Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə63/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   59   60   61   62   63   64   65   66   ...   69

 
 
284
 
 
 
"Məqsədimiz bank sistemini beynəlxalq standartlara 
uyğun yenidən qurmaqdır" və s. bu kimi elmi məqalələrin 
müəllifidir. 
M.Q.Musayev Azərbaycan müstəqillik  əldə etdikdən 
sonra respublikanın maliyyə-bank sisteminin dünya 
standartlarına uyğun yenidən qurulması  və  təkmilləşdiril-
məsi sahəsində qanunvericilik bazasının yaradılmasında 
yaxından iştirakçı olmaqla bərabər bu qanunların həyata 
keçirilməsini təmin edən bank rəhbərlərindən biridir. 
M.Q.Musayev Respublika Dövlət Aqrar İslahatlar 
Komissiyasının və  Kənd Təsərrüfatında Özəl Təsərrü-
fatların formalaşdırılmasına yardım üzrə Dövlət 
Komissiyasının üzvü olmaqla, Aqrar sahədə sahibkarlığın 
inkişafı  və Dünya Bankının "Təsərrüfatların Özəlləş-
dirilməsi layihəsi" çərçivəsində 6 rayonda özəl kəndli 
(fermer) təsərrüfatı yaradılmasının həyata keçirilməsi, bu 
təsərrüfatların inkişafı üçün onların maliyyə  vəsaiti ilə 
təmin olunmaları istiqamətində səmərəli iş aparır ki, bu da 
nəticədə Respublikada istehsal olunan kənd təsərrüfatı 
məhsullarının xüsusi çəkisinin artmasına xidmət edir. 
Onun rəhbərliyi altında respublikada ilk dəfə olaraq 
"Azərbaycanda kənd təsərrüfatı sahələrinin kreditləş-
dirilməsinin standart şərtləri" adlı qaydaları hazırlanmışdır. 
Sənaye komitəsi Aqrar-Sənaye Bankının beynəlxalq 
əlaqələrinin qurulması  və inkişafı, mütərəqqi dövlətlərdə 
kənd təsərrüfatı üzrə bank və  sığorta sahəsində mövcud 
olan yeni texnologiyaların və üsulların Respublikada tətbiq 
olunması M.Musayevin adı ilə bağlıdır. Onun təşəbbüsü 
ilə 1995-ci ildə Türkiyə  və digər dövlətlərdə  kənd 


 
 
285
 
 
 
təsərrüfatının maliyyələşdirilməsi üzrə ixtisaslaşmış 
"Ziraat" Bankla, SK Aqrar- Sənaye Bankının təsisçi 
olduğu "Azər-Türk" Bankı və Türkiyənin ən böyük sığorta 
şirkətlərindən biri olan "Başak" sığorta  şirkəti ilə birgə 
"Başak-İnam" sığorta  şirkəti yaradılmışdır. Bunlar da hər 
iki ölkənin iqtisadiyyatının inkişafında mühüm rol 
oynayırlar. 
Hazırda M.Musayevin  rəhbərlik etdiyi "Aqrarkredit" 
QSO Bank olmayan Kredit Təşkilatı Ümumdünya Bankı, 
Beynəlxalq Valyuta Fondu , Avropa Yenidənqurma və 
İnkişaf Bankı, Asiya və Sakit Okean ölkələrinin kənd 
təsərrüfatı assosasiyası "Arqaka", İslam  İnkişaf Bankı  və 
digər Beynəlxalq Maliyyə  təşkilatları ilə  əməkdaşlıq 
edərək Respublikanın  Bank bazarında özünün əvvəlki 
mövqeyinin möhkəmləndirilməsi sahəsində  əməli iş 
apararaq kənd təsərrüfatı sahələrinin kreditləşdirilməsində 
fəal iştirak etməkdədir. 
2010-cu ildən paralel olaraq Azərbaycan Respublikası 
“Sahibkarlar Konfederasiyasının” sədri seçilən 
M.Musayev  öz yeni fəaliyyətində  də bir alim kimi 
səriştəlik nümayiş etdirir, ölkədə  və xarici müstəvidə 
nüfuz sahibinə çevrilmişdir. 


 
 
286
 
 
 
Əsgərov Abdulla  Çingiz oğlu 
 
Əsgərov Abdulla Çingiz oğlu  20 
fevral 1962-ci ildə  Gəncə  şəhərində 
anadan olmuşdur. 1979-cu ildə Gəncə 
şəhəri 4№-li orta məktəbi bitirmiş
1980-ci ildə Azərbaycan Kənd 
Təsərrüfatı Akademiyasının “Kənd 
təsərrüfatının iqtisadiyyatı  və  təşkili” 
fakültəsinə  qəbul olunmuş, 1985-ci ildə  həmin fakültəni 
fərqlənmə diplomu ilə bitirərək,  “iqtisadçı”  ixtisası 
almışdır. 
Əmək fəaliyyətinə 1984-cü ildən başlamışdır. Hələ  
tələbə olarkən 1984-1985-ci illərdə Azərbaycan Kəndə 
Təsərrüfatı Akademiyasının komsomol komitəsi katibinin 
müavini, 1986-1988-ci illərdə  həmin Akademiyanın 
Həmkarlar  Komitəsinin sədri vəzifələrində  işləmişdir. 
1988-1997-ci illərdə Azərbaycan Kəndə  Təsərrüfatı 
Akademiyasının “İqtisadiyyat” fakültəsində assistent 
vəzifəsində çalışmışdır. 
1998-2001-ci illərdə “XXI əsr Yeni nəşrlər evi”ndə 
baş redaktorun köməkçisi olmuş, 2001-2004-cü illərdə 
“Müasir Təhsil Kompleksi”ndə  təsərrüfat işləri üzrə 
direktor müavini vəzifələrində  işləmişdir. 2004-cü ildən 
hal-hazıra kimi “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinin 
Müşahidə Şurasının sədri vəzifəsində çalışır. 
Əsgərov  Abdulla Çingiz oğlu 2007-ci ildə Azərbaycan 
Elmi-Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  
Təşkili İnstitutunun dissertantı olmuş, 2010-cu ildə “Aqrar 


 
 
287
 
 
 
istehsalın intensiv inkişafının iqtisadi-ekoloji səmərəliliyi” 
mövzusunda dissertasiya müdafiə edib, iqtisad üzrə fəlsəfə 
doktoru elmi dərəcəsi adını almışdır. 
Əsgərov A.Ç. aqrar sahənin iqtisadiyyatına dair 
respublikada və xaricdə keçirilən elmi-praktik konfranslar-
da iştirak və  çıxışlar etmişdir. Onun 10-dan  artıq elmi 
məqaləsi (2-si xaricdə olmaqla), “Aqrar istehsalın intensiv 
inkişafının iqtisadi-ekoloji prioritetləri” adlı monoqra-
fiyası, 30-a qədər publisistik məqalələri nüfuzlu elmi 
nəşrlərdə və qəzetlərdə dərc edilmişdir. 
 
 
 
 


 
 
288
 
 
 
Quliyev Vasif Məmmədqulu oğlu 
 
Vasif Məmmədqulu oğlu Quliyev 
05 yanvar 1972-ci ildə Masallı 
rayonunun Təzə Alvadı kəndində ziyalı 
ailəsində anadan olmuşdur. 1979-1989-
cu illərdə  Təzə Alvadı  kənd orta 
məktəbində  təhsil alaraq oranı  əla 
qiymətlərlə bitirmişdir. 
1990-1992-ci illərdə  hərbi xidmətdə olmuşdur.  Əmək 
fəaliyyətinə 1989-cu ildən, elmi fəaliyyətə isə 1992-ci ildən 
başlamışdır. 1992-1997-ci illərdə Azərbaycan Memarlıq və 
İnşaat Universitetində “Tikintinin iqtisadiyyatı  və idarə 
edilməsi” ixtisası üzrə  əyani təhsil  alaraq universiteti əla 
qiymətlərlə bitirmişdir. 1997-ci ildə “Rabitə” ATSC-də 
iqtisadçı mühəndis, 1998-ci ildə Azərbaycan Elmi Tədqiqat 
Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda 
elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, “Marketinq 
xidmətinin təşkili və menecment” şöbəsinin müdiri 
vəzifəsində  işləmişdir. 1998-ci ildə Azərbaycan Elmi-
Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunda aspiranturaya daxil olmuş  və “Aqrar-sənaye 
kompleksi sistemində  səmərəli idarəetmə strukturlarının 
formalaşdırılması problemləri” mövzusunda  namizədlik 
dissertasiyasını vaxtından  əvvəl (2000-ci ildə) müdafiə 
etmişdir. 2003-cü ildə iqtisad elmləri namizədi, 2006-cı ildə 
dosent, Azərbaycan Respublikasının ikinci dərəcəli dövlət 
qulluqçusu adına layiq görülmüşdür. Xalq təsərrüfatının və 
onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması  və idarə 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə