231
Abbasov Teymur Abbas oğlu
Abbasov Teymur Abbas oğlu 1956-
cı il noyabr ayının 15-də Naxçıvan
rayonunun (indiki Babək) Cəhri
kəndində anadan olumuşdur. 1978 –
1982-ci illərdə D.Bünyadzadə adına
Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunda təhsil almışdır. 1982-ci
ildən 1986-cı ilədək Naxçıvan Alt
Trikotaj fabrikində baş mühasibin müavini, sonra baş
mühasib, 1986-cı ildən 1990-cı ilədək Naxçıvan Sovxoz
texnikumunda baş mühasib və müəllim vəzifələrində
işləmişdir.
1990-cı ildən Naxçıvan Dövlət Universitetində işləyir.
1997-ci ildən 2004-cü ilədək “İqtisad” fakültəsinin dekan
müavini, 2000-ci ildən “Mühasibat uçotu və maliyyə”
kafedrasının dosenti, 2004-cü ildən isə “Mühasibat uçotu və
maliyyə” kafedrasının müdiridir.
1991-ci ildə Az.ETKTİ və Tİ – nin aspiranturasına daxil
olub və 1995-ci ildə oranı bitir-mişdir. 1997-ci ildə həmin
institutda namizədlik dissertasiyası müdafiə etmiş və iqtisad
elmləri namizədi alimlik dərəcəsini almışdır. Teymur Abbas
oğlu Abbasov 2011-ci ildə “Aqrar bazarın formalaşmasının
regional problemləri (Naxçıvan Muxtar Respublikasının
materialları
əsasın-da)” mövzusunda doktorluq
dissertasiyasını müdafiə etmişdir.
Teymur Abbas oğlu Abbasov gənc nəslin təlim –
tərbiyəsi sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə
2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin
232
fəxri fərmanı ilə təl-tif edilmiş, 2011-ci ildə elm sahəsindəki
nailiyyətlərinə görə ictimai elmlər üzrə İlin Alimi fəxri adına
layiq görülmüşdür.
Teymur Abbas oğlu Abbasov Maliyyə Hesabatlarının
Beynəlxalq Standartları və Milli Mühasibat Uçotu
Standartlarına keçid mövzusunda təlim kurslarında iştirak
etmiş və Beynəl-xalq Uçot sertifikatları almışdır.
110 – dan artıq elmi əsərin, 4 monoqrafiyanın, 2 kitab və
3 dərs vəsaitinin müəllifidir. 5 əsəri xarici ölkələrdə çap
edilib.
Ailəlidir, 2 oğlu, 1 qızı var.
233
Abbasov Fazil Həşim oğlu
Abbasov Fazil Həşim oğlu 7 noyabr
1944-cü ildə Azərbaycan Respublikasının
Füzuli rayonunun Aşağı Seyidəhmədli
kəndində doğulub. 1962-ci ildə V.İ.Lenin
adına APİ-nun “Fizika-riyaziyyat”
fakültəsinin “Riyaziyyat fizika” şöbəsinə
daxil olub. 1963-1966-cı illərdə Sovet
ordusu sıralarında qulluq edib, 1970-ci
ildə V.İ.Lenin adına APİ-ni bitirib, 1970-1979-cu illərdə
Fizuli rayonunda müəllim, işləmişdir.1979-1995-ci illərdə
Füzuli rayonunda partiya, sovet və təsərrüfat orqanlarında
məsul vəzifələrdə çalışmışdır.
1989-cu ildə Gəncə Kənd Təsərrüfatı Akademiyasının
“Kənd təsərrüfatı iqtisadiyyatı və təşkili” şöbəsini
bitirmişdir.
1995-2002-ci illərdə Az.ETKTİ və Tİ-da, elmi işçi,
böyük elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində,
“Əmək və sosial münasibətlər Akademiyasında” kafedra
müdiri vəzifəsində işləmişdir. 2002-ci ildən, hazıradək
Azərbaycan Kooperasiya Universitetində “Biznesin təşkili,
dövlət və bələdiyyə idarəetməsi” kafedrasının müdiridir.
Tədqiqat sahəsi “08.00.05- Xalq Təsərrüfatının iqtisadiy-
yatı və idarəedilməsi (kənd təsərrüfatı)” ixtisası üzrə 4 may
2001-ci il tarixdən iqtisad elmləri namizədi, ona 13 fevral
2008-ci ildən dosent elmi adı verilmişdir.
234
Dissertasiya işi “Bazar münasibətləri şəraitində kənd
təsərrüfatı məhsullarının satışının təşkilinin təkmil-
ləşdirilməsi” mövzusundadır.
“Qloballaşma şəraitində aqrar bazarda dövlət himayə-
sinin formalaşmasının iqtisadi problemləri” mövzusunda
doktorluq dissertasiyası üzərində işləyir və Az.ETKTİ və Tİ-
nun doktorantıdır.
F.H.Abbasov 22,3 çap vərəqi həcmində 45 elmi
məqalənin və tezisin, 1 monaqrafiyanın, bunlardan əlavə 10
dərs proqramının və 6 istehsalat təcrübəsi vəsaitinin
müəllifidir.
235
Abbasov Rəşad Vaqif oğlu
Abbasov Rəşad Vaqif oğlu 1978-
ci ildə Lənkəran şəhərində anadan
olmuşdur. 1984-cü ildə ilk təhsilini
orta məktəbdə başlamışdır. 1995-ci
ildə orta məktəbi bitirmişdir. Elə
həmin ildə Azərbaycan Respublikası
Xalq Təsərrüfatı
İnstitutunda
“İqtisadiyyatın tənzimlənməsi”
fakültəsinə daxil olmuşdur. 1999-cu ildə institutu
bitirmişdir. 2001-ci ildə Lənkəran Dövlət Universitetində
“İstehsal sahələrinin iqtisadiyyatı və idarə edilməsi”
fakültəsində magistraturaya qəbul olmuş və 2003-cü ildə
magistraturanı bitirərək magistr pilləsinə yiyələnmişdir.
2004-cü ildə Azərbaycan Respublikası “Odlar Yurdu”
Universitetində aspiranturaya daxil olmuşdur. 2007- ci ildə
aspiranturanı bitirmişdir.
2010-cu ildə
“Əhalinin həyat səviyyəsinin
yüksəldilməsinin dövlət tənzimlənməsi” mövzusunda
namizədlik dissertasiyası müdafiə edərək iqtisad üzrə
fəlsəfə doktoru adına yiyələnmişdir. Hal-hazırda “Odlar
Yurdu” Universitetində müəllim işləyir.
9 məqaləsi var. 1-i xaricdə çap olunub.
Ailəlidir, 2 övladı var.
236
Abasov Nicat Səməndər oğlu
Abasov Nicat Səməndər oğlu 1982 –
ci ildə Azərbaycan Respublikasının
Quba şəhərində anadan olmuşdur.
İbtidai təhsilini Quba rayon
A.Məmmədov adına 2 saylı orta
məktəbdə alıb. 1999 – cu ildə orta
məktəbi bitirərək, Azərbaycan Dövlət
İqtisad Universitetinin “Beynəlxalq
İqtisadi Münasibətlər” fakültəsinə daxil olmuşdur. 2003 – cü
ildə ADİU – nin bakalavr pilləsini fərqlənmə diplomu ilə
bitirərək təhsilini davam etdirmək məqsədi ilə eyni ixtisas
üzrə magistr pilləsinə daxil olmuşdur. 2005 – ci ildə
universitetin magistr pilləsini fərqlənmə diplomu ilə
bitirərək, təhsilini daha yüksək pillədə davam etdirmək üçün
sənədlərini Azərbaycan Kooperasiya Universitetinin
aspirantura şöbəsinə təqdim etmiş və həmin pillə üzrə “Xalq
təsərrüfatının iqtisadiyyatı və idarəedilməsi” ixtisasına daxil
olmuşdur. 2008 – ci ildə aspirantura şöbəsi üzrə təhsilini
başa vuraraq iqtisad üzrə fəlsəfə doktoru elmi adını almışdır.
Bu müddət ərzində 8 elmi məqaləsi dərc edilmişdir, o
cümlədən:
Respublikada aparılan islahatlar şəraitində xarici
ticarət əlaqələrinin formalaşdırılması problemləri. Az.
ETKTİ və Tİ – nun Elmi əsərləri, Bakı – 2005, № 3. səh 46-
51. 0,4 ç.v
Dostları ilə paylaş: |