Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə18/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   14   15   16   17   18   19   20   21   ...   92

Aydın Çobanoğlu 

 

 



100

 

CƏLİLABAD 

 

Gəzdikcə qoynunda bir aşıq kimi, 



Vuruldum hüsnünə mən, Cəlilabad! 

Xələl gətirəmməz gözəlliyinə 

Nə tufan, nə boran, çən, Cəlilabad! 

 

Yayılıb hər yana səsi, harayı, 



Mat edib göylərdə ulduzu, Ayı. 

İlahi, cənnətin həqiqət tayı, 

Gecəsi, gündüzü şən, Cəlilabad! 

 

Bir qeyrət timsalı, ər oğlu ərin 



Zəkasına, kamalına afərin! 

Şahidi oluruq yeniliklərin, 

Ötdükcə gün üstdən gün, Cəlilabad! 

 

“Göytəpə”yə behişt deyib görüşsəm



“Yurd yeri”ndə Solmaz ilə deyişsəm, 

Cavan ollam, “Armudu”da çay içsəm, 

Düşsə də saçıma dən, Cəlilabad! 

 

Saf əllərin çiçək açıb burda, bax, 



Buyur, gülüstana dönən yurda bax! 

Aşıq Aydın, bu gülşənə bir də bax! 

Neməti bol, qəlbi gen Cəlilabad. 

 

 



 

 

 



Cəlilabad şəhəri, 

09.01.1985 

 

  “Yeni 

gün” 

qəzeti, 21.01.1986 


Ömrün etməyəcək vəfa dedilər 

 

101



 

DEDİM MƏN 

 

Qəm ələnir gözlərindən, dedilər, 



Kimi ağlar, kimi gülər, dedim mən. 

Gücü düşüb dizlərindən, dedilər, 

Canı yanan durmaz, gələr, dedim mən. 

 

Bilinməz heç qədri gülün, dedilər, 



Can-can deyən şirin dilin, dedilər. 

Az qalan oduna elin, dedilər, 

Aşıq el yolunda ölər, dedim mən. 

 

Bəxtinə yazılıb cəfa, dedilər, 



Çobanoğlu sürməz səfa, dedilər. 

Ömrün etməyəcək vəfa, dedilər, 

Onu həyat özü bilər, dedim mən. 

 

 

 

 

 

 

 

 

 

 



Aydın Çobanoğlu 

 

 



102

 

BAYRAMIDI 

 

Al-əlvan bəzənib doğma diyarım, 



Qələm bayramıdı, söz bayramıdı. 

Gözəllər gərdənə düzüb telini, 

Ellər bayramıdı, yaz bayramıdı. 

 

Hər kimin xoşdursa arzu-niyyəti, 



Kim uca tutursa haqq-ədaləti, 

Bu günü, sabahı, əbədiyyəti 

Duyan könüllərin öz bayramıdı. 

 

Aydınam, ətrafım olubdur ozan, 



Gözəllik eşqinə min namə yazan. 

Tarixə silinməz səlnamə yazan 

Söhbət bayramıdı, saz bayramıdı. 

 

 



 

 

 



 

 

 



 

 

 



05.05.1985 


Ömrün etməyəcək vəfa dedilər 

 

103



 

NƏ DEYİM 

 

Şair qardaş, çox dolandım, çox gəzdim, 



Sözgəlişi bir oylaqdan nə deyim?! 

“Tənbəhli”də nə darıxdım, nə bezdim, 

Daha sənə o yaylaqdan nə deyim?! 

 

Duz çörəkli, düz çörəkli “Saral”dan, 



Səni məftun edən sərxoş maraldan. 

Mahalların gözü olan mahaldan, 

Tək Ayrımdan, ya Maymaqdan nə deyim? 

 

“Qaralar”ın binəsindən söz saldım, 



“Çubuqlu”nun obasında iz saldım. 

“Buz bulaq”dan sinəm üstə buz saldım, 

Süd-qatıqdan, bal-qaymaqdan nə deyim? 

 

Nə deyirəm, arzuların çin olsun, 



Sahibinin bir əmliyi min olsun! 

Cavanşirin ev-eşiyi şən olsun, 

Yemədiyim tər quymaqdan nə deyim? 

 

Aydın deyər, ev sahibi küsərmi



Biz gəlməsək, əmlikləri kəsərmi? 

Meh dəyməsə gül yarpağı əsərmi, 

Doymadığım buz bulaqdan nə deyim? 

 

 



 


Aydın Çobanoğlu 

 

 



104

 

 



 

GÖZƏLİM 

 

Gözəl görcək göz-göz olan gözlərim, 



Gözlərinin heyranıdır, gözəlim! 

Göz önündə gövhər olan günlərim, 

Gözəl günlər seyranıdır, gözəlim! 

 

Yaman de ki, yamanlansın yaman göz, 



Aman istə, aman versin, aman göz. 

Bir baxışda ürəklərə daman göz – 

Gözlərimin sultanıdır, gözəlim! 

 

Qaşı cəllad, yanağı al, göz ala, 



Ürək yaxar, qəlb oynayar, gözəl, ha! 

Çobanoğlu vurulmaz hər gözələ, 

Sən gözəlin mehmanıdır, gözəlim! 

 

  



 

 

 



 

Moskva şəhəri, 

01.02.1986 


Ömrün etməyəcək vəfa dedilər 

 

105



 

 

 



 

 

 



HAY VERMƏSƏN 

 

Hay verməsən harayına könlümün, 



Qəm oyanar, hicran gülər, nə gülər! 

Vüsal gözlü meydanında sevincin 

Bir amansız həsrət mələr, nə mələr! 

 

Vüsal eşqi bağrım başın çəngələr, 



Görəmməsəm gözlərimə çən gələr. 

Bir görüşün bir ömürlə tən gələr, 

Ürəyimə sevinc ələr, nə ələr! 

 

Çınqı düşər, sənsizlikdən od alar 



Qəlbimdəki topdağıtmaz qalalar. 

Sənli olsa, Çobanoğlu ad alar

Günüm gündən gözəl gələr, nə gələr! 

 

  



 

 

 



 

 

08.02.1986 



 

 

 

 

“Abşeron” qəzeti, 

28.04.1987 

 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə