Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə62/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   58   59   60   61   62   63   64   65   ...   69

 
 
279
 
 
 
Qəhrəmanov Eldar Əvəz oğlu 
 
Qəhrəmanov Eldar Əvəz oğlu 1948-
ci ildə  Oğuz  şəhərində anadan olmuş, 1 
nömrəli Oğuz  şəhər orta məktəbini 
bitirmiş, 1966-cı ildə M.Qorki adına 
Türkmənistan Dövlət Universitetinin 
“İqtisadiyyat” fakültəsinə  qəbul olun-
muşdur. Türkmənistan Respublikası 
Mərkəzi Statistika İdarəsi sistemində  fəhlə, mexanik 
 
təsərrüfat müdiri, sənaye, nəqliyyat və rabitə statistikası 
şöbəsində iqtisadçı  vəzifəsində  işləmişdir. 1971-1973-cü 
illərdə Oğuz Kolxozlararası Tikinti İdarəsində inşaat texniki, 
mühasib və iqtisadçı vəzifələrində çalışmışdır. 1974-cü ildə 
Oğuz rayon Məlumat-Hesablama Stansiyasının rəisi 
vəzifəsinə  təyin olunmuş, 1978-ci ildə Azərbaycan 
Respublikası Mərkəzi Statistika İdarəsi kollegiyasının qərarı 
ilə Bakıya dəvət edilmiş  və  mərkəzi aparatda “Kənd 
təsərrüfatı statistikası”  şöbəsinin rəisi vəzifəsinə  təyin 
edilmiş, 1979-cu ildə kollegiya üzvü seçilmişdir. 
1981-ci ildə Azərbaycan KP MK-nın aparatına işə dəvət 
edilmiş  və 1989-cu ilin aprel ayınadək burada Kənd 
təsərrüfatı  və yeyinti sənayesi  şöbəsində  əvvəlcə  təlimatçı, 
sonra isə elm və iqtisadiyyat bölməsinin müdiri vəzifələrində 
çalışmışdır. 
1990-cı ildə Bakı Politologiya İnstitutunda qiyabi 
təhsilini başa çatdırmış və politoloq ixtisasına yiyələnmişdir. 
1989-cu ildən 1996-cı ilədək Azərbaycan Respublikası 
Dövlət Statistika Komitəsi sədrinin birinci müavini 


 
 
280
 
 
 
vəzifəsində çalışmış, respublikada milli statistikanın 
konsepsiyasının, onun hüquqi bazasının yaradılmasının 
təşəbbüskarı  və  əsas icracısı olmuşdur. Bu illər  ərzində 
statistikanın metodoloji bazasının beynəlxalq təcrübəyə 
uyğunlaşdırılmasına, onun rəsmi və etibarlı beynəlxalq 
ünsiyyət vasitəsinə çevrilməsi prosesinə rəhbərlik etmişdir. 
1994-cü ildə Vyana Birləşmiş  İnstitutunda bazar 
iqtisadiyyatı 
şəraitində idarəetmənin makroiqtisadi 
problemləri üzrə hazırlıq kursu keçmişdir. Dövlət Aqrar 
İslahat Komissiyasının, habelə Milli Məclisin Aqrar Siyasət 
Komissiyasının ekspert qrupunun üzvü olmuşdur 
1996-cı    ildə Azərbaycan Dövlət Statistika Komitəsi 
sədrinin birinci müavini vəzifəsindən istefa vermiş  və 57 
saylı  Bərdə-Ağcabədi seçki dairəsindən Azərbaycan 
Respublikasının Birinci çağırış Milli Məclisinə deputat 
seçilmişdir.  
E. Qəhrəmanov 2000-ci ildə Azərbaycan Respublikası 
İkinci çağırış Milli Məclisinə seçkilərdə 80 saylı Oğuz - Şəki 
- Qəbələ seçki dairəsindən Yeni Azərbaycan Partiyasının 
namizədi olaraq deputat seçilmişdir. Birinci və ikinci çağırış 
Milli Məclisinin deputatı kimi Aqrar siyasət daimi 
Komissiyanın sədr müavini, MDB Parlamentlərarası 
Assambleyasının Sosial Siyasət və  İnsan Hüquqları 
Komitəsinin sədri vəzifəsində  fəaliyyət göstərmiş, 1996-
2000-ci illərdə Milli Məclisin Rusiya Dövlət Duması, 2000-
ci ildən isə Küveyt parlamenti ilə parlamentlərarası əlaqələr 
üzrə işçi qrupunun rəhbəri olmuşdur. 
Eldar Qəhrəmanov Azərbaycan Milli Məclisini 
parlamentlərarası  əlaqələrdə, beynəlxalq konfranslarda və 


 
 
281
 
 
 
seminarlarda layiqincə  təmsil etmiş, bu tədbirlərdə yüksək 
peşəkarlıq və siyasi hazırlıq nümayiş etdirmişdir. 
2000-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi 
almaq üçün «Aqrar bölmədə təsərrüfatların təşkilati-iqtisadi 
əsaslandırılması» mövzusunda üçün dissertasiya müdafiə 
etmişdir. Apardığı elmi araşdırmaların  əsas nəticələri 
Az.ETKTİ  və  Tİ-da keçirilən «Bazar iqtisadiyyatına keçid 
şəraitində torpaq münasibətləri: təcrübə problemlər» 
mövzusunda (Bakı, 1997-ci il) elmi- praktik seminarlarda; 
Azərbaycan EA-nın Elm və  Təhsil mərkəzinin, «Təfəkkür 
Universitetinin və Azərbaycan  İqtisadçılar  İttifaqının təşkil 
etdikləri «Azərbaycan XXI əsrin astanasında» elmi-praktik 
konfranslarında (Bakı, 1997 və 1998-ci illərdə); Türkiyə 
İqtisadi  Əməkdaşlıq Agentliyinin təşkilatçılığı ilə Bilkənd 
Universitetinin iqtisadiyyat bölməsində «iqtisadiyyatda son 
yeniliklər, Azərbaycan və Türkiyə iqtisadiyyatları» 
mövzusunda keçirilən seminarda (Ankara, noyabr 1997-ci 
il); Almaniya Federativ Respublikasının Mərkəzi və  Şərqi 
Avropada aqrar inkişaf institutunun və BMT-nin Ərzaq 
Məsələləri və  Kənd Təsərrüfatı  təşkilatının «Mərkəzi və 
Şərqi Avropada torpaq mülkiyyəti, torpaq bazarı və onların 
aqrar istehsalın səmərəliliyinə  təsiri» mövzusunda 
beynəlxalq elmi konfranslarda (AFR, Hale şəhəri, may 
1999-cu il); ADKTA- nın 70 illiyinə  həsr olunan elmi 
konfransda (Gəncə, 1999- cu il) müəllif tərəfindən məruzə 
edilmiş və müvafiq külliyatlarda dərc olunmuşdur. 
Müəllifin tədqiqat işinin nəticələrindən irəli gələn və 
daha çox praktik əhəmiyyət kəsb edən təklifləri Azərbaycan 


 
 
282
 
 
 
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 
istifadə üçün qəbul olunmuşdur. 
E.Qəhrəmanov  hazırda “Azərbaycan” Universitetinin 
rektoru vəzifəsində çalışır. 
 
 


 
 
283
 
 
 
Musayev Məmməd Qurban oğlu 
 
Məmməd Qurban oğlu Musayev 
1955-ci ildə anadan olub. 1976-cı ildə 
D.Bünyadzadə adına Azərbaycan Xalq 
Təsərrüfatı 
İnstitutunu fərqlənmə 
diplomu ilə bitirib, 1976-1984-cü 
illərdə SSRİ Dövlət Bankının Azər-
baycan Kontorunun Mərkəzi aparatın-
da işləyib. 1984-cü ildən Dövlət 
Bankının Qaradağ  şöbəsinin müdiri, 1988-ci ildən Aqrar 
Sənaye Bankının Əməliyyat İdarəsinin rəisi, 1992-ci ildən 
2001-ci ilə kimi Azərbaycan Respublikası  Səhmdar 
Kommersiya Aqrar Sənaye Bankının, 2001-ci ildən hal-
hazıradək isə "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının 
İdarə heyətinin sədri vəzifəsində çalışır. 
Bank sistemində çalışdığı 26 ilin son 15 ilini aqrar 
sektor üzrə ixtisaslaşmış bankın rəhbəri vəzifəsində 
çalışmışdır. 1998-ci ildə "Aqrar-Sənaye Kompleksi 
sistemində iqtisadi münasibətlərin təkmilləşdirilməsi" 
mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 
iqtisad elmləri namizədi alimlik dərəcəsi almağa layiq 
görülmüşdür. Peşəkar alim kimi respublikanın elmi və 
dövri mətbuatında mütəmadi olaraq çıxış edir, "Aqrar 
islahatı prosesində bank kreditindən istifadənin səmərə-
liliyi", "Aqrar bölmədə iqtisadiyyatın sağlamlaşdı-
rılmasında kreditin rolu", "Bazar iqtisadiyyatı  şəraitində 
kreditdən istifadənin səmərəliliyinin yüksəldilməsi", 
"İqtisadiyyat və Aqrar Sənaye Bankının problemləri", 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə