Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə40/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   36   37   38   39   40   41   42   43   ...   92

Aydın Çobanoğlu 

 

 



240

axın-axın adamlar gəlir, ölümünü burada gözləyirlər. Bəli, bura-

da ölmək ən müqəddəs işdir. 

Varanasidə iki konsert verdik. Əla qarşılandı. Şəkilim er-

təsi gün qəzetdə  çıxmışdı. Özbək və Azərbaycan rəqqasəsi ilə 

birlikdə. 

Varanasini gəzməyə getdik. Qanqa çayında qayıqla 10-15 

km. üzdük. Günəşin çıxmasını seyr etdik. Krimatoriyaların ya-

nında olduq. Meyidlərin yandırılmasına tamaşa etdik. 

Varanasi çoxlu abidələri ilə məşhurdur. Biz Qanqa sahilin-

də olan abidələri, məscidləri gördük. Onlardan birinin günbəz-

ləri üstündə 98 kq. xalis qızıl örtük var idi. 

Varanasidə “Aşok Varanasi” otelində qaldıq. 

 

25.10.1988 



 

Varanasidən Dehliyə uçub bir gecə orada qaldıqdan sonra 

yenidən Silequri şəhərinə uçduq. Bu şəhərdə aeroport olmadığı-

na görə ......... düşdük. Buradan Selequri 17 km. aralıda yerləşir. 

Aşokda yerimizi tutub dincəldik. Səhəri gün “Təzə bazara” get-

dik. Burada xarici mallar çoxdur. Sərhəd şəhəri olduğuna görə 

azdan-çoxdan bazarlıq elədik. 

27 oktyabrda şəhərin mərkəzi mədəniyyət sarayında bir-

birinin ardınca iki konsert verdik. 1600-dən çox tamaşaçı baxdı. 

Fasilə zamanı Hindistan radiosunun əməkdaşı bizə yaxınlaşdı. 

Alətlərimizlə maraqlandı. Məlumat verdik. Hərəsində bir az 

çaldı. Maqnitafona yazdı. 

Mən ilk dəfə ingilis dilində müsahibə verdim. Pradin Mi-

sara (müxbir) dedi ki, veriliş noyabrın 2-də saat 8-də 421,9 orta 

dalğada gedəcək. 

 

   



 

 

 



 

 

 




Ömrün etməyəcək vəfa dedilər 

 

241



28.10.1988 

 

Silequridən Hindistanın üç ən böyük şəhərindən biri olan 

Kəl-küttə (Kalkuta) şəhərinə uçduq. Bir gün burada dincəlib, 

şəhəri gəzdik. “Aşop aeroport” otelində qaldıq. 

 

29.10.1988 

 

Səhər yeməyi vaxtı  həmyerlimiz Tariyellə  təsadüfən gö-

rüşdük. Mədrəsdə Sovet səfirliyində tərcüməçi işləyir. Iki aydı 

buradadır. Kalkutaya ezamiyyətə gəlib. Vətən üçün, onun musi-

qisi üçün, qohum-dostlar üçün çox darıxdığını bildirir. 

Vaxt yetişir. Biz bu gün Kalkutadan (Kəl-küttə) Bubenaş-

vara uçmalıyıq.

 

Xudahafizləşərkən birlikdə şəkil çəkdirdik. Mən 



öz afişamdan bir nüsxə ona bağışladım. Sevindiyini bildirdi. 

 

30.10.1988 



 

Dünəndən Bubenaşvara gəlmişik.  İndi səhər yeməyindən 

sonra şəhərə ekskursiyaya çıxacağıq. Axşam konsertimiz var. 

Bubenaşvarda bir gündə iki konsert verdik. Yollar bağlan-

mışdı.  İndira Qandinin ölümünün dörd ili tamam olurdu. (31 

oktyabr). Həmin gün bura İ.Qandinin abidəsinin açılışına oğlu, 

– Hindistanın baş naziri Raciv Qandi gəlməli idi. Yolların bağ-

lanılmasını məşq edirdilər. 

 

3

1.10.1988 

 

 Bubenaşvardan Dehliyə uçduq. Bir gün dincəldikdən 

sonra (nədənsə oteldən çıxmağa icazə vermədilər) ölkənin cə-

nubunda, Hind okeanının sahilində yerləşən Trivandrum şəhəri-

nə uçduq. Burada festivalın bağlanışı olacaq. Beş saat yarım uç-

duq. İki yerdə enməli olduq. Çox şükür, sağ-salamat gəlib Tri-

vandruma çıxdıq! 



Aydın Çobanoğlu 

 

 



242

01.11.1988 

 

“Çantram” otelində bizə yer verdilər. Təzə olsa da, çox pis 

idi. Döşəməsi sement plitələr, içi dolu qarışqa, kondisioneri də 

yox. Hər halda beş gün bu şəraitə alışmalı idik. 

Ayın 1-də və 2-də dincəldik. Şəhəri gəzdik. 3-də bağlanı-

şın və nümayişin məşqini keçdik. 

3-də  səhər-səhər Hind okeanına çimməyə getdik. Gözəl 

mənzərəli bir çimərlik idi. Su həddindən çox şor idi. 3-də, 4-də 

və 5-də iki konsert verdik. Üstəlik axşamüstü saat 5-də rezeden-

siyanın qabağından nümayişlə keçdik. Elə başlanmamış bir sel-

ləmə yağış qopdu. İki saat davam etdi. Əynimizdə quru bir nöq-

tə də qalmadı. Buna baxmayaraq axşam saat 22.30-a qədər açıq 

havada konsert verdik. İslansaq da yaxşı oldu. İsti yağış idi. Əsl 

hind kinolarındakı yağışdan idi. 

 

06.11.1988 

 

Səhər tezdən çamadanlarımızı  yığışdırıb Dehliyə uçmağa 

hazırlaşırıq. Onsuz da son günlər həddən çox darıxırdıq.  İşin 

tərsliyindən saat 11-də uçmalı olduğumuz halda, düz axşam sa-

at 7.10-da təyyarəmiz

 

 



Dehliyə

 

doğru qanadlandı.



 

Üzü


 

doğma Və-

tənə doğru yol başlamışıq. Sağ-salamat balalarımızın yanına 

çatsaq, böyük iş olardı. 

 

07.11.1988 

 

Bütün


 

günü


 

“Polika” bazarında olan-qalan

 

rupilərimizi xər-



cləyib otelə qayıtdıq. Çamadanlarımızı yığıb hazır qoyduq. 

 

 




Ömrün etməyəcək vəfa dedilər 

 

243



Festivalın bağlanışı münasibətilə otelin həyətində bizə qo-

naqlıq verdilər. Qədim hind rəqslərindən ibarət konsert proqra-

mı da çox gözəl təsir bağışladı. 

Beynəlxalq aeroportuna gəldik. Xeyli gözlədikdən sonra 

noyabrın 8-də səhər saat 15.30-da uçduq. 

Səhər saat 9-da Şeremetevdə yerə endik. 

 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə