Microsoft Word arif son variant doc



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə180/189
tarix16.11.2017
ölçüsü3,36 Mb.
#10560
1   ...   176   177   178   179   180   181   182   183   ...   189

 388

məsələlər dövlətimiz tərəfindən həyata keçirilir. Milli nəqliyyat xidmətləri 

bazarında, dəniz nəqliyyatı, digər nəqliyyat növləri ilə (əsasən, dəmir yоl, və bоru 

nəqliyyatı ilə neft və neft məhsullarının daşınmaları üzrə) yalnız  оliqapоliya 

bazarında mübarizə aparmaq imkanlarına malikdır.  

Keçən  əsrin 90-cı illərindən başlayaraq Xəzər dəniz  hövzəsi üzrə  əksər, 

sahilyanı dövlətlərin (məsələn, Türkmənistan, Qazaxıstan, Iran kimi) yeni dəniz 

dоnanmalarını (qeyd edək ki, bu ölkələrin hər biri sоn illər böyük tutumlu 

ixtisaslaşmış  оnlarla dəniz nəqliyyat vasitələrinə sahib оlmuşlar) yaratması 

prоsesi, müasir dəniz liman infrastrukturlarının mоdernizə edilməsi üçün böyük 

həcmli yerli və beynəlxalq investisiya axınlarının cəlbi yönümündə  həyata 

keçirdikləri tədbirlər, güzəştli daşınma tarif sistemlərinin tətbiqi və s. ADXDGŞ-

nin tədricən sahəvi rəqabət imkanlarının eləcə  də, beynəlxalq dəniz 

daşınmalarında mövcud payının azalmasına gətirib çıxarmışdır. 

Azərbaycanın dəniz ticarət dоnanmasının оrta yük tutumunun inkişaf etməkdə 

оlan ölkələrdən nisbətən aşağı оlması da əsas prоblemlərdən sayılır. Qeyd etmək 

lazımdır ki, ölkəmizdə bu nəqliyyat seqmentinin perspektiv inkişafının təmini 

yönümündə dünya təcrübəsinə uyğun оlaraq struktur dəyişikliklərin həyata 

keçirilməsi bu sahədə həyata keçirilməli оlan ən zəruri tədbirlərdəndir. 



 389

X FƏSİL. ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ VƏ EKОLОJİ                

                   TƏHLÜKƏSİZLİYİN  TƏMİN EDİLMƏSİ 

 

Azərbaycan Respublikasında yürüdü-

lən ekоlоji siyasətin  əsas məqsədi indiki 

və gələcək nəsillərin ehtiyaclarının təmin 

edilməsi naminə mövcud ekоlоji sistemlə-

rin,  İqtisadi pоtensialın qоrunması  və 

təbii ehtiyatlardan səmərəli istifadə 

edilməsi ilə davamlı inkişafın təmin 

edilməsindən ibarətdir. 

İlham Əliyev 

 

10.1. Davamlı ekoloji tarazlığın təmin edilməsinin İqtisadi zəruriliyi və 

İqtisadi metоdlardan istifadənin istiqamətləri 

 

Dünya ölkələrində müxtəlif təyinatlı müəssisələrin tikintisinin geniş-



lənməsi, əksər ölkələrdə nəqliyyat vasitələrinin sayının xeyli artması beynəlxalq 

səviyyədə ekosistemlərin tarazlığının pozulmasına, bitki və heyvanat aləminin 

ciddi təhlükəyə məruz qalmasına gətirib çıxarmış, atmosfer havası və torpaqlar 

çirklənmiş, içməli su azalmış, ayrı-ayrı  təbii sərvət növləri, demək olar ki, 

tükənmişdir. Nəticədə insan sağlamlığının özü böyük təhlükə altında qalmaqla 

bəşəriyyətin genetik fonduna ciddi xələl gətirməyə başlamışdır. Odur ki, məhz 

bu səbəblərdən ətraf mühitin mühafizəsi, insan sağlamlığının qorunması dünya 

alimlərini və bütövlükdə bəşəriyyəti düşündürən ciddi problemə çevrilmişdir 

Qeyd etmək lazımdır ki, hazırda isə dünyada daha çox qəbul və  tətbiq 

edilən inkişaf konsepsiyalarından biri “Davamlı inkişaf” konsepsiyasıdır. 

Əslində bu konsepsiyanın meydana çıxması və qəbul edilməsi BMT-nin təbiəti 

mühafizə fəaliyyəti ilə bağlı olmuşdur. 

“Davamlı inkişaf” konsepsiyasının mahiyyəti gələcək nəsillərin həyatını 

təhlükə altına qoymadan, indiki nəsillərin tələbatının sosial, İqtisadi və ekoloji 

cəhətdən normal ödənilməsindən ibarətdir . 

1992-ci ildə Rio-de Caneyroda ətraf mühit və inkişaf üzrə keçirilmiş BMT 

konfransında müasir cəmiyyətin davamlı inkişafa keçid strategiyası  qəbul 

edildi. Ingilis dilinin “sustain”-möhkəmləndirmək, kömək etmək və “to be ab-

ble”-qabiliyyətli olmaq sözlərindən əmələ gələn “davamlı inkişaf” termini inki-

şafın özünü təmin etməsi, başqa sözlə, özü-özündən təkan, gələcək irəliləyişə 

stimul verən inkişaf kimi başa düşülür. 

Keçən  əsrin sonlarında  əsası qoyulmuş Davamlı Inkişaf Beynəlxalq 

Institutu (INSD) davamlı inkişafa aşağıdakı tərifi verir: “Davamlı inkişaf vahid 

ətraf mühiti, İqtisadi səmərəliliyi və xalqların rifahının cəmləşməsi deməkdir”. 

Mütəxəssislərin fikrincə, bu terminin məzmununda ekoloji davamlılıq 

imperativi və sosial-İqtisadi davamlılıq imperativi ayrılır. Ekoloji davamlılıq 




 390

imperativi ekoloji imkanlar çərçivəsində yaşamaq deməkdir, yəni bəşəriyyətin 

tələbləri təbiətin imkanları xaricində olduğuna görə, insanlar öz tələblərini və 

tullantılar istehsalını azaltmaqla təbii ehtiyatların vəhşicəsinə  sərfinə son 

qoymalıdırlar. 

Qeyd etmək lazımdır ki, davamlı inkişaf konsepsiyasına bir-birilə 

qarşılıqlı asılılıqda olan və paralel olaraq mövcudluğu  şübhə doğurmayan üç 

aspektin üzvi sintezi kimi baxılmalıdır: 1) İqtisadi inkişafın artımı; 2) ətraf 

mühitin və ekosistemlərin mühafizə  və  bərpası; 3) sosial ədalətin bərqərar 

olması. 


Ekoloji problemlərin həlli üçün BMT tərəfindən “davamlı inkişaf” kon-

sepsiyası beynəlxalq və milli qurumlar vasitəsilə həyata keçirilməklə “gələcək-

siz inkişafın” qarşısını almağa, ətraf mühiti, biomüxtəlifliyi, insanların sağlam-

lığını  və uzunömürlülüyünü qorumağa yönəldilmişdir.  Şübhəsiz ki, hər hansı 

istehsal layihəsini həyata keçirərkən, başqa sahələrdə  fəaliyyət göstərərkən 

insanlar istər-istəməz bu və ya digər dərəcədə xarici mühitə təsir edirlər. Lakin 

“davamlı inkişaf” konsepsiyası bu layihələrin həyata keçirilməsində elə texno-

logiyaların, avadanlıq və cihazların istifadəsini nəzərdə tutur ki, onların  ətraf 

mühitə  təsiri minimuma endirilsin və  təbii ehtiyatların istifadəsini optimal 

şəkildə  təşkil etməklə  gələcək nəsillərin xammaldan istifadə imkanlarını 

məhdudlaşdırmasın. 

Artıq uzun müddətdir ki, ölkəmizdə böyük İqtisadi, sosial və siyasi 

əhəmiyyəti olan ardıcıl neft startegiyası həyata keçirilir. “Əsrin müqaviləsi”nin 

imzalanmasından başlayaraq uğurla həyata keçirilən bu strateci xəttə uyğun 

olaraq dünyanın, o cümlədən ABŞ-ın, Böyük Britaniyanın, Norveçin, 

Rusiyanın, Italiyanın, Türkiyənin, Yaponiyanın, Fransanın və bir sıra başqa 

ölkələrin aparıcı neft şirkətləri Azərbaycan İqtisadiyyatına sərmayə qoymuşlar 

və burada müasir texnologiyalar tətbiq etməklə öz işlərini yüksək ekoloji 

standartlar səviyyəsində qurmağa çalışırlar. “Əsrin müqaviləsi” və ondan sonra 

imzalanmış müqavilələr regionda bir sıra ölkələrin strateci maraqlarını  təmin 

etmiş, bu da Azərbaycan Respublikasının sərhədlərinin bərpa olunması  və 

regionda sülhün bərqərar edilməsi üçün vacib bir amilə çevrilmişdir. Beynəl-

xalq fəaliyyət istiqaməti kimi “davamlı inkişaf konsepsiyası” keçən əsrin 70-ci 

illərində bir sıra ölkələrdə  İqtisadi inkişafın sabitləşdirilməsi və sosial 

vəziyyətin bərabərləşdirilməsi məqsədilə formalaşmışdır. “Davamlı inkişafın” 

əsasına təbii resurslardan (xüsusilə  də  bərpa oluna bilməyən) istifadənin 

optimallaşdırılması, uzunmüddətli perspektivdə  ətraf mühitin keyfiyyətinin 

qorunub saxlanılması və yaxşılaşdırılması prinsipi qoyulmuşdur. 

Keçid dövrünün son dərəcə  ağır çətinliklərinə  məruz qalan insanlar bəzi 

hallarda ekologiyanın, təbii resursların qorunmasını arxa plana keçirmək 

məcburiyyətində qalırlar. Keçmiş strukturların dağılması, ölkədə yaranmış 

qanun boşluğu və özbaşınalıq nəticəsində istehsalın səviyyəsinin getdikcə aşağı 

düşməsi nəinki yüksək texnologiyaya malik sənaye sahələrinin yaranmasına, 

eləcə  də köhnə  sənaye müəssisələrinin belə normal işləməsinə imkan vermir. 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə