bərabəri olmayan qələbə qazandılar. I ldırım Bəyazid (1389-1402) Serbiyanın
müstəqilliyinə son qoydu və nəticədə Osmanlı dövlətinin sərhədləri qərbdən Dunay
çayının sahillərinə qədər genişləndirildi.
1393-cü ildə türklər Bolqarıstanın paytaxtı Tırnovo şəhərini ələ keçirdilər.
XIV əsrin sonuna yaxın Bosniyanın çox hissəsi də türklərin hakimiyyəti altına
düşdü. Türklər Albaniyaya da daxil oldular.
Macar kralı Sigizmund fransız, ingilis, alman və çex cəngavərlərinin iştirakı
ilə türklərə qarşı səlib yürüşü təşkil etsə də, 1396-cı il sentyabrın 25-də bolqarıstan
ə
razisində, Niqbolu (Nikopol) şəhəri yaxınlığında məğlubiyyətə düçar oldu.
Niqbolu döyüşü ilə bütün Bolqarıstanın işğalı başa çatdırıldı.
ldırım Bəyazid 1399-1400-cü illərdə əvvəllər Səlcuq imperatorluğunun
tərkibinə daxil olan əraziləri - Qaraman bəylərbəyliyini, Sivası, Malatyanı da ələ
keçirdi. Türklərin hakimiyyəti Şərqi Avropaya qədər yayıldı və qüdrətli Osmanlı
imperatorluğu yaranmağa başladı.
Türklər Bizansın Balkanlardakı sonuncu dayağı olan Konstantinopolu fəth
etmək məqsədilə Asiya sahillərində Anadoluhisar qalasını tikdilər.
XV əsrin əvvəllərində Osmanlı imperatorluğunun başı üzərini təhlükə aldı.
Digər qüdrətli türk cahangiri Əmir Teymur Kiçik Asiyaya yürüş etməklə bir sıra
bəyliklərdə öz müstəqilliklərini bərpa etmək istəyi yaratdı. Əmir Teymurun Sivası
və Malatyanı tutması və Dəməşqə qədər irəliləməsi ldırım Bəyazidin
Konstantinopolun mühasirəsini dayandırmasına və Şərqi Anadoluya doğru
irəliləməsinə təkan verdi. Sivas, Ərcivan, Kemah və Malatya Osmanlılar tərəfindən
geri alındı. Bu hadisələr iki qüdrətli türk cahangirini qarşısı alınmaz döyüşə
sürüklədi.
ldırım Bəyazidin ordusunun bir hissəsi Konstantinopolun mühasirəsini, bir
hissəsi isə Anadolu qalalarının müdafiəsi ilə məşğul olduğundan Teymura qarşı
sayca xeyli az qüvvə toplanmışdı. Teymurun ordusunda isə döyüş filləri də var idi.
1402-ci il iyulun 28-də Ankara düzənliyində Orta əsrlərin bəlkə də ən böyük
döyüşü baş verdi. Teymur qələbə çaldı. Teymurun qələbəsində öz müstəqilliklərini
bərpa etmək istəyən anadolu bəyliklərinin xəyanəti də mühüm rol oynamışdı.
Ankara döyüşü bütün türk dünyasının faciəsi idi. Teymur özü də bilmədən
Avropanı Osmanlı impertorluğundan xilas etdi və bütün türk dünyasının gələcək
faciəsi üçün zəmin hazırladı. Təsadüfi deyil ki, bu xəbəri eşidən Roma papası
Avropa ölkələrinin kilsələrində üç gün aramsız kilsə zənglərinin sədaları altında
ş
ükranlıq düası oxutdurmuşdur.
Tarixində “səltənət fasiləsi” adlandırılan dövrdən sonra Osmanlı dövləti
Sultan II Muradın (1421-1451) hakimiyyəti dövründə əvvəlki qüdrətini bərpa etdi.
II Murad 1430-cu ildə Saloniki, 1431-ci ildə isə Varna şəhərlərini tutdu. 1444-cü
ildə Varna döyüşündə türklər macar və çex səlibçilərini darmadağın etdilər. 1448-
ci ildə isə II Kosovo döyüşündə Yanoş Hunyadinin başçılıq etdiyi səlibçi qoşunları
məğlub edildi.
1451-ci ildə II Murad öldükdən sonra hakimiyyətə oğlu II Mehmet (1451-
1481) keçdi. II Mehmet 1453-cü ilin yazında Konstantinopolu qurudan və sudan
mühasirəyə aldı və 53 günlük mühasirədən sonra, 1453-cü il mayın 29-da
Konstantinopol fəh edildi. Beləliklə, Bizans imperiyasının varlığına son qoyuldu.
Türklərin
stanbul
adlandırdıqları
Konstantinopol
şə
həri
Osmanlı
imperatorluğunun paytaxtına çevrildi. Sultan II Mehmetə “FATEH” təxəllüsü
verildi.
II Mehmet zəifləmiş Trabzon dövlətini və Kiçik Asiya əmirliklərini də tabe
etdi. Onun ordusu Krımdakı Genuya koloniyası olan Kəfəni ələ keçirtdi.
1475-ci ildə Krım xanlığı Osmanlı dövlətindən vassal asılılığını qəbul etdi.
Fateh II Mehmet Moreya yunan knyazlığını, Afina hersoqluğunu da
imperiyanın tərkibinə qatdı. Dunay knyazlıqları olan Moldova və Valaxiya da
Osmanlılardan asılı vəziyyətə düşdülər.
Eyni zamanda Osmanlı imperatorluğu Venesiya ilə də uzun sürən müharibə
aparmalı oldu. Nəticədə Venesiya ilə sülh müqaviləsi bağlandı. Venesiya Egey
dənizindəki bütün adalarını türklərə verməli oldu və hər il 1000 dukat məbləğində
bac verməyi öhdəsinə götürdü.
Fateh II Mehmetin vəfatından sonra hakimiyyətə onun oğlu II Bəyazid (1481-
1412) gəldi
.
18. Osmanlı imperiyasının Avstriya ilə müharibələri.
Avstriyanın Macarıstanda təkbaşına ağalığa nail olmaq cəhdi, 1664-cü ildə
Türkiyə ilə müharibəyə səbəb oldu. Avstriyalıların möhkəmləndirmiş olduqları və
alınmaz saydıqları Uyyar qalası alındı.Avstriya imperatoru təkbaşına türklərlə
vuruşa bilməyəcəyini anlayaraq, Vatikandan və Avropa dövlətlərindən yardım
istədi. Lakin türklər bəzi qalaları aldıqdan sonra Avstriya ordusunu darmadağın
etdi. Nəticədə Avstriya imperatoru sülh təklif etdi. Osmanlı dövləti ilə Avstriya
arasında bağlanmış sülh müqaviləsinə görə Avstriyanın ələ keçirilmiş Uyyar və
başqa qalaları geri qaytarıldı.
Avstriya ilə sülh bağlandıqdan bir neçə il sonra Osmanlı dövləti Ukraynada
nüfuz dairəsi üstendə Polşa ilə müharibəyə başladı. Beş il davam edən bu
müharibədə türklər qələbə qazandılar. Polyaklar osmanlıların Ukrayna üzərində
hakimiyyətini qəbul etdilər.
1681-ci ildə Avstriya ilə münasibətlər yenidən pisləşdi. Türklər Vyanaya
yürüş təşkil etsələr də heç bir nəticə hasil olmadı. Vyana ətrafında türk ordusunun
məğlubiyyəti Avropada böyük sevincə səbəb oldu. Bir sıra xristian dövlətləri bu
fürsətdən istifadə edərək, türkləri avropadan qovub çıxarmaq planını həyata
keçirməyə başladılar. Papa təkidlə bu dövlətləri Osmanlı imperiyasına qarşı
birləşməyə çağırdı. 1684-cü ildə Avstriya, Polşa, Venesiya və Malta “Müqəddəs
birlik” adlanan ittifaq təşkil etdilər.
1686-cı ildə ittifaq ordusu şiddətli müqavimətdən sonra Budapeşti tutdu. Bu
şə
hərin itirilməsi osmanlılar arasında böyük çaxnaşmaya səbəb oldu. Nəticədə,
düşmənlər Macarıstanın çox hissəsini, Belqradı, Dalmasiya və Bosniyanın da bəzi
hissələrini ələ keçirdilər.
Ağır məğlubiyyətlərdən sonra Osmanlı höküməti bir neçə cəbhədə
vuruşmağın mümkünsüzlüyünü anladı. 1699-cu ildə Belqradın Karlovitsa
qəsəbəsində Osmanlı hökümətinin və müttəfiq dövlətlərin nümayəndələri
toplandılar. 4 aylıq müzakirələrdən sonra Avstriya, Polşa və Venesiya ilə ayrı-