Aydın Çobanoğlu
248
Ölüncə çıxmaz yadımdan,
Dadı getməz dəhanımdan.
Adımı aldım adından,
Bizə zaval yoxdu, ata!
Baxşı ata, Baxşı ata!
Nəhayət,
ucsuz-bucaqsız
səhranın
qoynunda
çox
qədim “Di-
yari-Bəkir
qalası”
xarabalığından
4 km.
aralıda
yerləşən
qoşa gün-
bəzli “Aşıq Aydın” pirinə çatırıq.
Dədə Qorqudumuzun yadigarı kimi, uzun
müddət
xalq ara-
sında çalıb-çağıran,
qoşqular söyləyən bu əcaib aşığın pirə
dön-
məsi
məni
hədsiz
sevindirir.
Ziyarət
edib,
azca
kənarda – ulğun
ağaclarının kölgəsində bir az dincəlirik, çalıb-oxuyub yenidən
uzun yolu Xivaya qayıdırıq.
Ev sahiblərinin təkidinə baxmayaraq mehmanxanaya gəli-
rəm. Səhərə işlərimiz çoxdur. Dincəlmək lazımdır.
31.05.1989
Mədəniyyət şöbə rəisi Dövlətnəzər Yusupov gəlir. Plan
üzrə Urqencə getməliyəm. Lakin RPK-nın katibinin xahişi ilə
musiqi
məktəbinin
müəllimi
Abdulla
Cümənəzərovun
60
illik yu-
bileyində iştirak etdim. Xarakterik, yaddaqalan görüş oldu.
Vi-
deolentə aldılar.
Məndən
Xarəzm televiziyası üçün
müsahibə gö-
türdülər.
Təntənə axşam Abdulla əkənin evində
davam
etdi. Nar-
billə görüşdük, papaq üçün dəri axtardıq. Birtəhər tapdıq.
01.06.1989
Daşkəndə bilet alıblar. Məni maşınla Urqenc aeroportuna
Dövlətnəzər Yusupov aparır. Xudahafizləşib ayrılırıq. Daşkən-
də yerə enib Mədəniyyət İnstitutuna Məlik Muradovun yanına
Ömrün etməyəcək vəfa dedilər
249
gəlirəm. Sevincək qarşılayır. Müəllimlər yığılır, tanış oluruq.
Kiçik bir görüş keçiririk.
01-05.06.1989
Daşkənd Konservatoriyasında və Mədəniyyət İnstitutunda
mənimlə görüşlər keçirildi. Təşkilatçılar Məlik Muradov və
F.M.Karamatovdur. Məlik ağanın evində Surxandəryalı baxşı-
şair Şaydulla ilə tanış olduq. Cavan, çevik, istiqanlı oğlandır.
Məni çox çətinliklə olsa da Daşkənd-Krasnovodsk qatarı ilə yo-
la saldı. İyunun 8-də Bakıya çatdım.
Bununla da Çobanoğlunun Xarəzm səfəri başa çatdı. Mə-
dəniyyət Nazirinin müavini R.N.Nişanovadan aldığım razılıq
məktubu əsasında Xarəzm vilayətinə 15-30 avqustda konsertə
gedəcəyik.
Aydın Çobanoğlu
250
QARABAĞDA SAZ GÜNLƏRİ
10.07.1989
Yevlax
–
Bərdə
–
Ağdam
–
Şuşa. Marşrutumuz belədir, in-
şallah!
İlk görüşə Qarabağın qapısı Yevlaxdan başlayırıq. İliç adı-
na kolxozun qabaqcıl briqadiri Qiyafət İsmayılovanın briqada-
sında zəhmətkeşlərlə görüşümüz yaddaşlardan silinməz. Ətraf
briqadaların üzvləri, onlara köməyə gəlmiş məktəbli balalar
Xalq şairi Hüseyn Arifin, aşıq Murad Niyazlının, Abbas Musa-
xanoğlunun, yerli aşıq Qafarın və mənim çıxışlarımı alqışlarla
qarşıladılar. Layiqli ziyafətdən sonra dostlarla xudahafizləşib
Ağdama yola düşürük.
09.09.1989
Gülablı kəndi. 10.30-da Gülablıda sanatoriyaya gəlmişik.
“Gülablı” sanatoriyasında “Valeh sorağındayıq”. Hüseyn Arif,
aşıq Murad Niyazlı və balabançı Əfsər Əbdürrəhmanovla. Əv-
vəllər də Aşıq Valehlə maraqlanmışıq, lakin dərinə getməmişik.
Gülablı qəbiristanlığında Aşıq Valehlə Zərnigarın qoşa qə-
birini ziyarət etdik. İndi müsahibimiz XVIII əsrin görkəmli us-
tad şair-aşığı Valehin nəvəsi aşıq Xaspolad Mirzəliyev və Əziz-
xan Əliyevdir. Valeh və Zərnigarın qəbirlərinin üstü götürülmüş,
qara mərmərdə təxmini şəkilləri həkk olunub, ağ mərmərlə ha-
şiyələnmişdi.
Aşıq Valeh 1730-1823. İbn Məhəmməd (Kərbəlayi Səfi).
Zərnigar binti Süleyman.
Haşiyə 1. İndi sanatoriyada heç kim yoxdur. Bir neçə gün
bundan əvvəl bir nəfər ovçu Əbil Abbasov Abdal meşəsindən
Ömrün etməyəcək vəfa dedilər
251
yoxa çıxıb. Güman ki, meşəyə doluşmuş qarasaqqallılar aparıb-
lar. Nə qəm, əvəzində bizim cavanlar bir erməni (horovlu) tut-
muşdular. Yeddi gün saxlayıb buraxıblar.
Haşiyə 2. Bir molla yolla gedəndə görür ki, bir çoban aya-
ğı çarıqlı namaz qılır. Soruşur ki, ay çoban, axı ayağı çarıqlı na-
maz qılmazlar! Çoban deyir ki, yolunla gedə bilmirsən? Molla
Kərim belə öyrədib, belə də qılıram. Həmin molla Molla Kə-
rimin evinə gedir. Salam-kalamdan sonra deyir: “Ay Molla Kə-
rim, indi də özündən şəriyət çıxartmısan, çobana niyə demisən
ki, namazı ayağıçarıqlı qıl?!” Molla Kərim deyir: “Ayə, rəhmət-
liyin oğlu, neçə ildi əlləşib hələ indi çarıqlı namazı qılmağı boy-
nuna qoymuşam. Fərasətin var, get, çarığını da sən çıxart”. Aşıq
Xaspoladın bu sözlərinə gülsək də, içindəki dərin məna bizi
xeyli düşündürdü.
... Bizə indiyə qədər Valehin Dərbənd səfəri məlum idi.
Lakin onun Şuşa, Şahsevən səfəri barədə məlumatımız yox idi.
Aşıq Xaspolad Valehin Şahsevən səfərini danışır,
lentə alı-
rıq. Naxçıvanlı aşıq Süleyman Gülablıda Ustad Səmədlə deyiş-
məyə gələn vaxtı Valeh yaylaqda olub.
Ustad-şagird münasibəti həmişə maraqlı cəhət olub. Valeh
– Ustad Səməd münasibəti örnəkdir. O, dəfələrlə ustadının adını
fərəhlə çəkir, onun kamalına, elminə, insanlığına vurğunluğunu
bildirir.
Qeyd: Aşıq şeirində ustad-şagird ənənəsi (şagirdlərin
ustadlar haqqında fikirləri);
Aşıq şeirində əxlaq.
Hər iki mövzunu işləmək.
... Əzizxan Abbasqulu oğlu Əliyev (1906-cı ildə vala yazı-
lıb Varşavada). Aşıq Abbasqulunun oğlu, Valehin nəticəsi ilə
tanış olduq.