Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə47/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   43   44   45   46   47   48   49   50   ...   69

 
 
202
 
 
 
Apardığı  tədqiqatlar  əsasında 2004-cü  ildə  Az.ETKTİ 
və  Tİ-da  yaradılmış  Birdəfəlik  müdafiə  Şurasında 
«Azərbaycan  Respublikasında  kəndli  (fermer)  təsər-
rüfatlarının  formalaşdırılması  və  inkişaf  etdirilməsinin 
iqtisadi  mexanizminin  təkmilləşdirilməsi»  mövzusunda 
dissertasiya  müdafiə  edərək  iqtisad  elmləri  namizədi 
alimlik dərəcəsi almışdır. 
2006-2010-cu  illərdə  Az.ETKTİ  və  Tİ-də  fəaliyyət 
göstərmiş  müdafiə  surasının  üzvü  olmuşdur.  N.Əlibəyov 
şərikli  yerinə  yetirilmiş 8,6 çap  vərəqi  həcmində 5 
tövsiyənin, 4,6 çap  vərəqi  həcmində 1 kitabçanın, 
fermerlər üçün 8,4 çap vərəqi həcmində tədris proqramı və 
tədris  materiallarının, 2,65 çap  vərəqi  həcmində 4 elmi 
məqalənin  həmmüəllifi, 6,55 çap  vərəqi  həcmində 16 
məqalə və tezisin müəllifidir. 
Hazırda  Az.ETKTİ  və  Tİ-nun  «Nəşriyyat  və  yayım» 
şöbəsinə rəhbərlik edir. 
 
 


 
 
203
 
 
 
Mehdiyev Mehdi Qurban oğlu 
 
Mehdiyev Mehdi Qurban oğlu 1941-
ci ildə Naxçıvan  MR-nın  Şərur 
rayonunun Püsyan kəndində anadan 
olmuş, 1959-cu ildə kənd orta məktəbini 
bitirmiş, 1961-1964-cü illərdə  hərbi 
xidmətdə olmuşdur. 1965-ci ildə 
S.Ağamalı  oğlu adına Azərbaycan Kənd 
Təsərrüfatı  İnstitutunun aqronomluq 
fakültəsinə daxil olub, 1970-ci ildə institutu fərqlənmə 
diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Respublikası   
Kənd Təsərrüfatı Nazirliyinin “Meşə qoruyucu zolaqların 
salınması layihəsi” idarəsində mühəndis-aqromeliorator 
vəzifəsində çalışmışdır. 1971-1973-cü illərdə    Azərbaycan 
Elmi-Tədqiqat  Əkinçilik  İnstitutunun bitki fiziologiyası 
laboratoriyasında aspirant, sonra isə kiçik elmi işçi 
vəzifəsində  işləməklə yanaşı  “İnstitut  İlk Partiya 
Təşkilatı”nın katibi olmuşdur. O, elmi yaradıcılığını davam 
etdirərək 1977-ci ildə    SSRİ-nin Moskva və Leninqradın 
aparıcı elmi-tədqiqat institutlarının görkəmli alimləri ilə elmi 
əməkdaşlıq yaratmış, Azərbaycanda ilk dəfə olaraq 
elektrofarez, xromatoqrafiya və digər metodlarla «Müxtəlif  
fatosintez məhsuldarlığına malik olan payızlıq buğdaların 
azot mübadiləsinin xüsusiyyətləri və  dənin keyfiyyəti» 
mövzusu üzrə dissertasiya müdafiə etmiş, biologiya elmləri 
namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.  İnstitut ilk 
partiya təşkilatında onun təşkilatçılığı  və bacarığı  nəzərə 
alınaraq 1979-cu ildə Abşeron rayon partiya komitəsində 


 
 
204
 
 
 
təlimatçı vəzifəsinə təyin edilmişdir. Çox keçmədən 1980-ci 
ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində 
“Baş  əkinçilik”idarəsinin rəis müavini, sonradan rəisi 
vəzifəsinə  təyin edilmiş, kollegiyanın üzvü olmuşdur. O, 
1980-1985-ci illərdə respublikada  kənd təsərrüfatının inkişaf  
etdirilməsi, xüsusilə əkinçilik mədəniyyətinin yüksəldilməsi, 
taxıl, qarğıdalı, soya və digər bitkilərin yeni intensiv  
texnologiyalar  əsasında becərilməsinin ardıcıl təşəbbüskarı 
olmaqla, regionlarda tətbiq edilməsinə nail olmuş və bu işə 
görə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc 
medalına layiq görülmüşdür. 
M.Mehdiyev 1985-ci ildə Babək rayon XDS İcraiyyə 
Komitəsinin sədri vəzifəsinə  seçilmiş, Babək rayon PK-nin 
büro üzvü olmuşdur. 1985-1990-ci illərdə Naxçıvan MSSR 
Ali Sovetinin deputatı, Ali Sovetin sədr müavini seçilmiş, 
Azərbaycan KP XXXI qurultayının nümayəndəsi olmuş, 
Naxçıvan Vilayət PK-nin büro üzvlüyünə namizəd seçil-
mişdir. 1990-cı ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 
O, 1989-1992-ci illər  ərzində  Kənd Təsərrüfatı 
Nazirliyinin “Elit” və “Otlaq” Elm-İstehsalat Birliyində baş 
aqronom, “Azərkəndkimya” Birliyində aparıcı mütəxəssis 
vəzifəsində çalışmışdır.  
1992-1993-cü illərdə Abşeron Rayon İcra Hakimiy-
yətində şöbə müdiri və İcra Başçısının müavini vəzifəsində 
işləmişdir.1993-1997-ci illərdə “Azərquşsənaye” Dövlət 
Şirkətində  aparıcı aqronom vəzifəsində çalışmışdır. 1997-ci 
ildən 2000-ci ilə qədər “Avesta Konserni” də vitse-prezident 
vəzifəsində fəaliyyət göstərmişdir. 


 
 
205
 
 
 
2000-ci ildən başlayaraq 2008-ci ilə  qədər Özəl 
Bölmənin inkişafına yardım Agentliyində,  sonradan Kənd 
Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyində Baş 
Təlimatçı  vəzifəsində  işləmiş, Dünya Bankının “Kənd 
Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi” layihəsində və 
“Kənd Təsərrüfatının  İnkişafı üzrə Beynəlxalq Fondun” 
(İFAD) “Yüksək dağlıq  ərazilərin inkişaf etdirilməsi” 
layihəsində mütəxəssis kimi fəaliyyət göstərmişdir.  
O, 2008-ci ildən Azərbaycan Elmi-Tədqiqat Kənd 
Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda  əvvəlcə 
aparıcı elmi işçi, sonradan “Ümumi” şöbə müdiri təyin 
edilmiş, 2011-ci ildən “Təsərrüfatlarda  İlkin Uçotun 
Təşkili”şöbəsinin müdiri vəzifəsinə  təyin olunmuşdur. 
Hazırda Avropa Komissiyası (EC) BMT-nin Ərzaq və Kənd 
Təsərrüfatı  Təşkilatının (FAO) proqramı  çərçivəsində 
“Azərbaycanda fermer təsərrüfatları  məlumat monitorinq 
sistemi” (FTMMS) proqramı beynəlxalq layihənin həyata 
keçirilməsində yaxından iştirak edir. 
M.Mehdiyev dünya Bankının “Kənd Təsərrüfatının 
İnkişafı  və Kreditləşdirilməsi” layihəsi çərçivəsində 
respublikada informasiya və  məsləhət xidmətinin təşkili və 
tətbiqində, eyni zamanda 200 nəfərdən çox Özəl Məslə-
hətçilərin hazırlanmasında çox böyük rolu olmuşdur. Kənd 
Təsərrüfatının müxtəlif istiqamətləri üzrə  təlim kurslarının 
keçirilməsi üçün bir çox metodiki təlim kursu materiallarının 
və tövsiyələrin, on beşdən çox elmi əsərin müəllifidir.  
 
 
 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə