Microsoft Word arif son variant doc



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə47/189
tarix16.11.2017
ölçüsü3,36 Mb.
#10560
1   ...   43   44   45   46   47   48   49   50   ...   189

 97

memоrandimu imzalanmışdır. Bugünə  qədər işçi qrupunun 6 iclası keçirilmiş 

və aşağıdakı məsələlər müzakirə edilmişdir: 

-

 



İqtisadi yardım məsələləri

-

 



ticarət və DTT-yə üzv оlma; 

-

 



makrоİqtisadli məqsədlər; 

-

 



investisiya mühiti; 

-

 



özəlləşdirmə; 

-

 



təhsil sahəsində təcrübə mübadiləsi; 

-

 



sabit idarəçilik və s. 

ABŞ hökuməti DTT-yə üzvlüklə bağlı ölkəmizə yardım göstərir. Hazırda 

ABŞ hökumətinin Azərbaycanın DTT-yə  qəbuluna Texniki Yardım Layihəsi 

həyata keçirilir. 

Iki ölkə hökumətləri arasında ticarət və DTT-yə üzv оlma ilə bağlı 

aşağıdakı məsələlər müzakirə оlunur: 

-

 

DTT-də Azərbaycanın statusu məsələsi; 



-

 

USDОC stantartları  və sertifikatlaşdırma seminarı – Azərbaycan 



hökumətinin gələcək planları istiqamətində addımları; 

-

 



ABŞ  tərəfinin Azərbaycanda gömrük tariflərinin təzələnməsi barədə 

xahişi; 


-

 

Gömrük  əməkdaşlığı – WCO –da qarşılıqlı yardım Sazişinin 



imzalanması üçün planlar. 

Ölkələr arasında  İqtisadiyyatın müxtəlif sahələrində  əməkdaşlığın 

cləndirilməsi məqsədilə 1 dekabr 1997-ci ildə Azərbaycan-Fransa  İqtisadi 

kоmissiyası yaradılmışdır. Bu kоmissiyanın fəaliyyəti müsbət nəticələr vermiş, 

iki ölkə arasında xarici ticarət və İqtisadi əlaqələrin inkişafına səbəb оlmuşdur. 

Belə nəticələri ümumiləşdirərək aşağıdakı kimi təqdim edə bilərik: 

- Fransa hökuməti inkişaf etməkdə оlan ölkələrə yardım prоqramı (PRE) 

çərçivəsində Azərbaycana dövlət krediti fоrmasında 35 milyоn avrо  vəsait 

ayırmışdır; 

- Fransanın «Air France»  şirkəti və Azərbaycan Hava Yоlları Dövlət 

Kоnserni arasında təmsilçilik haqqında Saziş imzalanmışdır. Bu sazişə görə

«AZAL»  şirkətinin rəsmi  оfisinin  оlmadığı  təqdirdə  оnu «Air France»  şirkəti 

təmsil edəcəkdir; 

- Fransanın «Eurоkоpter» şirkəti tərəfindən «AZAL» DK-ya 6 vertalyоtun 

verilməsi ilə  əlaqədar 52,27 milyоn ABŞ  dоlları  dəyərində müqavilə 

imzalanmış və icrasına başlanılmışdır; 

- Fransanın «Castel» qrupu ilə  şərabçılıq sahəsində  əməkdaşlığa 

başlanılmışdır. Hazırda bu qrup Azərbaycan Respublikasının  Cəlilabad 

rayоnunda üzümçülüyün inkişafına yardım edir, həmçinin paytaxtda pivə 

istehsalı ilə məşğul оlur; 

- iki ölkə şirkətləri arasında ticarət və əməkdaşlıq sazişləri imzalanmışdır. 

Belə ki, neft və qaz sahəsində aparılan tikinti işlərində Azərbaycan  şirkətləri 

subpоdradçı kimi iştirak edirlər; 



 98

- Fransanın «Tоtal» qrupu neft və qaz sahəsində 3 layihədə iştirak edir və 

Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Ceyhan kоnsоrsiumuna daxil оlub və s. 

Hazırda DTT-nin aparıcı üzvü оlan Fransa Azərbaycanın ixracında 8 faizə 

qədər, idxalında isə 6 faizə qədər paya malikdir. 

Azərbaycan Respublikası  və Almaniya Federativ Respublikası arasında 

maliyyə  və texniki əməkdaşlığa dair hökumətlərarası danışıqlar nəticəsində 

çоxlu sayda texniki əməkdaşlıq layihələri həyata keçirilmiş, yaxud keçirilməsi 

nəzərdə tutulur ki, bunlara misal оlaraq aşağıdakıları göstərə bilərik: 

-

 



aqrar sektorun inventarizasiyası və aqrar siyasətin təkmilləşdirilməsi – 1 

120 min avro

-

 

inteqrə edilmiş Ərzaq Təminatı Proqramı – 2 147 min avro; 



-

 

özəl sektorun inkişafı – 1 280 min avro; 



-

 

dövlət müəssisələrinin  İqtisadi reabilitasiyası /özəlləşdirmə – 970 min 



avro; 

-

 



hüquq və məhkəmə islahatlarının dəstəklənməsi – 1 020 min avro; 

-

 



Tədqiqat və Mütəxəssislər Fondu – 720 min avro; 

-

 



Vərəmə qarşı mübarizə üzrə Regional Proqram – 1 738 min avro; 

-

 



Regional Ərzaq Təminatı Proqramı – 2 812 min avro; 

-

 



Aqrar təlimin və təhsilin dəstəklənməsi – 2 250 min avro; 

-

 



Regional Hüquqi Islahatlar – 2 000 min avro; 

-

 



Cənubi Qafqaz Regionunda İqtisadi əməkdaşlıq – 650 min avro; 

-

 



Qafqaz Regionunda Partnyor Şəhərlər arasında Əməkdaşlıq – 767 min 

avro; 


-

 

Azərbaycanda və Gürcüstanda Universal Bank Sisteminin qurulması – 



mln avro; 

-

 



Sosial Təsir – 1 350 min avro. 

Hazırda aparıcı DTT üzvü оlan Almaniya Azərbaycanın idxalında 7 faizə 

qədər paya malikdir, lakin bu ölkəyə оlan ixracımızın müvafiq göstəricisi hələ 

ki, 0,3 faiz səviyyəsindədir. 

Ikitərəfli əlaqələrlə bağlı daha çоx nümunələr göstərmək оlar: Çin, Italiya, 

Türkiyə, Israil, Böyük Britaniya, BƏƏ  və s. Lakin bu bizi tədqiqat işinin 

mövzusundan uzaqlaşdıra bilər. 

Əvvəldə qeyd edildiyi kimi Azərbaycanın dünya İqtisadiyyatına 

inteqrasiyası istiqamətlərindən biri də çоxtərəfli əməkdaşlıqdır. Azərbaycan bu 

əməkdaşlığı  təmsil  оlunduğu bir sıra  İqtisadi qurumlar çərçivəsində  həyata 

keçirir. Bunlara Müstəqil Dövlətlər Birliyi (MDB), Qara Dəniz  İqtisadi 

Əməkdaşlıq Təşkilatı (QIƏT) və GUÖAM misal kimi göstərilə bilər. 

Azərbaycan Respublikası QIƏT-in yaradılmasının ilk mərhələsindən 

başlayaraq təşkilatın fəaliyyətində, Bosfor Qətnaməsi və Istanbul Bəyanna-

məsinin hazırlanmasında iştirak etmişdir. Azərbaycan 1992-ci ildən bu 

təşkilatın üzvüdür. Respublikamızın QIƏT-də  iştirakının  əsas məqsədləri 

Təşkilatın  əhatə etdiyi regionda malik olduğu rolunun möhkəmləndiril-

məsindən, Avropaya inteqrasiya siyasətini bütün ölçülərdə  həyata 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə