Microsoft Word arif son variant doc



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə181/189
tarix16.11.2017
ölçüsü3,36 Mb.
#10560
1   ...   177   178   179   180   181   182   183   184   ...   189

 391

Qısa zaman çərçivəsində  gəlir gətirən sahələrin sürətli inkişafına üstünlük 

verildiyinə görə təbii ehtiyatların, havanın, suyun və meşələrin qorunması arxa 

plana keçir. Odur ki, bu məsələyə ölkənin  İqtisadi siyasət strategiyası 

çərçivəsində kompleks şəkildə yanaşmaq vacibdir. Sənaye cəhətdən zəif inkişaf 

etmiş ölkə yoxsul vəziyyətdə və dünya sivilizasiyasından kənarda qaldığı kimi, 

onun son dərəcə bərbad ekologiyası da ümumbəşəri dəyərlər sistemində miskin 

görünəcəkdir.  Məşhur amerikan alimi Fred Li Smitə görə, hələ indiyə  qədər 

ekologiyanı bütövlükdə  İqtisadi sistemə inteqrasiya edən məqsədli model 

qurulmamışdır.  

Qeyd etmək lazımdır ki, təbii resursların ölkənin milli sərvəti olduğunu 

nəzərə alsaq, onda onların özəlləşdirilməsi zamanı  İqtisadi təhlükəsizlik 

kontekstində ekologiya probleminin həlli məsələsi də daim diqqət mərkəzində 

saxlanılmalıdır. Dünya təcrübəsində qlobal problem kimi ətraf mühitin 

qorunmasının aşağıdakı prinsipləri ön plana çəkilməlidir. 

 - əgər təbii resursların qorunmasını özəl sektor öz üzərinə götürməyə 

qadirdisə, onda dövlətin bu sahəyə xərc çəkməsi istisnalıq təşkil etməlidir; 

  - ekoloji problemlərin həlli zamanı  hər bir rayon ekoloji və  İqtisadi 

məsələlərin seçilməsində tam sərbəst olmalıdır; 

 - müştərək təsərrüfat fəaliyyəti ilə digər yerdəki ekoloji ziyan arasındakı 

qarşılıqlı əlaqənin aşkara çıxarılmasına nail olunmalıdır; 

 - sağlam ekoloji mühitin yaradılması üçün mülkiyyət obyektlərinin 

sərhədləri müəyyənləşdirilməli və onların toxunulmazlığının təmin edilməsi 

məqsədilə işlər həyata keçirilmişdir. 

Daha çox məhsul istehsalına olan meyl böyük ərazilərdə faydalı qazıntı 

yataqlarının sürətlə istismarına gətirib çıxarmışdır ki, bu da böyük ərazilərdə 

təbii mühitin pozulmasını sürətləndirmişdir. Torpaqların rekultivasiyası, bitki 

örtüyünün bərpası və hasilat prosesi başa çatmış, bir sıra sahələrin təbiəti müha-

fizə  və ekoloji tarazlığın bərqərar edilməsi üzrə  işlər üzrə isə,  əslində 

aparılmamış, bu tədbirlərin təşkili və  həyata keçirilməsi üçün zəruri olan 

maliyyə vəsaitləri avadanlıqlar və texniki vəsaitlər daha “məhsuldar” məqsəd-

lərə, daha doğrusu, təbii sərvətlərin yeni yataqlarının mənimsənilməsinə yönəl-

dilmişdir. Nəticədə külli miqdarda dağıdılmış torpaq sahələri, bərbad vəziyyətə 

düşmüş təbii bitki örtüyü, çirkləndirilmiş çoxlu su hövzələri, səmərəsiz istifadə 

nəticəsində yararsızlaşmış, bir sıra böyük əhəmiyyətə malik faydalı qazıntı 

yataqları respublikanın ekoloji cəhətdən zərərli zonasına çevrilməsinin başlıca 

səbəblərindən biri olmuşdur. 

Hazırda böyük torpaq sahələri dağıdılmaqla yanaşı, su hövzələrinin hasilat 

və saflaşdırma tullantıları ilə intensiv çirkləndirilməsi, bitki və heyvanat 

aləminin qismən və ya tamamilə  məhv olması kimi acı reallıq üzə  çıxmışdır. 

Abşeron, Gəncə, Daşkəsən, Qazax, Qaradağ rayonlarının  ərazilərində  və 

Naxçıvan MR-də bu vəziyyət özünü daha açıq şəkildə büruzə vermişdir. Ilkin 

hesablamalara görə, bu rayonlarda ətraf mühitin çirkləndirilməsi nəticəsində 



 392

ölkənin xalq İqtisadiyyatına dəyən  İqtisadi zərərin ümumi miqdarı 150-200 

milyon dollar təşkil edir. 

Dəymiş zərərin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi isə 

daha böyük həcmdə investisiya qoyuluşlarının həyata keçirilməsini tələb edir. 

Bununla yanaşı, təbiəti mühafizə  tədbirləri üçün ayrılan kapital qoyuluşunun 

vaxtında, lazımi məqsədlər üçün və yüksək səviyyədə mənimsənilməsini təmin 

etmək məqsədilə bir sıra  İqtisadi və  təşkilati tədbirlərin həyata keçirilməsi 

məqsədəuyğun sayılır. 

Qeyd etmək lazımdır ki, hazırda  ən maraqlı hal cənub sərhədləri boyu 

axan Araz çayı  bədnam qonşu Ermənistan Respublikasının  ərazisindən çirkab 

materiallarla çirkləndirilir. Çay sularının tərkibində xüsusilə də ağır metalların 

miqdarı üstünlük təşkil edir. Təəssüflər olsun ki, bu sular kənd təsərrüfatında və 

Bakının su təchizatında istifadə edilir. Respublikanın 45 şəhərindən 35-ində 

təmizləyici qurğular fəaliyyət göstərir ki, bunlar da yalnız mexaniki təmizləmə 

xarakterli işləri yerinə yetirirlər. Həmin qurğuların texnoloci cəhətdən yarar-

sızlığı isə mövcud problemləri daha da dərinləşdirir. Hazırda Bakı  şəhərində 

məişət sularının yalnız yarıya qədəri təmizlənir və  Xəzər dənizinə axıdılır. 

Əslində Bakı təmizləyici stansiyasının istismar müddəti 14 il olduğundan artıq 

onun mənəvi köhnəlməsi baş verir. 

Məsələ burasındadır ki, Abşeron yarımadasında sənaye çirkab suları ilə 

ətraf mühitin çirklənməsi çox təhlükəli vəziyyət yaratmışdır. Bakı və Sumqayıt 

şəhərlərində içməli suyun aşağı keyfiyyəti səth sularının çirklənməsi ilə bağlı 

olsa da, texnika köhnə olduğuna görə müvafiq problem öz zəruri həllini tapmır. 

Onu da qeyd edək ki, ətraf mühitin və suların çirklənməsində kənd təsər-

rüfatının da rolu az deyildir. İqtisadi islahatların ötən dövründə ölkəmizin kənd 

təsərrüfatında hər il 300 min ton kimyəvi gübrələr və 40-50 min tondan artıq 

pestisidlər işlənmişdir. Kollektiv təsərrüfatlarda onlradan səmərəsiz istifadə 

edilməsi regionlarda əhalinin sağlamlığına mənfi təsirlə nəticələnmişdir. 

Qeyd etmək lazımdır ki, tədqiqatlar göstərir ki, son illər respublikada 

davamlı ekoloji tarazlığın pozulmasına ən çox səbəb olan sahə hasilat və emal  

sənayesidir. Sənayenin sahələri içərisində isə xüsusilə yanacaq-energetika, 

metallurgiya və kimya sahələri ətraf mühitə kifayət qədər təhlükə törədir. 

Bundan başqa, respublikada  mineral-xammal sərvətlərinə olan tələbatın 

artması və onların təbii ehtiyatlarının tükənməsi ilə yanaşı hasilat sənayesində 

filiz və qeyri-filiz sərvətlərinin külli miqdarda itkisinə yol verilir. 

Mövcud sənaye istehsalı artımını nəzərə alaraq bu ziddiyyətin yaxın dövr 

üçün daha da kəskinləşəcəyini gözləmək olar və  əgər son dərəcə  qısa bir 

müddət ərzində əsaslı tədbirlər həyata keçirilməzsə, bu ziddiyyət respublikanın 

sənaye sahələrində bir sıra gözlənilməz pis nəticələrə səbəb ola bilər. 

Qeyd etmək lazımdır ki, əvvəllər irihəcmli istismar işləri aparılmış 

Daşkəsən rayonunda həm istismar sahələrində, həm də filiz saflaşdırma 

kombinatı yerləşən  ərazidə, Zəylik alunit yatağının istismarı sahəsi və  Gəncə 

gil-torpaq kombinatı  ərazisində 100 minlərlə  tоn ölçülən istehsalat 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə