Aydın Çobanoğlu
152
Günəş batdı, qaş qaraldı,
Qaldım yaman qeylü-qalda.
Aşıq Aydın vəsf eləsin,
Xoş olsun halı qonağın.
Ömrün etməyəcək vəfa dedilər
153
BƏDO
Mən seyrinə dalıb sənin,
Olmuşam pərvana, Bədo!
Kükürdlü sərin suyunla
Rövnəq ver insana, Bədo!
Şəfa verən dərman kimi
Məşhursan cahana, Bədo!
Ədəb ilə baş əyirəm
Möhtəşəm dühana, Bədo!
İnsaf elə dərdliləri
Sən yetir dərmana, Bədo!
Dörd tərəfin yaşıl meşə,
Həm çəmənzara bürünür.
Səndən öpüş almaq üçün,
Gör, neçə canan sürünür.
Nəzər yetir sağa, sola,
Bax, aləm gülşən görünür!
Çox şeylər aşikar deyil,
İnan ki, pünhan görünür.
Gözəllik nümunəsi tək
Xalsan Zərgərana, Bədo!
Yanında, gör, neçə cavan
Əhd ilə peyman eləyib.
İntizarla baxan gözlər
Hicrana dərman eləyib.
Aydın Çobanoğlu
154
Dağlardan süzülən sular
Çoxunu eşqə bələyib.
Üstünə, gör, neçə mehman
Səni ziyarətə gəlib?!
Hicrani dastan söyləyir
Hər gələn mehmana, Bədo!
Bədo bulağı,
09.08.1973
Ömrün etməyəcək vəfa dedilər
155
GÖZƏL
Duruşun, şux baxışın
Canımı aldı, gözəl!
Sözlərin şəhdi-şəkər,
Elə bil, baldı, gözəl!
Sevda dolu canımı
Dərdlərə saldı gözəl.
İnsafsız, eylə kərəm,
Göz yolda qaldı, gözəl!
Eşidib sözlərimi,
Xəyala daldı gözəl.
Mən sənə pərvanəyəm,
Sən mənə mehribansan.
El görür, aləm görür,
Nə sevməli insansan.
Cansız, ruhsuz aşiqə
Həm ruhsan, həm də cansan.
Mən xəstənin dərdinə,
Sən, yeganə dərmansan.
Səni görəndən mənim
Dərdim çoxaldı, gözəl!
Ay mələk, sevdim səni,
Yolunda and içərəm.
Lazımsa səndən ötrü,
Sıldırımdan keçərəm.
Aydın Çobanoğlu
156
Diqqətlə fəhm eləyib,
Yaxşı, yaman seçərəm.
Atsan məni qəlbindən,
Ömrüm tağın biçərəm.
İnsaf et, Hicranini
Eşq dərdə saldı, gözəl!
Kürdivan kəndi,
13.08.1973
Ömrün etməyəcək vəfa dedilər
157
ÈTHAFLAR
Ömrün etməyəcək vəfa dedilər
159
ÜZÜNÜ GÖRMƏSƏM DƏ
Əlimərdanlı Aşıq Nəcəfə
Ay ustad, üzünü görməsəm də heç,
Mən səni özümə ustad sanmışam!
Sinəmin üstünə saz alan gündən
Mən sənin şeirinlə qidalanmışam.
Bilirəm, obalar, ellər gəzmisən,
Tərif də yazmısan ayrım qızına.
Qəlbən bağlanmısan bu doğma yurdun
Barlı payızına, güllü yazına.
Buyur, tarixləri aç varaq-varaq
Hər zaman xalqımın gərəyindəsən.
Axtarıb özünü eləsən soraq
Ellərin qəlbində, ürəyindəsən.
Aydın Çobanoğlu
160
VURĞUN
Xalq şairi Səməd Vurğuna
Səsi gəldi neçə eldən,
Hay verdimi sizə Vurğun?!
Kür üstə gəl Ceyrançöldən,
Kəklik çıxıb dizə, Vurğun!
Ocaqlara od-köz qoydum,
Ovçularla bir söz qoydum.
Hər tərəfə mən göz qoydum,
Görünmədi gözə Vurğun.
“Dağlar”ından gəldi xoşum,
Dedim, dağa şeir qoşum.
Ceyran mələr qoşun-qoşun,
İndi burda gəzə Vurğun.
Əmlik quzu, bulaq üstü,
Burum-burum qalxa tüstü.
Osman əmi – ürək dostu,
Qonaq ola bizə Vurğun.
Ömrün etməyəcək vəfa dedilər
161
ZƏRNOVALI DOSTUM MÜSƏNNİFƏ
Dostum, eşitmişəm sizin Zərnova
Dağlar yanağında bir inci xaldı!
Böyüyü, kiçiyi başdan ayağa
Duruşu zarafat, sözləri baldır.
Bir dəfə görmüşəm səni dünən, bil,
Bacarsan, qəlbimdən özünü at, sil!
Yeganə arzumdur, ömür sür yüz il,
Dostlar sağlığına min badə qaldır.
Şuxsan, məzəlisən, amma üzlüsən,
Şikarın axtaran şahin gözlüsən.
Yemək vaxtı təklifsiz də bizləsən,
Hayıf ki, ağarıb, saçların çaldır.
Hicraniyəm, səni gördüm, coşdum mən,
Bahar seli kimi aşıb, daşdım mən.
Hüsnünə ilhamla nəğmə qoşdum mən,
Buyur, dost könlünü gülüşlə doldur!
Kürdivan kəndi,
04.08.1973
Dostları ilə paylaş: |