Microsoft Word arif son variant doc



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə182/189
tarix16.11.2017
ölçüsü3,36 Mb.
#10560
1   ...   178   179   180   181   182   183   184   185   ...   189

 393

tullantılarının ətraf mühitə neqativ təsiri sərbəst davam etməkdədir. Abşeronda 

əhəng daşı yataqlarının, Xəzər sahilində qum yataqlarının, çay vadilərində qum-

çınqıl yataqlarının kortəbii istismarı  nəticəsində yaranan ekoloji problemlər 

artmaqdadır. 

Ümumiyyətlə mütəxəssislər dağ-mədən sənayesinin  ətraf mühitdə prob-

lem yaradan istehsalat prosesləri və amillərini aşağıdakı kimi qruplaşdırırlar: 

 1. Faydalı qazıntıların açıq və yeraltı üsullarla çıxarlması. 

 2. Ətraf sahədə istehsalat strukturlarının yerləşdirilməsi və  fəaliyyət 

göstərməsi. 

 3. Zənginləşdirmə  və ya saflaşdırma qurğularının yerləşdirilməsi və 

onların fəaliyyət göstərməsi. 

 4. Istehsalat tullantılarının yaranması, toplanması, təkrar istehsalat 

tullantıları. 

 5. Ağır yüklərin nəqli. 

 6.Yarımfabrikat məhsulların hazırlanması üzrə qurğuların 

yerləşdirilməsi və onların fəaliyyət göstərməsi. 

Bazar münasibətlərinə keçid şəraitində qarşıya çıxan mühüm problem-

lərdən biri-müəssisələrdə tullantıların zərərsizləşdirilməsi və  təbiəti mühafizə 

tədbirlərinin lazımi səviyyədə maliyyələşdirilməsi mənbələrinin dəqiqləşdiril-

məsi təşkil edir.  

  Mühüm  məsələlərdən biri ətraf mühitin mühafizəsi üzrə mühüm  təbii 

ehtiyatların tam və kompleks istifadə edilməsi, təkrar xammal ehtiyatları  və 

istehsal tullantılarının təsərrüfat dövriyyəsinə  cəlb edilməsi məsələsidir. 

Hazırda zibilxanalarda külli miqdarda təkrar xammal ehtiyatları toplanmışdır. 

Onların səmərəli istifadə edilməsi sənaye müəssisələrində bir sıra texniki və 

İqtisadi tədbirlərin həyata keçirilməsini tələb edir. Balakən rayonunun şimal 

hissəsində, Böyük Qafqazın cənub yamacları boyunca uzunluğu 50-60 km, eni 

25-30 km olan geniş  ərazidə Zaqatala-Balakən filiz zonası  kəşf edilmişdir. 

Buradan aydın olur ki, Zaqatala-Balakən rayonları XXI-əsrdə respublikamızın 

intensiv inkişaf edən dağ-mədən və metallurgiya sənayesi bazasına 

çevriləcəkdir.  

Inkişaf etmiş bazar İqtisadiyyatlı ölkələrin təcrübəsi sübut edir ki, ekoloji 

tarazlığın pozulmasına qarşı mübarizənin inzibati və ya birbaşa metodları 

vaxtilə  İqtisadiyyatda texnogen inkişafın nəticəsi kimi ətraf mühitin deqra-

dasiyasına yönəldilən ilk sərt və  ənənəvi addımlar olmuşdur. Maddi istehsal 

sahələrinin, xüsusilə də sənaye və kənd təsərrüfatının ətraf mühitə güclü təsiri 

təmizləyici filtrlərin və qurğuların, texnogenezdən xüsusi qorunan ərazilərin 

yaranmasına, tullantıların yığılıb saxlanması sisteminin təkmilləşməsinə, eləcə 

də çirklənmiş torpaqların rekultivasiyasına səbəb oldu. Məsələ burasındadır ki, 

elə bu günün özündə  də bütün dünyada ətraf mühitin mühafizəsi üzrə bütün 

plan və proqramlarda yuxarıda qeyd etdiyimiz tədbirlərə xüsusi diqqət verilir. 

Lakin bu metodlarla əslində texnogen inkişafın nəticələri ilə mübarizə aparılır, 

onu doğuran səbəblər isə məhdudlaşdırılmır və ya ləğv olunmur. 




 394

Ekoloji tarazlığın qorunmasında birbaşa tənzimləmə metodları rolunun 

gələcəkdə  də böyük olacağına baxmayaraq, texnologiyanın müasir səviyyəsi 

istehsalın inkişafının mənfi ekoloji nəticələrinin ancaq alternativ variantlar və 

aztullantılı texnologiyalar əsasında ləğv olunmasına imkan vermir. Ölkədə 

bazar  İqtisadiyyatının mükəmməl rəqabət sistemi formalaşmadığına görə 

İqtisadi-hüquqi mexanizmlər ətraf mühiti mühafizə etməyə imkan vermir. 

İqtisadi inkişafın müasir mərhələsində ekoloji tarazlığın pozulması ilə 

bağlı  və ekologiya-İqtisadiyyat münasibətlərinin daha da gərginləşməsinin 

qarşısını almaq məqsədilə təbiət və cəmiyyətin ahəngdar qarşılıqlı əlaqə və təsir 

istiqamətində lazımi tədbirlərin görülməsi zərurəti meydana çıxır. Bunun üçün 

xüsusi olaraq ekoloji tənzimləmə sisteminin yaradılması vacib sayılır. Ekoloji 

tənzimləmə davamlı ekoloji inkişafın təmin edilməsində dövlətin həyata 

keçirdiyi siyasətə İqtisadi baxımdan təsir göstərir. O, çox mühüm təsir obyekti 

kimi təbiət və  cəmiyyətin istehsalla bağlı olmayan ünsürlərinə  mənfi təsir 

göstərir istehsalla bağlı olmayan ünsürlər İqtisadiyyat üçün kənar amillər hesab 

edilsə  də, onlar da öz növbəsində keçid dövründə qarşılıqlı ekoloji tarazlığa 

səbəb ola bilərlər. Kənar amil dedikdə, ətraf mühitə atılan qaz və bərk formalı 

tullantılar və çirkab suları nəzərdə tutulur. 

Mövcud problemlərin aradan qaldırılması  məqsədilə bir sıra  İqtisadi 

metodlardan istifadə edilir. Konkret halda burada söhbət vergi və maliyyə 

alətlərinin tətbiq olunmasından gedir. Əgər kənar amillər  İqtisadi proseslərə 

mənfi təsir göstərirsə, onda vergi mexanizminin təsir vasitələrindən,  əgər 

müsbət təsir göstərirsə, subsidiyalardan istifadə olunur. Hazırda ekoloji tarazlığı 

qoruyub saxlamaq və ekoloji təhlükəsizliyi təmin etmək məqsədilə dünya 

ölkələrinin çoxunda xüsusi dövlət orqanları  fəaliyyət göstərir. Bu orqanlar 

ekoloji tarazlığın qorunmasına cavabdeh olmaqla yanaşı,  ətraf mühiti 

çirklənməkdən qorumaq üzrə  məqsədli proqramlar və  tədbirlər hazırlayıb 

həyata keçirirlər. Təcrübə göstərir ki, ilk vaxtlar ekoloji tarazlığın qorunması 

tədbirlərinin  İqtisadi müxanizmləri həmin orqanlar tərəfindən çox az tətbiq 

olunmuş,  əvəzində isə daha çox inzibati-amirlik mexanizmlərinə üstünlük 

verilmişdir. 

Inkişaf etmiş bazar İqtisadiyyatlı ölkələrdə ekoloji tənzimləmənin çoxillik 

təcrübəsinin öyrənilərək ümumiləşdirilməsi respublikamızın İqtisadiyyatında da 

davamlı ekoloji inkişafın təmin edilməsində İqtisadi mexanizmlərin yaradılması 

üçün mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq təcrübə sübut edir ki, İqtisadi 

inkişafın müasir mərhələsində ekoloji tənzimləmə qarşılıqlı əlaqədə olan hər iki 

metodla aparılmalıdır. Onlardan hansının harada tətbiq edilməsi isə konkret 

region və yaxud müəssisədən asılı olaraq müəyyən edilir. İqtisadi ədəbiyyatda 

tətbiq olunan mexanizmlərin və ya tədbirlərin müəssisənin təsərrüfat 

fəaliyyətinə yaxşı  və ya pis təsir göstərməsindən asılı olaraq müvafiq şəkildə 

müsbət və ya mənfi stimulların yaranması fikri qeyd olunur.  

Təcrübədə ekoloji tənzimləmənin  İqtisadi metodlarından istifadə ilk 

növbədə  təbii ehtiyatlara qiymət qoyulması ilə bağlıdır. Eyni zamanda bu 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə