Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə34/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   30   31   32   33   34   35   36   37   ...   92

Aydın Çobanoğlu 

 

 



208

   


 

 

 



 

BİR İLDİ 

 

Yunisin qəbri üstə 



 

Yunis, görüşünə gəlib el-oba! 

Açılmır qovğadan başı bir ildi. 

Gündə toy-düyünlə oynayan elin 

Ağlayır torpağı, daşı, bir ildi. 

 

Mamaların kəsdiribdi yanını, 



Axtarırlar şöhrətini, şanını. 

Qurban edib sənə şirin canını, 

Qurumur gözlərin yaşı, bir ildi. 

 

Möcüzəli işləri var Allahın, 



Kiminin bir, kimininsə payı min. 

Oğul! – deyə nalə çəkən dayımın 

Açılmır düyünlü qaşı, bir ildi. 

 

Gözüyaşlı qalan doqquz bacın var, 



Sinəsi düyünlü qalıb analar. 

Gözləri yollarda, qəlbi intizar, 

Axtarırlar sən qardaşı, bir ildi. 

 

Maman oğlu çox görmədi boyunu, 



Saz götürüb eləmədi toyunu. 

Qəbrin üstə Aydın büküb boynunu

Qarışıbdı yad-yaddaşı bir ildi. 

 

   



 

 

Tovuz rayonu 

   

 

 



 

 

Şeyx Heybət kəndi, 



1979-cu il 


Ömrün etməyəcək vəfa dedilər 

 

209



 

ATALAR GÖRMƏSİN OĞUL DAĞINI 

 

Atam Çoban Musa oğlunun əziz xatirəsinə 

 

Baş əyib günahsız günahkar kimi 



Hüznlə dindirdi ağaclar məni. 

Soyuq qarşıladı doğma evimiz 

Atasız ömrümün ilk günlərini. 

 

Bizi bu yerlərə çəkib gətirən 



Bir ana, bir ata həvəsi imiş. 

Ana nəvazişli yurdu, yuvanı 

İsidən atamın nəfəsi imiş. 

 

Sinəndə xalqımın dastan dünyası, 



Hikmət xəzinəsi vardı, ay ata! 

Sənli günlərimiz bahar havası, 

Sənsizlik borandı, qardı, ay ata! 

 

Sənsizlik deyirəm, sənsizlik niyə?! 



Ruhun ocağımın keşiyindədir. 

Mənə söylədiyin hər bir nəsihət 

Balamın laylalı beşiyindədir. 

 

Deyirdin, od olma, özün yanarsan, 



İşıq ol, nurlandır qaranlıqları. 

Bir nişanə qalsın hər əməlindən, 

Qur, yarat, abad et viranlıqları. 

 

Oğul, soyadını yaşat, deyərdin! 



Onda babaların ruhu şad olar. 


Aydın Çobanoğlu 

 

 



210

Adımı adlarda daşıt, deyərdin, 

Ocaq bərəkətli, yurd abad olar. 

 

Nəfəsin evimin hər bucağında, 



Dağımda, daşımda, bulağımdadır. 

Köç günü son sözün, son vəsiyyətin 

Sırğa tək ömürlük qulağımdadır. 

 

“Mənim kimi köçsün hamı dünyadan, 



Nə ağla, ay oğul, nə kəs səbrini! 

Atalar görməsin oğul dağını, 

Kaş nəvələr qazsın baba qəbrini”! 

 

Sözündən güc alıb, nuru zülmətə, 



Sevinci kədərə daşıdacağam. 

Çobanoğlu deyə bu gündən belə 

Adını adımda yaşadacağam. 

   


 

 

 



 

 

 



 

 Tovuz rayonu, 

Əlimərdanlı kəndi. 05.10.1986 

   

 

 

 “Abşeron” qəzeti, 21.12.1986 

 


Ömrün etməyəcək vəfa dedilər 

 

211



 

OLMAMIŞ OLDU 

 

Nakam ömürlü Zemfira balaya 



 

At işləməz yolu varmış dünyanın, 

Nə eniş, nə yoxuş, nə də düz yoldu. 

Bir qəfil qara yel əsdi üstündən

Bir gül qönçələndi, açmamış soldu. 

 

Bir qardaş ürəyi qübar bağladı, 



Bir cüt bacı ağı dedi, ağladı. 

Bir ana naləsi eli dağladı, 

Neçə dost-tanışın gözləri doldu. 

 

Bir əziz balaydı, bir dili şirin, 



Adı Zemfiraydı, qisməti yerin. 

Çobanoğlu, daha əksini görün, 

Sayın ki, yoxuydu, olmamış oldu! 

 

   



 

 

 



 

 

Bakı şəhəri, 



 

     18.01.1987 

 

   



 

 

 




Aydın Çobanoğlu 

 

 



212

 

ŞAKİRİN 

 

Aşıq Şakirə 

 

Az yaşadı, cavan getdi dünyadan



Aləmə bəllidi azı Şakirin. 

Yüz illik ömürdən daha varlıdır 

Əlli yeddi illik yazı Şakirin. 

 

Məğrur durdu meydanında sazların, 



Hədəfiydi alov saçan gözlərin. 

İşvə-nazla evlər yıxan qızların 

Çoxunu yandırdı nazı Şakirin. 

 

Çobanoğlu, qoy, cavanlar ucalsın! 



Şah sənətin zirvəsinə yol alsın. 

Oğlu çalmayıbsa, nəvəsi çalsın, 

Qoy, yetim qalmasın, sazı Şakirin! 

 

   



 

 

Kürdəmir rayonu, 



27.07.1989 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

213



 

KÖÇDÜ AZAFLI 

 

Əməkdar mədəniyyət işçisi, 

ustad aşıq Mikayıl Azaflının ölümünə 

 

Gözünü açandan, ağlı kəsəndən 



Saz, söz dünyasını seçdi Azaflı. 

Baş vurub sənətin dərinliyinə

Sonsuz səmasında uçdu Azaflı. 

 

Təcnisdən qalası, qoşmadan dağı, 



Gəraylı bağçası, müxəmməs bağı. 

Ötərkən o bağda bir səhər çağı, 

Bülbülə qəmli don biçdi Azaflı. 

 

Yansa da oduna ahın, amanın, 



Oynamadı çaldığına zamanın. 

Əzab köynəyini geydi dünyanın, 

Zülm sınağından keçdi Azaflı. 

 

Çox sadə göründü uca dağ ikən, 



Heykəlləşdi, dədələşdi sağ ikən. 

Haqsızlıqla barışılan çağ ikən, 

Haqqın ağrısını içdi Azaflı. 

 

Qəm yaman çuğladı bizi bu yerdə, 



Çobanoğlu boğulmazmı qəhərdə?! 

Dağlandı dağlanmış sinəmiz bir də, 

Uçdu “Qoca qartal”, köçdü Azaflı. 

 

   

 

 

 

14.10.1990 

 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə