idarə edilməsi» ixtisası üzrə bakalavr təhsili almışdır. 1998-
2000-ci illərdə  həmin institutun magistraturasını  «İstehsalat 
və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi» ixtisası 
üzrə fərqlənmə diplomu ilə bitirmişdir.  
2001-2006-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd 
Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun dissertantı 
olmuşdur. 2007-ci idə  həmin insti-tutun ixtisaslaşmış 
Müdafiə  Şurasında 08.00.05 – «Xalq təsərrüfatının 
iqtisadiyyatı  və idarə edilməsi (kənd təsərrüfatı)» ixtisası 
üzrə «Sahibkarlığın inkişafı  şəraitində  əhalinin maddi rifah 
halının yaxşılaşdırılmasının iqtisadi mexanizminin 
təkmilləşdirilməsi» mövzusunda namizədlik dissertasiyasını 
müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini 
almışdır. 
1989-1998-ci illərdə  kənd təsərrüfatında müxtəlif 
vəzifələrdə çalışmışdır. 2001-2009-cu illərdə Azərbaycan  
Kooperasiya Universitetində laborant, müəllim və baş 


 
 
262
 
 
 
müəllim vəzifələrində işləmişdir. 2010-2011-ci illərdə həmin 
universitetin «Kommersiya və beynəlxalq ticarət» 
kafedrasının müdiri vəzifəsində, 2012-ci ildən isə 
«Ekspertiza və kommersiya» fakültəsinin dekanı vəzifəsində 
işləyir. Eyni zamanda «Kommersiya və beynəlxalq ticarət» 
kafedrasında dosent kimi fəaliyyət göstərir. 30 elmi məqalə 
və tezisin, 5 fəndən tədris proqramının və 22 çap vərəqi 
həcmində «Azərbaycanda sahibkarlığın inkişafı  və  əhalinin 
həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətləri» adlı 
monoqrafiyanın müəllifidir. 
Ailəlidir, bir övladı var. 
 
 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə