242
Daşdəmirov Əlləz İsa oğlunun elmi-pedaqoji fəaliyyəti
120-dən çox elmi əsərdə, o cümlədən “Əsas istehsal
fondlarının normtivləri”, “İstehsalda itkilərə qarşı mübariz
tədbirləri” kitablarında, həmçinin “Xalq təsərrüfatının əsas
sahələrində mühasibat uçotunun xüsusiyyətləri” (iki hisssə)
dərs vəsaitlərində, “Mühasibat (maliyyə) uçotu” birgə
müəlliflərlə yazdığı dərsliklərdə öz əksini tapmışdır.
Hazırda Ə.İ.Daşdəmirov Azərbaycan Dövlət İqtisad
Universitetinin “Mühasibat uçotu” kafedrasında dosent
vəzifəsində çalışır.
243
Əjdər Qiyaslı
Əskərov Əjdər Xanlar oğlu (Əjdər
Qiyaslı) 1935-ci il dekabrın 13-də
Azərbaycanın dilbər guşələrindən
birində, Ağdam rayonunun Qiyaslı
kəndində anadan olmuşdur. Orta
məktəbi bitirdikdən sonra 1955-ci ildə
Azərbaycan Dövlət Xalq Təsərrüfatı
İnstitutuna daxil olub, 1960-cı ildə
indiki BDU-nun “İqtisad” fakültəsini iqtisadçı-mühasib
ixtisası üzrə bitirmişdir.
1960-cı ildə Kənd Təsərüfatı Elmlər Akademiyasının
“İqtisadiyyat” bölməsində, 1962-ci ildən isə onun əsasında
yaradılmış Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının
İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi
vəzifəsində işləməyə başlamışdır. Həmin institutda 1963-cü
ildə aspiranturaya daxil olmuş, “Qarabağ düzü kolxozlarında
kənd təsərrüfatı sahələrinin yerləşdirilməsinin iqtisadi
qiymətləndirilməsi və məhsul istehsalının artırılması
ehtiyatları” mövzusunda dissertasiya müdafiə edərək iqtisad
elmləri namizədi, alimlik dərəcəsi almışdır.
1967-ci ilin sentyabrından indiki Azərbaycan Dövlət
İqtisad Universitetində müəllim, baş müəllim, dosent
vəzifəsində işləyir.
Əjdər Qiyaslı 53 ilə yaxındır ki, elmi-pedoqoji və ədəbi
sahədə çalışır. Onun iqtisadiyyatın aktual problemlərinə dair
8 kitabı, 85-dən çox elmi əsəri, 150-dən artıq elmi-publisist
məqalələri çap olunmuşdur. Hələ müdafiə etməmişdən əvvəl
244
“Azərbaycan gəncləri” qəzetində “İqtisadi bilik bolluğun
açarıdır” başlığı altında çap olunan çoxsaylı seriya
məqalələrin müəllifidir.
İqtisadçı alim, şair Əjdər Qiyaslı 50- çap vərəqi
həcmində “İqtisadi nəzəriyyə” və 26 çap vərəqi həcmində
“İqtisadi təlimlər tarixi” dərsliklərinin müəlliflərindən biridir.
O,”Nizami Gəncəvinin iqtisadi görüşləri” mövzusunda
doktorluq dissertasiyası üzərində işləyir. Eyni zamanda,
M.F.Axundovun, C.Cabbarlının və S.Vurğunun iqtisadi fikir
dünyasına dair yazdığı dəyərli əsərləri “İqtisadiyyat” və
“Elm” qəzetlərində çap edilmişdir.
Tanınmış iqtisadçı alim, kamil pedaqoq və istedadlı şair
Əjdər Qiyaslının yaradıcılığı qoşa qanadlıdır. O, həm
iqtisadiyyat, həm də poeziya sahəsində çalışır. İndi onun
“Doğma torpaq”, “İnsanlara inanıram”, “Günəşli nəğmələr”,
“Yaxşı adam görəndə”, “Ömür karvanı”, “Ömrün qoşa
qanadı”, “Mənim dünyam”, “Yaşanan günlər”, “Səmalardan
gələn səda”, “Yaradan yaşayır, yaranan qalır”, “Dünyanı
yaşadan Günəş” və “İqtisad elminin kəhkəşanında” adlı 12
şerlər kitabı, 8 poeması, qəzet və jurnallarda 450-dən çox
şeri çap olunmuşdur. Şerlərinə S.Ələsgərov, R.Mirişli,
M.Əhmədova, C.Musayev, C.Quliyev kimi görkəmli
bəstəkarlar çoxsaylı populyar mahnılar bəstələmişlər. Bir
çox şerləri Türkiyədə, Təbrizdə, Moskvada, Daşkənddə çap
olunmuşdur.
Əjdər Qiyaslı poeziya aləmində ilk dəfə olaraq
“Dünyanın himni”ni yazmış, onu 3 dildə -azərbaycan, rus və
ingilis dillərində çap etdirmişdir; himnin sözlərinə tanınmış
bəstəkar Cavanşir Quliyev mahnı bəstələmişdir.
245
O, yüksək vətənpərvər və fədakar alim-şairdir; 1993-cü
ilin mayında Bakı Veteranlar şurasının üzvlərilə Ağdam,
Tərtər, Ağdərə rayonlarının cəbhə bölgələrində olmuş,
əsgərlər qarşısında onları qələbəyə ruhlandıran şeirlərilə
çıxış etmişdir.
Alim-şair Azərbaycanda təhsilin inkişafındakı xidmət-
lərinə, qüsursuz və səmərəli fəaliyyətinə görə “Tərəqqi”
medalı və AR Təhsil Nazirliyinin “Fəxri fərmanı” ilə təltif
edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin fəal üzvüdür.
“Araz” Ali Ədəbi mükafatı və “Qızıl Qələm” mükafatı
laureatıdır. 2002-ci və 2004-cü illərdə Məşhəd ziyarətində
olmuşdur.
Evlidir. 3 qızı, 1 oğlu və 7 nəvəsi vardır.
246
Əliyeva Yasəmən Əli qızı
Əliyeva Yasəmən Əli qızı 12 iyun
1953-cü ildə Ermənistanın Kirovakan
(Qara kilsə) rayonunun Arçut kəndində
ziyalı ailəsində anadan olmuşdur. 1970-
ci ildə Arçut kənd orta məktəbini
bitirdikdən sonra Bakı şəhərində
yaşayır. 1974-1979-cu illərdə Azərbay-
can Dövlər Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.
Alman-ingilis dili fakültəsini bitirib. 3 il təyinatı üzrə Şamaxı
rayon Meysəri kənd orta məktəbində müəllim işləyib. Sonra
Azərittifaqda işə düzəlib. 1980–1990–cı illərdə Azərittifaqda
müəyyən vəzifələrdə işləyib. 1985 – 1990 illərdə Moskva
Kooperativ
İnstitutunun Bakı filialında “Ticarətin
iqtisadiyyatı” fakültəsində, qiyabi şöbədə təhsil alıb. 1990-cı
ildə rektorun əmri ilə institutda metodist-müəllim
vəzifəsində saxlanılıb. İlk əvvəl alman dilindən, sonra isə
menecmentdən dərs deyib. Həmin ildən müəllim, baş
müəllim vəzifələrində çalışıb.
1997-ci ildə Milli Elmlər Akademiyasının İqtisadiyyat
İnstitutunun dissertantı kimi təsdiq edilib və “Kənd
təsərrüfatında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması”
mövzusunda elmi iş üzərində işləyib.
2005-ci ildə Azərbaycan Elmi - Tədqiqat Kənd
Təsərrüfatı İnstitutunda dissertasiya işini müdafiə edərək
iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
Dostları ilə paylaş: |