Microsoft Word arif son variant doc



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə184/189
tarix16.11.2017
ölçüsü3,36 Mb.
#10560
1   ...   181   182   183   184   185   186   187   188   189

 397

Davamlı ekoloji inkişafın təmin edilməsi sistemində ətraf mühitin çirklən-

məsinə görə ödənişlər mühüm əhəmiyyətə malikdir. Bu ödənişlər müəssisə və 

firmalar tərəfindən  ətraf mühitə  dəyən ekoloji-İqtisadi zərərin kompensasiyası 

üçün vacibdir. Ətraf mühitin çirklənməsinə görə ödənişlər dəymiş zərərin yalnız 

kiçik bir hissəsi olmaqla çirkləndirən müəssisələrin cəzalandırılması vasitəsi 

kimi çıxış edir. 

Bazar  İqtisadiyyatının tələblərinə uyğun olaraq qiymət mexanizminin 

təkmilləşdirilməsi problemi davamlı ekoloji inkişafın təmin edilməsi üçün mü-

hüm əhəmiyyət kəsb edir. Təbii ehtiyatların qiymətlərinin aşağı olduğu hallarda 

ETT-nin nailiyyətlərindən istifadənin daim artan problemləri, eləcə  də az 

tullantılı texnologiyaların tətbiqi məsələləri çox vaxt resursların israfçılıqla 

istifadəsinə  gətirib çıxarır. Eyni zamanda, məhsulun qiyməti ekoloji 

təhlükəsizlik səviyyəsindən asılı olmalı, ekoloji cəhətdən daha təmiz məhsul isə 

daha ucuz olmalıdır. Bu zaman beynəlxalq təcrübəyə görə ekoloji vergidən, 

subsidiya və güzəştlərdən istifadə edilməsi məqsədəuyğun hesab olunur. 

Azərbaycanın müstəqillik əldə etməsində, оnun qorunub saxlanılmasında 

və möhkəmlənməsində, ölkə  İqtisadiyyatının sürətli inkişafında, xalqın 

rifahının yaxşılaşdırılmasında  əvəzsiz xidmətləri olan ulu öndərimiz Heydər 

Əliyevin fəaliyyətində ekoloji vəziyyətin yaxşılaşdırılması  və  ətraf mühitin 

mühafizəsi daima xüsusi diqqət mərkəzində  оlmuşdur. 1969-1982 və 1993-

2003-cü illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə ekologiya və  ətraf 

mühitin mühafizəsi sahəsində mühüm qanunlar, qərarlar, sərəncamlar qəbul 

edilmiş, institusional dəyişikliklər baş vermişdir. 

Respublikada həyata keçirilən struktur islahatları  çərçivəsində,  ətraf 

mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadənin ayrı-ayrı aspekt-

lərilə  məşğul olan və  fəaliyyətlərində qismən bir-birini təkrarlayan bir neçə 

dövlət qurumu ləğv edilmiş, ulu öndərimiz Heydər Əliyevin 23 may 2001-ci il 

485 saylı  Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrome-

teorologiya, geologiyameşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini 

həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. 

Ötən müddət  ərzində nazirlik tərəfindən “Ekoloji cəhətdən dayanıqlı 

sosial-İqtisadi inkişafa dair”, “Meşələrin bərpa edilməsi və artırılmasına dair” 

Milli proqramlar, “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, 

biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına 

dair” Dövlət Proqramı və “Azərbaycan Respublikasında Hidrometorоlogiyanın 

inkişaf proqramı” hazırlanmış  və Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamları ilə təsdiq edilmişdir. 

Ölkədə  ətraf mühit qanunvericiliyinin Avropa Ittifaqı qanunvericiliyinə 

uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, ictimaiy-

yətin ekoloji biliklərinin və ətraf mühit haqqında məlumatlılığının artırılmasına, 

habelə dövlət və özəl əmlak mənafelərinin qorunmasına təminat verən qanunlar 

qəbul edilmiş, digər normativ hüquqi sənədlər hazırlanmış və hökumət qərarları 

ilə təsdiq edilmişdir. 




 398

Müasir Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə başlanmış çoxşaxəli 

islahatların bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam 

etdirilməsi nəticəsində ölkənin sosial-iqtisadi inkişafı daha da sürətləndirilmiş, 

inkişaf sürətinə görə Azərbaycan nəinki regionda, hətta dünya ölkələri arasında 

ön sıralara çıxmışdır. 

Ekoloji  şəraitin yaxşılaşdırılması,  ətraf mühitin mühafizəsi, meşəçilik, 

hidrometeorologiya, geologiya, balıqartırma sahəsində son bir neçə ildə ölkə 

rəhbərliyinin prinsipial mövqeyi nəticəsində böyük işlər görülmüş, uzun illər 

ərzində yaranmış  və müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər 

təhlil edilərək, onların kompleks həllinə yönəldilən 5 Milli və Dövlət Proq-

ramları  təsdiq edilmiş, ekologiya və  ətraf mühitin mühafizəsi sahəsində 

qanunvericilik aktları  və hökumət qərarları  qəbul edilmiş  və ya təkmil-

ləşdirilmiş, ölkəmiz beynəlxalq  əlaqələri genişləndirərək 20-dək beynəlxalq 

konvensiyalara qoşulmuşdur.  Ətraf mühitin  mühafizəsi sahəsində inzibati 

metodlara söykənmiş idarəetmə sistemi təkmilləşdirilmiş, ekoloji təbliğat və 

monitorinq fəaliyyəti gücləndirilmiş, “çirkləndirən ödəyir” prinsipindən geniş 

istifadə edilmişdir.  Ətraf mühitin mühafizəsi tədbirlərinə ictimaiyyətin cəlb 

olunması istiqamətində tədbirlər həyata keçirilmiş, ətraf mühitə əlaqəli nəzarət 

şəbəkəsi yaradılmışdır. Ətraf mühitə vurulmuş zərərə görə İqtisadi sanksiyalar 

sərtləşdirilir, ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna daxilolmalar son bir 

neçə ildə dəfələrlə artmışdır. 

Ekologiya və  Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə 

nəzarəti həyata keçirən qurumlar tərəfindən 2006-cı il ərzində hüquqi və fiziki 

şəxslər və  vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 4375 

akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanlarla əlaqədar idarə, 

müəssisə və təşkilatlara Ətraf mühitin mühafizəsi haqqında Qanuna əsasən 917 

icrası  məcburi tələbnamələr verilmişdir. 108 iş üzrə  sənədlər tədbir görülməsi 

üçün hüquq-mühafizə orqanlarına,  ətraf mühitə vurulmuş  zərəri ödəməkdən 

imtina etdiyinə görə 376 iş  məhkəmələrə göndərilmişdir. Qanun pozuntusuna 

yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 1935 iş üzrə 

71427,83 man. məbləğində cərimə tətbiq edilmiş, əvvəlki ilin cərimələri daxil 

olmaqla 74546,06 man ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 982 iş 

üzrə 1194009,7 man. məbləğində iddia qaldırılmış, ondan 128907,56 manatının 

ödənilməsi təmin edilmişdir. 2982 iş üzrə 405875,47 manat məbləğində ödəmə 

verilmiş, ondan 143359,79 manat ödənilməsi təmin olunmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2003-cü il tarixli 1152 

saylı  Sərəncamı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında meşələrin 

bərpa edilməsinə  və artırılmasına dair Milli Proqram”ın tələblərinə uyğun 

olaraq 2006-cı ildə 10140 hektar sahədə meşə-bərpa və salma tədbirləri həyata 

keçirilmişdir. Bunun 3848 hektarını yeni meşələrin salınması, 6292 hektarını 

isə meşə-bərpa işləri təşkil etmişdir. Bu da keçən ildəkinə nisbətən 403 hektar 

çoxdur. Proqramın icrası ilə  əlaqədar 2003-2006-cı illər  ərzində 37724 ha-da 

meşə-bərpa tədbirləri aparılmışdır ki, bunun 15104 ha-ı yeni meşələrin salın-




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə