Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə68/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   61   62   63   64   65   66   67   68   69

 
 
309
 
 
 
və iqtisadi nəzəriyyə  kursunun  öyrənilməsinə dair  metodik  
vəsait  tərtib  etmişdir. 
2 dərslik, 4 tədris metodik göstərişin, 2 dərs  vəsaitinin, 2 
proqramın 35-dən çox elmi məqalənin müəllifidir. 
09 noyabr 2007-ci ildən Azərbaycan Kooperasiya 
 
Universitetində  tərbiyə işləri üzrə  prorektor işləyir. 2010-cu 
ildən universitetin dosentidir. 
Ailəlidir, 3 övladı var.   
 
 


 
 
310
 
 
 
Yaqubov Şamil Əyyub  oğlu 
 
Yaqubov  Şamil  Əyyub oğlu 
1939-cu il Bakı  şəhərində Bayıl 
qəsəbəsində  fəhlə ailəsində anadan 
olmuşdur. 1946-cı ildə 163 saylı orta 
məktəbə daxil olmuş, 1956-cı ildə 
həmin məktəbi bitirmişdir. 1967-ci 
ildən 1971 –ci ilə kimi Neft 
texnikumunda oxumuşdur. 1971-ci 
ildə Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı  İnstitutuna 
daxil olmuş, 1976-cı ildə  həmin institutu bitirmişdir. 1961-
1964-cü illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 
1961-ci ildən Dövlət Plan Komitəsinin nəzdində olan Elmi-
Tədqiqat  İqtisadiyyat  İnstitutuna laborant vəzifəsinə  işə 
qəbul olmuşdur. 2009-cu ilin yanvar ayına kimi həmin 
institutda müxtəlif vəzifələrdə çalışmışdır. 1971 ildə 
məqsədli aspiranturaya daxil olmuş  və oranı  1974-cü ildə 
bitirmişdir. 1987-cı ildə namizədlik dissertasiyası müdafiə 
edib iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 
2009-cu ilin yanvar ayından Azərbaycan Milli Elmlər 
Akademiyasının  İqtisadiyyat  İnstitutunda aparıcı elmi işçi 
vəzifəsində çalışır.  
Bir alim kimi, işlədiyi dövrlərdə ümumi olaraq 
Azərbaycanda 88 məqalə, 5 tezis, 2 məqalə isə Avropada 
dərc edilmişdir (İspaniya, Fransa). Bir sıra Beynəlxalq 
konfranslarda həm iştirak etmiş, həm də çıxışlar etmişdir. 
Ailəlidir,  3 qız övladı var.  
 
 


 
 
311
 
 
 
Zeynallı Əlisa Təvəkkül oğlu 
 
Zeynallı Əlisa Təvəkkül oğlu 1950-
ci il avqustun 9-da Azərbaycan 
Respublikası 
Cəlilabad rayonunun 
Zopun kəndində anadan olmuşdur. 
Burada natamam orta təhsil almışdır. 
1967-1968-ci illərdə Bakı Plan Uçot 
Texnikumunda oxuyaraq  “Kənd 
təsərrüfatı iqtisadiyyatı” fakültəsini 
bitirmişdir. 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı 
İnstitutunun (İndiki Dövlət  İqtisad Universitetinin) Xalq 
təsərrüfatının planlaşdırılması fakültəsini qiyabi bitirmişdir. 
1998-ci ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının 
İqtisadiyyatı  və  Təşkili  İnstitutunda “Aqrar-sənaye 
kompleksi sistemində iqtisadi hesabların tədqiqi və  tətbiqi 
problemləri” mövzusu üzrə dissertasiya işini müdafiə edərək, 
iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 
Elmi və praktiki fəaliyyəti ölkədə statistikanın təşkili və 
inkişafına həsr edilmişdir.  Əmək fəaliyyətinə 1968-ci ildə 
Cəlilabad rayon Dövlət statistika müfəttişliyində başlamışdır. 
1970-1972-ci illərdə hərbi xidmətdə olmuşdur. 1972-ci ildən 
isə  əmək fəaliyyətini Azərbaycan Respublikası Dövlət 
Statistika Komitəsində (keçmiş  Mərkəzi Statistika İdarə-
sində) davam etdirmişdir. Burada tikinti, əhali və  səhiyyə, 
kənd təsərrüfatı statistikasının təşkili işlərində çalışmış, 
1979-cu il “Əhalinin siyahıyaalması”  şöbəsinin müdir 
müavini olmuş, 1989 və 1999-cu il siyahıyaalmalarında fəal 
iştirak etmişdir. Uzun müddət kənd təsərrüfatı məhsullarının 


 
 
312
 
 
 
tədarükü statistikasının təşkilinə  rəhbərlik etmişdir. Hal-
hazırda “Ərzaq təhlükəsizliyi və balansları statistikası” 
şöbəsinin müdiri vəzifəsində çalışır. 
Ölkəmizin müstəqil inkişafı illərində öz bilik və bacarı-
ğını, müasir mərhələdə bəşəriyyəti narahat edən əsas qlobal 
problemlərdən biri hesab olunan, ərzaq təhlükəsizliyi üzrə 
informasiya sisteminin qurulmasına həsr etmişdir. Beynəl-
xalq təşkilatlarla əməkdaşlıq nəticəsində qısa müddət ərzində 
məlumatlar bazasının yaradılması, 2001-2007-ci illərdə 
rüblük statistik bülletenlərin və illik statistik məcmuələrin 
hazırlanmasına gərgin  əmək sərf etmiş, habelə milli 
iqtisadiyyatın müasir inkişaf mərhələsində aktual sayılan 
problemlər üzrə tematik statistik müşahidələrin keçirilməsi 
təcrübəsinə nail olmuşdur. Bütün bunlar onun elmi-nəzəri 
biliklərinin formalaşmasında əsas rol oynamışdır. 
Bilavasitə onun elmi-praktik təcrübəsi və  təşəbbüsünə 
əsasən “Azərbaycanda  əhali və  kənd təsərrüfatının su ilə 
təminatının vəziyyəti” (2002), “Taxıl istehsalı və istifadəsi” 
(2002), “Kənd yerlərinin yol və kommunikasiya şəbəkəsinin 
vəziyyəti” (2003), “Fərdi (şəxsi) nəqliyyat vasitələrilə 
sərnişin və yükdaşımaların qiymətləri” (2003), “Kənd 
təsərrüfatı istehsalçılarının  əsas iqtisadi göstəricilərinin 
öyrənilməsi”(2003), “Heyvandarlığın inkişafının  əsas 
məsələləri” (2004), “Ərzaq məhsullarının qiymətlərinin 
öyrənilməsi” (2004), “Ev təsərrüfatlarında ərzaq əldə etmək 
imkanları” (2004), “Emal müəssisələri, ticarət təşkilatları və 
təsərrüfatlarında  ərzaq məhsullarının qalıqları” (2005), 
“İqtisadiyyatda məşğul olanların sayı və tərkibi” (2005), “Ev 
təsərrüfatlarında məşğulluq” (2006), “Əhalinin içməli su ilə 


 
 
313
 
 
 
təminatının vəziyyəti” (2006), “Suvarılan torpaqlardan 
istifadənin vəziyyəti” (2007), “Cins əkinlərin vəziyyəti” 
(2007), “Kənd təsərrüfatı istehsalçılarının bazar münasibət-
lərinin vəziyyəti” (2008), “Kənd təsərrüfatı istehsalçılarına 
xidmətlər göstərilməsinin vəziyyəti” (2008)  mövzularına 
dair birdəfəlik statistik müşahidələr keçirilmiş, onların 
icmallaşdırma proqramı hazırlanmış, ilkin müşahidə 
məlumatları icmallaşdırılaraq təhlil edilmiş, müvafiq təkliflər 
müəyyənləşdirilmiş və statistik külliyyatlar hazırlanaraq ölkə 
rəhbərliyinə, hökumətə  və qanunverici orqanlara, habelə 
beynəlxalq təşkilatlara və elmi idarələrə  təqdim edilmişdir. 
“Azərbaycanın milli iqtisadiyyatına maliyyə yardımı 
göstərilməsi və onun istehlak üçün səmərəliliyinin müəyyən 
edilməsi qaydaları” hazırlanmışdır (2009). 
Ölkənin  ərzaq balanslarının işlənməsi üçün nəzəri-
metodoloji qaydaların hazırlanması, onların təcrübəyə tətbiqi 
üzrə 2007-2010-cu illərdə  fəal və  səmərəli fəaliyyət 
göstərmişdir. Hazırda bu işləri davam etdirir.  
Onun elmi tədqiqatları  və praktiki təcrübəsinin paralel 
davam etdirilməsinin nəticəsi olaraq 2005-ci ildə “Elm” 
nəşriyyatı tərəfindən “Azərbaycan kənd təsərrüfatının müasir 
problemləri” adlı monoqrafiyası dərc edilmişdir.  
2008-2011-ci illərdə elmi yaradıcılığının  əsas hissəsini 
“Bazar iqtisadiyyatı  şəraitində qiymət və qiymətin 
əmələgəlmə  məsələləri”, “İqtisadi nəzəriyyədə  təkmilləş-
dirmə  məsələləri”, “Sahibkarlıq fəaliyyətində innovasiya 
məsələləri”, “Kənd təsərrüfatında innovasiya məsələləri”, 
“Regional inkişaf və innovasiya məsələləri” təşkil etmişdir. 
Bu mövzular üzrə beynəlxalq konfranslarda, elmi jurnallarda 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə