Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə65/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   61   62   63   64   65   66   67   68   69

 
 
294
 
 
 
2010-cu ildən Azərbaycan Əmək və Sosial Münasibətlər  
akademiyasında akademik  məsləhətçisi, 2011-ci ildən isə 
“İqtisadiyyat və inzibati idarəetmə” fakültəsinin dekanı 
vəzifəsində  işləyir. 
 


 
 
295
 
 
 
Nəcəfova Vəfa Qurban qızı 
Nəcəfova Vəfa Qurban qızı 1975-
ci ildə Siyəzən  şəhərində anadan 
olmuşdur. 1992-ci ildə Siyəzən şəhər 1 
saylı orta məktəbi bitirdikdən sonra 
1992-ci ildə Azərbaycan Dövlət İqtisad 
İnstitutunun “Uçot-iqtisad” fakültəsi-
nin “Mühasibat uçotu, nəzarət, TFT” 
şöbəsinə daxil olmuş, 1997-ci ildə 
təhsilini fərqlənmə diplomu ilə başa vuraraq iqtisadçı 
ixtisasına yiyələnmişdi. 1997-ci – 2010 –cu illərdə 
AZ.ETKTİ və Tİ  elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi 
vəzifəsində çalışmışdır. 2002-2006- cı illərdə Az.ETKTİ və 
Tİ – nun “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi” 
ixtisası üzrə aspiranturada təhsil almışdır. 2009- cu ildə 
“Sahibkarlığın inkişaf problemləri” mövzusunda dissertasiya 
işini müdafiə edərək, iqtisad üzrə  fəlsəfə doktoru elmi 
dərəcəsi almışdır. 2009-cu ildən Bakı Biznes Universitetinin 
“Maliyyə” və Azərbaycan Turizm İnstitutunda “İqtisadiyyat ” 
kafedrasında müəllimə işləyir. 
V.Nəcəfova 6,8 çap vərəqi həcmində 15 məqalənin və 
bakalavr pilləsi üzrə 3 fənn proqramının müəllifidir. 
Ailəlidir, bir oğlu, bir qızı var. 


 
 
296
 
 
 
Novruzova Fidan Nəbi  qızı 
 
Novruzova Fidan Nəbi  qızı 1982-ci 
ildə Bakı şəhərində anadan olmuşdur. 
1989-1999-cu illərdə 134 nömrəli 
məktəbdə  təhsil almış  və  həmin il 
Azərbaycan Texniki Universitetinin 
“İnformatika və hesablama texnikası” 
fakültəsinə daxil olmuş, sonra təhsilini 
Azərbaycan Dövlət İqtisad Universitetində  davam etdirmiş 
və 2004-cü ildə universitetin  bakalavr pilləsi üzrə 
bitirmişdir. 
Əmək fəaliyyətinə 2002-ci ildə AMEA-nın  İqtisadiyyat 
İnstitutunda  lobarant vəzifəsi ilə başlamışdır. 2007-ci ildə 
ADİU-nin  magistraturasını  fərqlənmə diplomu ilə 
bitirmişdir. 
2010-cu ildə Az.ETKTİ və Tİ-da “Azərbaycanda aqrar-
sənaye kompleksində  maliyyə-sənaye qruplarının inkişafı 
məsələləri” mövzusunda dissertasiya işini  müdafiə edərək 
iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 
Dissertasiya mövzusu ilə  əlaqədar 3,5 çap vərəqi 
həcmində 10 məqalə və tezisi dərc olunmuşdur. 
Hazırda Azərbaycan Respublikası Vergilər Nazirliyinin 
xidmət idarəsində 2-ci dərəcəli böyük dövlət müfəttişi 
vəzifəsində işləyir. 
  
 
 


 
 
297
 
 
 
Rüstəmov  Rövşən Mürvət oğlu 
 
Rüstəmov Rövşən Mürvət oğlu 1980-
ci il 06 oktyabrda İmişli rayonunun Cəfərli 
kəndində anadan olmuşdur. 1995-ci ildə 
Cəfərli kənd orta məktəbində 9-cu sinfi 
bitirdikdən sonra, orta təhsilini Bakı 
şəhəri, 1 saylı Fizika-riyaziyyat və 
informatika təmayüllü liseydə başa 
vurmuşdur.   
1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti 
yanında Dövlət  İdarəçilik Akademiyasının “İnzibati 
idarəetmə” fakültəsinə (“Dövlət və  bələdiyyə idarəetməsi” 
ixtisası üzrə) daxil omuşdur. 2001-ci ildə Akademiyanı 
fərqlənmə diplomu ilə bitirmiş  və eyni ildə  həmin 
Akademiyanın “İnzibati idarəetmə” fakültəsinin (“İqtisadiy-
yatın hüquqi tənzimlənməsi” ixtisası) magistraturasına daxil 
olmuşdur. 2003-cü ildə Akademiyanı fərqlənmə diplomu ilə 
bitirərək magistr elmi dərəcəsi almışdır. Bundan sonra 
təhsilini davam etdirərək, 2005-ci ildə Azərbaycan 
Respublikası Elmi-Tədqiqat Kənd Təsərrüfatının 
İqtisadiyyatı  və  Təşkili  İnstitutunun aspiranturasına daxil 
olmuşdur. 29.11.2007-ci ildə isə “Aqrar sahənin davamlı 
inkişafının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi 
istiqamətləri” mövzusunda dissertasiya işi müdafiə edərək 
iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hal-
hazırda “Davamlı inkişafın aktual problemləri və 
tənzimlənməsi istiqamətləri” mövzusunda monoqrafiya 
üzərində çalışır.  


 
 
298
 
 
 
R.Rüstəmov  əmək fəaliyyətinə 2002-ci ildə jurnalist 
kimi başlamış  və 2004-cü ilə  qədər bir sıra aparıcı  mətbu 
orqanlarda iqtisadiyyat sahəsi üzrə analitik məqalələrin 
yazılması  və  təhlillərin aparılması ilə  məşğul olmuşdur. 
2004-cü ilin iyul ayından  əmək fəaliyyətini Rabitə  və 
İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” 
Məhdud Məsuliyyətli Cəmiyyətində davam etdirmiş  və 
burada iqtisadçı,  şöbə müdirinin müavini, şöbə müdiri 
vəzifələrində çalışmışdır.  “Azərpoçt” MMC-də çalışdığı 8 
ilə qədər müddət ərzində bir sıra digər funksiyaların icrasına 
da yaxından cəlb olunmuş, eləcə  də 2005-2010-cu illərdə 
Azərbaycan Respublikası ilə Beynəlxalq 
İnkişaf 
Assosiasiyası arasında imzalanmış “İnkişaf krediti haqqında” 
Sazişin (Maliyyə xidmətlərinin inkişafı layihəsinin)  əsas 
icraçılarından biri, bu saziş çərçivəsində Avtomatlaşdırılmış 
Korporativ İnformasiya Sistemi layihəsinin texniki direktoru
5-dən artıq işçi qrupun rəhbəri olmuşdur. 2012-ci ilin 14 
fevral tarixindən indiyədək isə Rabitə  və  İnformasiya 
Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC-də 
Korporativ idarəetmə üzrə baş mütəxəssis vəzifəsində çalışır.  
Ailəlidir, 1 övladı var.
 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə