Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə67/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   61   62   63   64   65   66   67   68   69

 
 
304
 
 
 
təşkilati və iqtisadi amillərinin müəyyənləşdirilməsinə, aqrar 
sahədə istehsal resurslarından səmərəli istifadəni təmin 
etmək üçün mövcud çatışmamazlıqların, zəif yerlərin aradan 
qaldırılaraq elmi-texniki tərəqqinin son nailiyyətlərinin 
tətbiqinə, qabaqcıl ölkələrin iş  təcrübəsinin geniş miqyasda 
yayılmasına, kooperasiya və inteqrasiya əlaqələrinin 
müəyyənləşdirilməsinə, dövlət tənzimlənməsinin iqtisadi 
mexanizminin formalaşdırılmasına xüsusi diqqət yetirmişdir. 
2004-cü ildə dissertasiyasında qaldırdığı məsələlərin praktiki 
tətbiqi ilə  əlaqədar olaraq Az.ETKTİ  və  Tİ-də yeni 
yaradılmış “Analitik təhlil” şöbəsinin müdiri vəzifəsinə təyin 
edilib. 2004-2007 illərdə  həmin  şöbəyə  rəhbərlik edərək  
Azərbaycan Respublikası  Kənd Təsərrüfatı Nazirliyinin, 
Aqrar Elm Mərkəzinin, elmi-tədqiqat institutlarının 
tədqiqatlarının nəticələrinin, torpaq sahələrini və mülki-
yyətçiləri, maddi-texniki  resursların qiymətləri, yükdaşıma 
tarifləri, idxal olunan kənd təsərrüfatı  məhsullarının orta 
qiymətləri, idxal-ixrac rejimləri, emal müəssisələri, kənd 
təsərrüfatı  məhsullarının bazar qiymətləri və  məhsuldarlığı 
haqqında məlumatların müntəzəm toplanılması, monitorinqi, 
təhlili, praktik tövsiyələrin hazırlanması  və onların operativ 
surətdə fermer və  müvafiq dövlət orqanlarına çatdırılması 
prosesinin qurulmasında və dayanaqlı  vəziyyətə  gətiril-
məsində aktiv iştirak edib. 
Mikroiqtisadiyyat və idarəetmə standartları Q.Şərifovun 
maraq dairəsində olan sahələrdəndir. O, müxtəlif beynəlxalq 
standartlarının  əsasında qurulan idarəetmə sistemlərinin 
tətbiqi üzrə ekspert-məsləhətçi və  İSO 9001: 2008 
(keyfiyyətin idarəedilməsi) standartı üzrə beynəlxalq 


 
 
305
 
 
 
kvalifikasiyalı auditordur. Onun rəhbərliyi ilə Azərbaycan 
iqtisadiyyatının müxtəlif səhələrini təmsil edən 40-a yaxın 
müəssisəsidə  İSO 9001, OHSAS 18001 və  İSO 14001 
standartları  əsasında uğurlu layihələr həyata keçirilmişdir. 
Son illər qida zəncirinin müxtəlif mərhələlərinə aid ISO 
22006, GAP  və  İSO 22000 standartları üzrə  tədqiqatlar 
aparmaqdadır. 
Q.Şərifov Dünya Bankının Dövlət  İnvestisiyaları üzrə 
Kadr Potensialının Gücləndirilməsi Layihəsinin rəsmi 
təlimçisidir (
www.dikpgl.az
), Azərbaycan Respublikası 
Standartlaşma, Metrologiya və Patentləşmə üzrə Dövlət 
Komitəsinin Keyfiyyətin idarə olunması sahəsi üzrə Texniki 
Komitəsinin üzvüdür.    
     
 
 


 
 
306
 
 
 
Şəfiyev Məhərrəm Əhər oğlu 
 
Şəfiyev Məhərrəm Əhər oğlu 1962-
ci ildə  Bərdə rayonunun Hüseyinbəyli 
kəndində anadan olmuşdur. 
1969-cu ildə  Bərdə rayon Böyük 
Qəcər kənd orta məktəbinin birinci 
sinfinə getmişdir. 1979-cu ildə  Bərdə 
rayon  Şirvanlı  kənd orta məktəbinin 
onuncu sinfini bitirmişdir. 1980-ci ildə 
Bərdə rayon 26 Bakı komissarı adına kolxozda əmək 
fəaliyyətinə başlamışdır. l982-1984-cü illərdə  Hərbi 
xidmətdə olmuşdur. 1984-cü ildən 26 Bakı komissarı adına 
kolxozda  əmək fəaliyyətini davam etdirərək kolxozçu və 
sahə mexaniki işləmişdir. 1990-cı ildə S. Ağamalı  oğlu  
adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına qəbul 
olmuş, 1996-cı ildə Kənd Təsərüfatının, mexanikləşdirilməsi 
üzrə mühəndis mexanik ixtisasına yiyələnmişdir. 1992-2000-
ci illərdə  Bərdə rayon Tədarük və Satış bazasının müdiri 
vəzifəsində işləmişdir.  
2000-ci ildə  Bərdə «Çörək» ASC-nin idarə heyətinin 
Sədri vəzifəsinə seçilmiş və hazırda da bu vəzifədə çalışır. 
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 
2004-cü ildə Yeni Azərbaycan partiyası Bordo «Çörək» 
ASC-nin  ərazi ilk təşkilatına sədr seçilmişdir. 2000-ci ildə 
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət 
İdarəçilik Akademiyasının  Siyasi İdarəetmə fakültəsinin 
hüquqşunaslıq ixtisası üzrə ali məktəbə qəbul olmuş, 2003-
cü ildə  həmin məktəbi fərqlənmə ilə bitirmişdir. 2004-cü 


 
 
307
 
 
 
ildən Azərbaycan Elmi- Tədqiqat Kənd Təsərrüfatının 
İqtisadiyyatı  və  Təşkili  İnsitutunun dissertantı olmuşdur. 
2009-cu ilin 26 noyabr tarixində “Azərbaycanda taxıl 
istehsalı  və onun artırılması yolları” mövzusunda 
dissertasiya işini müdafiə edərək, iqtisad elmləri üzrə fəlsəfə 
doktoru elmi dərəcəsi almışdır. 
Dissertasiya işində  əsasən, Azərbaycan Respublikası 
əhalisinin  ərzaq təhlükəsizliyinin təmin olunmasında taxıl 
istehsalı və onun artırılması yolları araşdırılmışdır. 
M.Şəfiyevin bütün elmi araşdırmaları respublikada 
taxılçılığın inkişafı, respublika əhalisinin taxıla olan 
tələbatının daxili istehsal hesabına  təmin etməklə,  ərzaq 
təhlükəsizliyinin aradan qaldırılması kimi mühüm problemin 
həllinə  həsr olunmuşdur. O, “Taxıl  məhsuldarlığının 
artırılmasının təşkilati məsələləri (əkinçiliklə  məşğul olan 
sahibkarlar  üçün vəsait)” kitabının həmmüəllifidir. Elmi 
əsərləri Az.ETKTİ  və  Tİ-nin Elmi əsərləri, Azərbaycan  
Aqrar Elmi, İqtisadiyyat və Audit, Аграрно-экономическая 
наука  и  технологии (Tbilisi şəhəri),  Международный 
технико-экономический журнал России jurnallarında dərc 
olunmuşdur. 2009-2012-ci illərdə “Xalq qəzeti”ndə 
taxılçılıqla əlaqədar  silsilə məqalələri dərc olunmuşdur. 
 
 


 
 
308
 
 
 
Vəliyev İlham Əli oğlu 
 
Vəliyev  İlham  Əli oğlu 07 oktyabr 
1959-cu ildə Tovuz rayonunun Əlibəyli  
kəndində anadan olmuşdur. 1967-1977-
ci illərdə Əlibəyli kənd orta  məktəbində  
oxumuşdur. 
1977-ci ildə  V.İ.Lenin adına APİ-nin 
“Riyaziyyat”  fakültəsinə daxil olub və 
1981-ci ildə həmin institutu bitirmişdir. Təyinatla Sabirabad 
rayonuna göndərilib, həmin  rayonda  müəllim işləmişdir. 
1981-83-cü  illərdə  hərbi  xidmətdə  olmuşdur. 
1983-88-ci illərdə  Sənaye Pedaqoji  Texnikumunda  
tərbiyəçi  müəllim  işləmişdir. 
1985-1999-cu illərdə N.Tusi adına ADPU-də baş  
laborant, 1999-cu ildən 2007-ci ilin  noyabr ayınadək  Bakı 
İdarəetmə  və Texnologiya Kollecində direktor müavini 
vəzifəsində işləmişdir. 
1997-ci ildə San  Marino Akademiyasının  İdarəetmə 
Biznes və Hüquq İnstitutunda “İqtisadiyyat” fakültəsini 
bitirmişdir. 
1993-cü  ildən Yeni Azərbaycan Partiyasının  üzvüdür.  
2006-cı ildə “Aqrar bölmədə sahibkarlığın iqtisadi 
tənzimlənmə istiqamətləri” mövzusunda namizədlik  
dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi 
alimlik dərəcəsinə layiq görülmüşdür.  “İqtisadiyyat və elmi 
texniki tərəqqi” və “Riyaziyyatdan test  çalışmaları” adlanan 
dərs  vəsaitlərinin  müəllifidir. Mikro və makro  iqtisadiyyat 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə