Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

adlandırırdılar. ngiltərədə  təhkimçilik  yox  idi.  Lakin  kəndlilərin  əsas  kütləsi 

töycünü mülkədarlara pulla, məhsulla və heyvanla ödəyirdilər.Kəndlilərin pul ilə 

haqq- hesabları getdikcə artırdı. 

Kralın ağır vergiləri yeni zadəganlara və bujuaziyaya əldə etdikləri vəsaiti tam 

şə

kildə təsərrüfatın inkişafına yönəltmələrinə mane olurdu. 



Hələ XVI əsrdə  ngiltərə katolik kilsəsindən çıxmışdı.Müstəqil olan  ngiltərə 

kilsəsi anqlikan kilsəsi adlanırdı.Bu kilsənin katolik kilsəsindən fərqi az idi, onu 

da  keşişlər  idarə  edirdilər,  lakin  başçı  Roma  papası  deyil,  kral  idi.  Anqlikan 

kilsəsi böyük torpaq mülklərinə sahib olmaqla yanaşı, həm də kəndlilərdən onda 

bir vergi alırdı. Kilsə kral hakimiyyətinin və zadəganların dayağı sayılırdı. 

 Xalq  kütlələri  ,  yeni  zadəganlar  və  burjuaziya  arasında  puritan  təriqəti 

yayılmaqda  idi.  Puritanlar  təmtəraqlı  məbədlərin  və  mərasimlərin  ,  din 

xadimlərinin sərvət toplamalarının əleyhinə idilər. Onlar belə hesab edirdilər ki, 

kilsəni  bu  israfçılıqdan  “təmizləmək”  lazımdır.  Puritanlar  kilsə  gəlirinin  çox 

hissəsini  ələ  keçirən  keşişlərin  hakimiyyətinə  qarşı  çıxırdılar.  Habelə  puritan 

ideyaları kralın mütləq hakimiyyətinə və feodal quruluşuna qarşı idi. 

1603-cü  ildən  etibarən  ngiltərəni  yeni  sülalə  olan  Stüartlar  sülaləsi(1485-

1603)  idarə  etməyə  başladı.  Hakimiyyətə  gəldiyi  andan  etibarən  Stüartlar 

sülaləsinin  ingilis  parlamenti  və  puritan  kilsəsi  ilə  münaqişəsi  başlanmışdı. 

Hakimiyyətə  gəlmiş  I  Yakov(1603-1625)  vergilərin  müəyyən  edilməsi 

hüququnun parlamentə məxsus olmasını qəbul etmək istəmirdi. 

      I  Yakovun  ölümündən  sonra  onun  varisi,  Uels  şahzadəsi  I 

Karl(1625-1649)  hakimiyyətə  gəldi.  Bütün  ingilis  cəmiyyəti  ümid 

edirdi ki, yeni kral təxirə salınmadan dəyişiliklər həyata keçirəcəkdir. 

     Lakin  I  Karl  da  atası  kimi  yeni  zadəganlar  və  bujuaziyanın  mənafeyi  ilə 

razılaşmaq  istəmirdi.  Buna  görə  də  hakimiyyətinin  ilk  üç  ilində  I  Karlla 

parlament  arasında  kəskin  münaqişə  baş  verdi.  1628-ci  ildə  parlament, 

hökümətin  çətinlik  çəkməsindən  istifadə  edərək  kralı  üç  dövlətlə-Fransa, 

spaniya  və  Avstriya  ilə  müharibəyə  çağıran  “Hüquqlar  haqqında  Bill”  və  ya 

“Hüquqlar  haqqında  Petisiya”  imzalamağa  məcbur  etdi.  Həmin  sənədin 

müəllifləri  “Böyük  azadlıq  xartiyası”na  əsalanaraq  tələb  edirdilər  ki, 

parlamentin  razılığı  olmadan  heç  bir  vergi  qoyulmamalı,  məhkəmənin  qərarı 

olmadan  həyata  keçirilən  bütün  həbslər  qanunsuz  hesab  olunmalıdır.  I  Karlın 

“bill”i  pozmasına  parlament  müqavimət  göstərirdi.  Ona  görə  də  kral  1629-cu 

ildə  parlamenti  buraxdı.  Bu  hadisədən  sonra  ngiltərədə  I  Karl  11  il  təkbaşına 

ölkəni idarə etmişdi. Tacirlər, zadəganlar, mütərəqqi düşüncəli ruhanilər dövlət 

işlərində  iştirak  etmək  hüququndan  məhrum  edilmişdilər.    Tacirlər,  yeni 

zadəganlar,  bütün  sadə  camaat  kral  qaydalarından  əziyyət  çəkirdilər.Mühacirət 

güclənmişdi.  1640-cı  ilin  əvvəllərində  ngiltərədə  inqilabın  başlanması  üçün 

şə

rait yaranmışdı. 



 

 

 



 


23.

  ngiltərədə "Uzunmüddətli parlament"in islahatları

 

Yeni  vergilərin  təyin  olunması  ümidi  ilə  I  Karl  parlamenti  çağırmağa 



məcbur oldu. Parlamentin açılışı 1640-cı il noyabrın 3-də oldu və 13 il 

fəaliyyət göstərdiyi üçün bu parlament Uzunmüddətli  parlament adı ilə 

tarixə  düşmüşdür.  Əslində  bu,  ngiltərədə  inqilabın  başlanması  demək 

idi. 


     Parlamentin  işə  başladığı  zaman  aydın  oldu  ki,  kralı  və  onun 

siyasətini  başlıca  olaraq  krallığın  feodal  ənənələrinin  güclü  olduğu  və 

katolik  dini  ardıcıllarının  çoxluq  təşkil  etdiyi  nisbətən  geridə  qalmış 

bölgələrin  nümayəndələri  müdafiə  edirdilər.  cmalar  palatasında  isə 

puritanlar təşkil edirdilər. 

     Uzunmüddətli parlament bir sıra islahatlar keçirdi. Uzunmüddətli 

parlametin islahatlarına aiddir: 

• 

ulduzlu palata və Ali komissiya ləğv edildi;  



• 

kilsə  məhkəməsi  dünyəvi  şəxslərin  mühakimə  etmək 

hüququndan məhrum olundu; 

• 

kral  yanındakı  Məxfi  şuranın  ali  məhkəmə  hüququ  ləğv 



edildi; 

• 

həbs olunmuş puritanlar azad olundular;  



• 

faktik olaraq mətbuat azadlığı tətbiq olundu;  

• 

yepiskop senzurası ləğv edildi. 



  Parlament  cmalar  palatasının  yalnız  onun  özünün  razılığı  ilə 

buraxılması  haqqında  çox  mühüm  qanun  qəbul  etdi.  Vergi  və 

cərimələrinin  qanunsuz  olaraq  alınması  dayandırıldı.  Kral  nazirlərinin 

məhkəməyə verilməsi Uzunmüddətli parlamentin mütləqiyyətə vurduğu 

ə

n  ağır  zərbə  idi.  Bir  çox  yüksək  rütbəli  məmurlar  və  yepiskoplar 



mühakimə edildilər və Tauer qəsrinə salındılar. 

 

24. 



ngiltərədə əksinqilabi çevriliş 

1653-cü  ildə  respublikaya  və  inqilaba  son  qoyan  əksinqilabi  çevriliş  baş  verdi. 

ngiltərə  burjua  inqilabının  1653-1659-cu  illər  dövrü  Kromvel  protektoratlığı 

dövrü adlanır. 

 Kromvel inqilabın tarixində iki rol oynadı: əvvəlcə inqilabın başçısı 

sonra isə onun boğucusu oldu. 

1653-cü il 16 dekabrda Kromvel respublikanın lord-

protektoru  (müdafiəçisi)  elan  olundu.  Respublikanın  konstitusiyası  qəbul  edildi. 

Ölkə  başında  general-mayor  dayanan  dairələrə  bölündü.  Respublikanı  Dövlət 

Ş

urası və parlament idarə edirdi. 1657-ci ilin mayında protektorluq irsi elan edildi 



və lordlar palatası bərpa edildi. 1658-ci ilin payızında Kromvelin ölümündən sonra 

1658-1959-cu illərdə oğlu Riçard Kromvel lord -protektor oldu

Riçard Kromvelin 



hakimiyyəti  zamanında  ölkədə  xaos  yaranır  və  Zadəganlar  Riçard  Kromvelin 

yerinə  taca  I  Karlın oğlu  II  Karlı  otuzdururlar. 

1660-cı  ildə  II  Karl   

(1660-1685) 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə