Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə39/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   35   36   37   38   39   40   41   42   ...   92

Aydın Çobanoğlu 

 

 



236

Avtobusa əyləşib Yeni Dehlidə yerləşən “Samrat” otelinə 

gəldik.

 

Üç gün burada



 

qalıb 6 oktyabrda otel “Aşoka”ya köçdük. 

Gəldiyimiz gün axşamüstü “Qırmızı Ford” adlanan yerə 

ekskursiyamız oldu. “Dehlinin darvazası” yanındakı təqribən 10 

ha-lıq parkda – Sər Tacda Sovet xalqlarının folklor bayramının 

açılışı olacaq yerə də baxdıq. 

“Qırmızı Ford” çox qədim tikili komplekslərindən idi. 

 

06.10.1988 



 

 SSRİ-dən gələn digər folklor qrupları da gəlib yığışdılar. 

Hamılıqla “Aşok” otelində yerləşdik. 

 Axşamüstü məşq keçdik. SSRİ Xalq artisti Şapovalovun 

ümumi rəhbərliyi ilə festivalın açılışına hazırlaşdıq. 

  Yerli televiziya üçün konsert verdik. 

 

07.10.1988 

 

Səhər tezdən yenə “Dehli darvazası” meydanına yığışdıq. 

SSRİ televiziyasının “Zaman” proqramı üçün şəkillər çəkdirdik. 

 

08.10.1988 



 

Səhər yeməyindən sonra “altdan, üstdən qıfıllanıb” Dehli 

darvazasına üz tutduq. Adam əlindən tərpənmək qeyri-mümkün 

idi. Əli-ayağı yer tutan gəlmişdi. Açılış çox gözəl keçdi. 

Saat 2-də və axşam 6-da iki böyük konsert verdik. Bizimlə 

birlikdə bir səhnədə Arxangelsk şəhərinin “Siverko” rəqs kol-

lektivi, Ukraynanın “Japeyko” xalq musiqili teatrı  və Latviya-

nın “Rotali” kollektivi çıxış edirdi. 

Bütün kollektivlər öz növbəsində maraqlı  çıxışları ilə ta-

maşaçıları sevindirir, rəğbətini qazanırdı. 




Ömrün etməyəcək vəfa dedilər 

 

237



Hind xalqı öz musiqisini çox sevən xalqdır. Bizim ifamız-

da səslənən mahnıları xüsusi hərarətlə alqışlayırdılar. 

 

09.10.1988 

 

Çətin gündür. 35-37 dərəcə isti var. Çox tərləməyək deyə 

arası

 

kəsilmədən yeşik-yeşik sular, şirələr daşıyırdılar.



 

Bütün çə-

tinliklərə

 

baxmayaraq



 

konsertimiz böyük müvəffəqiyyətlə

 

keçdi. 


 

10.10.1988 

 

Sərbəstik. Sabah tezdən Aqra şəhərinə yola düşəcəyik. 

Ona görə təmizlik və yır-yığış işləri ilə məşğuluq. 

 

11.10.1988 



 

Yeni Dehlidən 200 km. aralıda yerləşən Aqra şəhərinə yo-

la düşdük. Bu şəhərin əhalisi 1 mln. nəfərdən çoxdur. Ştat mər-

kəzidir. Həmin gün Sur-Sadanda konsert verdik. 

 

12.10.1988 

 

Sur-Sadan

 

klubunda konsertimiz



 

oldu.


 

Kollektivimiz

 

böyük 


müvəffəqiyyət qazandı.

 

S.Məmmədovun və



 

A.Abdullayevin ifa-

sında “Heyratı” dəfələrlə sürəkli alqışlarla müşaiyət olundu. 

 

 



   

 

 



 

 

 



Aqra şəhəri. 

13.10.1988 

 

Günün birinci yarısı “Ölü şəhər” deyilən qədim abidəyə 

baxmağa getdik. Çox maraqlı idi. Çox geniş bir ərazini  əhatə 

edirdi. Əsasən qırmızı kərpicdən tikilmişdi. Milli Şərq arxitek-

turasının  ən yaxşı nümunələrini bu tikililərdə görmək olar. 

1506-1515-ci illərdə Əkbər tərəfindən tikdirilib. Onun dörd yer-

dən böyük xanəsi vardır ki, bunların ikisində türk qızlarından 



Aydın Çobanoğlu 

 

 



238

olan arvadları, birində isə hind qızı – ən sevimli arvadı yaşayır-

mış. Hər xanənin yolu, izi ayrıdır. Özünün divanxanası beşmər-

təbədən ibarətdir. 

“Mina bazarı” deyilən bazarda qadınlar üçün bərbəzək 

şeyləri və s. satılarmış. 

Ümumiyyətlə, Hindistanın qədim abidələri qiymətli daş-

larla, brilyantlarla işlənmiş, lakin bunların hamısı müxtəlif 

dövrlərdə ingilislər, farslar tərəfindən talan edilib daşınmışdır. 

Maraqlı abidələrdən biri də oradakı “Cümə  məscidi”dir. 

Məscidə ayaqqabı ilə heç kim buraxılmır. Oradakı qəbir ziyarət 

edilir, dilək dilənir. Belə deyirlər ki, orda dilənən diləklər hasil 

olur. Ziyarət edib, dilək diləyib “Muqhal Şerata” mehmanxana-

sına qayıdırıq. 

Nahar fasiləsindən sonra avtobusa oturub məşhur “Tac 

Mahal” abidəsinə baxmağa gedirik. 

“Tac Mahal” görmək üçün həsrət çəkməyə  dəyəsi tarixi 

bir abidədir. 350 il bundan əvvəl tikimiş bu abidəni Şah Cahan 

dünyadan cavan getmiş arvadı Mumtac Mahalın xatirəsinə 

ucaltdırmışdı. Mümtac Mahal (1621-1659) altı  oğul dörd qız 

anası olub. 38 yaşında dünyasını dəyişib.  

“Tac Mahal”ın ümumi dəyəri 65 mln. rupidir. On beş il 

hər gün 20 min adam bu abidənin tikintisində işləyib. Bina bü-

tövlükdə Racistan mərmərindən işlənib. Mərmər üzərində oy-

malar qiymətli daşlarla, brilyant və qızılla işlənmişdir. 

Camna çayının sahilində ucaldılmış abidənin memarı türk 

Məhəmməd Usta Əfəndi olmuşdur. 

Abidənin hündürlüyü 65 m, tacın hündürlüyü 10 metrdir. 

Şah Cahan məhəbbətinin böyüklüyünü abidə olaraq belə 

“əbədiləşdirib”. 




Ömrün etməyəcək vəfa dedilər 

 

239



Əfsuslar olsun ki, belə bir böyük şah ömrünün axır vaxtla-

rında öz oğlu tərəfindən öz tikdirdiyi “Qırmızı Fərra”da 9 il ev 

dustağı edilmişdir. 

Mehmanxanaya qayıtdıq. Tapşırıq verildi ki, sabah bütün 

günü oteldən bayıra çıxmaq olmaz. Şəhərdə qarışıqlıqdır. Mü-

səlmanlarla hindular arasında böyük toqquşma var. 

 

14.10.1988 

 

Oteldəyik. Hovuzda çimib, dincəlirik. 

 

15.10.1988 

 

Aqradan Kağuraxo kəndinə uçuruq. Kağuraxo adi hind 

kəndi olsa da, özünün çoxəsirlik məhəbbət məbədləri ilə diqqəti 

cəlb edir. Burada bir neçə mehmanxana turistlərin ixtiyarında-

dır. 820-dən çox məbəd olmuşdur. Onlardan cəmi 22-si qalmış-

dır. Bu tarixi abidələrin çöl divarları müxtəlif məhəbbət təsvir-

ləri ilə bəzədilmişdir. Ümumiyyətlə, hind xalqı öz milli musiqi-

sini və mədəniyyətini çox sevir. Hər dəfə konsertlərdə bizim ar-

tistlərin ifasında hind musiqisi eşidilərkən salondakılar alqışlar-

la bizə qoşulur, bərabər oxuyurdular. 

İki konsert verdik. 

Şəlaləyə baxmağa getdik. Bura Koğuraxodan 20-25 km. 

aralı idi. 

Koğuraxoda beş gün qaldıq. 

 

20.10.1988 

 

Koğuraxodan Hindistanın ən müqəddəs şəhərlərindən biri 

olan Varanasiyə uçduq. Belə söyləyirlər ki, müqəddəs Qanqa 

çayının sahilində yerləşən Varanasiyə Hindistanın hər yerindən 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə