Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə66/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   61   62   63   64   65   66   67   68   69

 
 
299
 
 
 
Rzayev Vəli Rza oğlu  
 
Vəli Rza oğlu Rzayev 1958- cildə  
Şalbuz rayonunun Türkeş  kəndində 
anadan  olmuşdur.  1975-ci ildə  Şalbuz 
qəsəbə orta məktəbini bitirmişdir. 1975-
77-ci illərdə  sovxozda  fəhlə işləmişdir.  
1977-1979-cu illərdə  hərbi xidmətdə 
olmuşdur. 1980-ci ildə  D.Bünyadzadə 
adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad 
Universitetinə) daxil olub, 1984-cü ildə  həmin institutu 
fərqlənmə diplomu ilə bitirmişdir. 1984-cü ildən 1991-ci ilin 
noyabr ayınadək Naxçıvan Muxtar   Respublikasının Meyvə-
tərəvəz ASB-də, Dövlət Aqrar Sənaye Komitəsində, 
Təsərrüfat  hesablı Üzüm Emalı Birliyində, Kənd Təsərrüfatı 
və Ərzaq Nazirliyində böyük  mühasib, baş iqtisadçı, böyük 
iqtisadçı, aparıcı iqtisadçı, baş mütəxəssis,  şöbə  rəisi 
vəzifələrində işləmişdir.  
19991-ci ilin noyabr ayından 1996-cı ilə kimi Naxçıvan 
MR Kənd Təsərrüfatı və Ərzaq Nazirliyində nazirin iqtisadi  
məsələlər üzrə müavini vəzifəsində, 1996-2004-cü illərdə 
Naxçıvan MR Nazirlər Kabinetində “Aqrar-sənaye sahələri” 
şöbəsinin müdiri vəzifəsində çalışmışdır.  2004-cü ilin 
avqust ayından  Azərbaycan Elmi-Tədqiqat Kənd 
Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda  böyük 
elmi işçi vəzifəsinə  təyin olunmuşdur. Haliyyədə  həmin 
vəzifədə çalışır.  
2006-cı ildə Naxçıvan MR-nın materialları  əsasında 
“Torpaq  münasibətlərinin  təşkilati-iqtisadi mexanizminin 


 
 
300
 
 
 
təkmilləşdirilməsi” mövzusunda dissertasiya müdafiə  
edərək iqtisad üzrə  fəlsəfə doktoru elmi dərəcəsi  almışdır. 
Elmi fəaliyyəti dövründə 20-yə yaxın elmi məqalənin 
müəllifidir. 
Elmi araşdırmalarının hamısı torpaq münasibətlərinin  
təşkilati-iqtisadi mexanizminin təkmilləşdirilməsi  sahəsinə 
həsr edilmişdir. Tədqiqat işləri ilə bağlı apardığı araşdırmalar 
üzrə  gəldiyi  nəticələr  haqqında müxtəlif beynəlxalq və 
ümumrespublika səviyyəsində keçirilən  konfrans və 
seminarlarda məruzə etmişdir.  
Hazırda “Xalq təsərrüfatının iqtisadiyyatı  və idarə 
edilməsi (kənd təsərrüfatı)” ixtisası ilə elmlər doktoru 
hazırlığı üzrə doktorantdır. 
Naxçıvan Muxtar Respublikası Dövlət Aqrar İslahat 
Komissiyasının üzvü, Aqrar  İslahatları  həyata keçirən işçi 
qrupun rəhbəri, Kənd Təsərrüfatında Özəl Bölmənin 
İnkişafına Yardım üzrə Dövlət Komissiyasının üzvü 
olmuşdur. Dünya Bankının “Kənd təsərrüfatına Yardım üzrə 
Dövlət Komissiyasının üzvü olmuşdur. Dünya Bankının 
“Kənd Təsərrüfatının inkişafı və kreditləşdirilməsi” layihəsi 
çərçivəsində informasiya və  məsləhət xidməti üzrə 
mütəxəssis kimi respublikada fermerlərin ümumi bilik 
səviyyələrinin  artırılmasında yaxından iştirak etmişdir. 
Bundan başqa Azərbaycan Respublikasında aqrar 
islahatların həyata keçirilməsi məqsədi ilə müzakirə olunan 
qanunların, qərarların hazırlanmasına və aqrar  islahatların 
həyata keçiriməsinə, “Torpaq İslahatı” haqqında qanunun 
hazırlanmasına  dair müvafiq təkliflər vermişdir. 
Ailəlidir, 3 övladı və 1 nəvəsi var. 


 
 
301
 
 
 
Soltanlı  İlkin  Qalib oğlu 
 
 Soltanlı    İlkin  Qalib oğlu 27 iyul 
1968 - ci ildə  Ağsu rayonunun Kalva 
kəndində ziyalı ailəsində anadan 
olmuşdur. 1992-ci ildə Azərbaycan 
Dövlət  İqtisad  İnstitutunu  (indiki 
ADİU) fərqlənmə diplomu ilə bitir-
mişdir. Dövlət, ictimai və elmi - 
pedaqoji qurumlarda çalışmışdır. 2002-ci ildən isə AMEA  
İqtisadiyyat  İnstitutunda işləyir. “Aqrar islahatlar və  ərzaq 
təhlükəsizliyi problemləri”  şöbəsinin aparıcı elmi işçisidir. 
İqtisad üzrə fəlsəfə doktorudur. O, yeni iqtisadi münasibətlər 
şəraitində istehsal - iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi, 
rəqabət qabiliyyətli aqrar iqtisadiyyatın və sahibkarlıq 
fəaliyyətinin formalaşması, iqtisadiyyatın müxtəlif sahə-
lərinin, xüsusən də aqrar sahənin və müxtəlif  infrastruktur 
bölmələrin  dayanıqlı inkişafı problemləri, modernləşmə və 
innovasiyalı inkişaf məsələlərinə  həsr olunmuş 3 kollektiv 
monoqrafiyanın,130-a yaxın elmi məqalə, tezis və  müxtəlif  
iqtisadi  yazıların  müəllifidir.  
Yuxarıdakı  əsərlər çoxsaylı respublika və beynəlxalq 
səviyyəli konfranslarda məruzə edilmiş, həmçinin müxtəlif 
nəşrlərdə çap olunmuşdur. 2011- ci ildə AMEA İqtisadiyyat 
İnstitutunun Elmi Şurasının qərarı ilə, “Aqrar sahədə 
istehsalın maddi-texniki təminatının dövlət tənzimlənməsi 
mexanizmləri” (“Avropa”nəşriyyatı, 256 s.) kitabı  nəşr 
olunmuşdur. Eyni zamanda  onun redaktorluğu ilə  bir sıra 
iqtisadi yönümlü kitablar da çapa hazırlanmış  və  nəşr 


 
 
302
 
 
 
edilmişdir. Hal - hazırda müxtəlif televiziya kanallarında 
iqtisadi həyatımızın çağdaş inkişaf istiqamətləri, xüsusən də 
aqrar sahənin dayanıqlı inkişaf problemləri ilə bağlı iqtisadi 
verilişlərdə mütəmadi olaraq çıxış edir. Müəllif,  müxtəlif 
vaxtlarda bir sıra xarici ölkələrdə, o cümlədən Türkiyə 
Cümhuriyyəti və Qazaxıstan Respublikasında keçirilmiş 
beynəlxalq  iqtisadi  tədbir və    forumlarda    fəal iştirak 
etmişdir. 
 
 


 
 
303
 
 
 
Şərifov Qalib Qabil oğlu 
Şərifov Qalib Qabil oğlu 15 
sentyabr 1961-ci ildə Sumqayıt 
şəhərində anadan olmuşdur. 1983-cü 
ildə D.Bünyadzadə adına Xalq 
təsərrüfatı institutunun “Xalq təsərrü-
fatının iqtisadiyyatı  və planlaş-
dırılması” fakültəsini bitirmişdir. 
Uzun illər xalq təsərrüfatının müxtəlif 
sahələrində çalışmış, aktiv surətdə elmi-pedaqoji fəaliyyətlə 
məşğul olaraq, iqtisadi nəzəriyyə  və  təcrübənin vəhdətinə 
ciddi diqqət yetirmişdir. 
2004-cü ildə Azərbaycan Elmi Tədqiqat Kənd 
Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitunda (Az.ETKİ 
və Tİ) “Aqrar səhədə istehsal resurslarından istifadənin 
iqtisadi səmərəliliyinin yüksəldilməsinin əsas istiqamət-
ləri”  mövzusunda dissertasiya  müdafiə etmişdir və 
iqtisadiyyat üzrə  fəlsəfə doktoru elmi adına layiq 
görülmüşdür. Q.Şərifov 1 kitabın və 52 məqalənin müəl-
lifidir. O, özünün tədqiqatlarında bazar münasibətləri 
şəraitində aqrar səhədə istehsal resurslarından səmərəli 
istifadənin zəruriliyini və iqtisadi məzmununun  əsas-
landırılmasına, aqrar sahədə istehsal resurslarından səmərəli 
istifadə olunmasının qanunauyğunluqlarının və xüsusiy-
yətlərinin tədqiq olunmasına, aqrar sahədə istehsal 
resurslarından istifadənin iqtisadi səmərəliliyini müəyyən 
edən nəticələr sisteminin müəyyənləşdirilməsinə, kənd 
təsərrüfatı istehsalında resurslardan səmərəli istifadənin 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə