Aydın Çobanoğlu
252
Aşıq Valehin xatirə gününü keçirdik. Qərara alındı ki,
“Qarabağda Aşıq Valeh günləri” keçirilsin.
Şuşaya getmək mümkün olmadı və cəhd etmək də lazım
bilinmədi. Birinci katib A.Quliyevlə prokuror Z.Məmmədovla,
DİN-in nazir müavini N.Yusifovla Ağdamda görüşdük. Bir ca-
van oğlan dedi ki, Hüseyn müəllim, indi alçaqlar vertalyota da
güllə atırlar. Allah eləməsin, sizə bir daş dəysə bütöv Qarabağı
saxlamaq olmaz, müharibə qopar.
Neyləmək, təəssüf hissi keçirərək Bərdəyə döndük.
10.09.1989
Səhər tezdən balabançı Əfsər Əbdürrəhmanovun evindən
qalxıb qərərgaha gəlirik. Rayon rəhbərliyi ilə görüşüb işimizi
planlaşdırırıq.
Günorta “Moskva” kolxozunda Şəmil Mehdiyevin briqa-
dasının tarla düşərgəsinə gəlirik. Bizim burada olduğumuzu eşi-
dib, rayonda əmək semesterində olan hüquq fakültəsinin I kurs
tələbələri yığışıb gəliblər. Bir azdan pambıqçılar gələcək. Bizi
RK-nın təbliğat-təşviqat şöbəsinin müdiri Vahid Qarayev mü-
şaiyət edir. Sanki jurnalist dəqiqliyi ilə Ərzurum səfərindən bu
yaxınlarda dönmüş aşıq Murad Niyazlıya suallar verir. Xatirələr
çözələnir. Kolxozun sədri Hüseyn Ağayevin şair qəlbi ipək yu-
maq kimi açılır. Sazın o qədər də geniş yayılmadığı bir region-
da qoşma həvəsli adamlar kəşf edirik.
Axşam Kolayır kənd Mədəniyyət Evində yenə kənd zəh-
mətkeşləri ilə görüşürük. Ağır fiziki işdən yorğun gəlmiş cama-
at çox yüksək tamaşaçı mədəniyyəti ilə bizə qulaq asırlar.
Bizdən icazə alıb bir cavana söz verdilər. Səyyad Xəlilov
zootexnikdir. Onun incə barmaqları var. Yaxşı saz çalır. İnkişaf
etdirsə, davam etdirsə gözəl nəticə verər. Bu o deməkdir ki, bu-
Ömrün etməyəcək vəfa dedilər
253
rada sazın hardasa kül altda qalmış közləri var. Zənnimizdə ya-
nılmamışıq. Bizi tanış edirlər: El ağsaqqalı Qüdrət Tağıyev. 30
ildən çox briqadir işləyib, amma sazdan, tardan ayrılmayıb. İndi
də Kolayıra gəldiyimizi eşidib Sərkarlar kəndindən gəlib. Kon-
sertdən sonra bizi evinə dəvət edir. H.Arif, M.Niyazlı, Ə.Əb-
dürrəhmanov və mən V.Qarayevlə, H.Aslanov adına kolxozun
sədri Vahid Quliyevlə birlikdə Qüdrət kişinin evinə, süfrəsi ba-
şına yığışırıq.
Söhbət yenə xalqı narahat edən məsələlərdən gedir. Şairi
qınayırlar
ki,
yazırsınız,
amma
yazdıqlarınıza
əməl
etmirsiniz.
Dediyinizin arxasında dura bilmirsinizsə, niyə deyirsiniz ki;
– Çox leşkər başını leş etdi, getdi,
Adını tarixə nəqş etdi, getdi.
O bizə bir Şuşa bəxş etdi getdi,
Biz ona bir heykəl qoya bilmədik?!
Göyçə mühitinin təsiri bu
yerlərə
çox olub.
Aşıq
Talıb, Aşıq
Ağayar, Növrəs İman, Aşıq Nabat və b.
elin
sevimlisi olublar.
Məclisimiz səhər saat 4-ə qədər davam edir.
Dincimizi alıb
xoş arzularla Qüdrət kişinin ailəsi, ocağı ilə görüşüb ayrılırıq.
Aydın Çobanoğlu
254
İSVEÇ SƏFƏRİ
İsveçə səfərə çıxıram. Neçə vaxtdan bəri alçaqlar qanımı
qaraltmışdılar, torpağa görə. (Yaşayış üçün Mehdiabad qəsəbə-
sində verilən torpaq ərazisi nəzərdə tutulur. Red.) Yaxşı ki, bi-
rinci katibin qəbulunda oldum. Əhvalım yaxşıdır. Uşaqlarımla
və yoldaşımla görüşüb aeroporta gəlirəm. Burada müğənni Ca-
nəli Əkbərov, tarzən Vamiq Məmmədəliyev, kamança ustası
Elman Bədəlov, qarmonçalan Vaqif Əsədovla görüşüb Moskva-
ya uçuruq. Bəxtimizdən yoldaşlarımızın hamısı yaxşı oğlanlar-
dır. Rəhbərimiz Qurbanov Furman Əli oğludur. “Dostluq cə-
miyyəti”nin sədr müavinidir.
11.07.1989
Müəyyən
səbəb
olduğundan
“Şermetyev-2”-
də iki saat
lən-
gisək də Stokholma bir saat əlli dəqiqəyə uçuruq. Aeroportda
bizi azərbaycanlı Möhsün bəy Kərimi, Xosrov və İsmayıl qar-
daşları və sonuncunun həyat yoldaşı Qumru xanım qarşılayırlar.
Özləri
eşidib
gəliblər.
Bu bizim əhval-ruhiyyəmizi xeyli yaxşı-
laşdırdı. Görüşürük, həsrətlilər qovuşan kimi. Urmiyadan gəlib-
lər.
Bizdən əvvəl
burada olmuş
Baba
Mahmudoğlu,
Səkinə
İsma-
yılova, Həmid Vəkilov haqda ürəkdolusu danışırlar.
Bizi dəmiryol vağzalına qədər ötürdülər. Biz tələsik Falun
şəhərinə getməliydik. Qatardan onları sazla və Canəlinin səsi ilə
“Qarabağ şikəstəsi”nin sədalarıyla salamlayırıq. Qatar tərpənir,
ayrılırıq. Nə qəm, sabah Faluna qədər!
Falun şəhəri.
11-16.07.1989
Bu şəhər irili-xırdalı xeyli göllərlə əhatə olunmuş çox da
böyük olmayan, lakin çox gözəl bir şəhərdir. Festivallar şəhəri-
dir. Burada ildə bir neçə dəfə beynəlxalq əhəmiyyətli musiqi və
Ömrün etməyəcək vəfa dedilər
255
digər incəsənət festivalları keçirilir. “Festival mərkəzi” adlanan
böyük bir bina özünün qırx yerlik konsert salonu, kafe və resto-
ranları ilə birlikdə bu işə xidmət edir. Bizim ilk konsertimiz fes-
tivalın açılışı oldu. Açılış “Kristinhallen” konsert salonunda keçi-
rildi. Biz burada bir çox türk və azərbaycanlı uşaqlarla görüşdük.
Xeyli dərd-sərlərindən söhbət etdilər. Gözəl musiqiçilər olan Ziya
Aytəkin və Edib bizi “Azərbaycan” mahnısı ilə qarşıladı. “Baq-
masternhotel”də qaldıq. Yüksək səviyyədə keçən konsertlərimiz
həddən artıq yaxşı qarşılandı.
“Kristinhallen”də üç konsert verdik. İsveç televiziyası ilə
müsahibə alındı. Radio bir konsertimizi, televiziya isə digər
konsertimizi yazıya aldı.
Bu ölkədə diqqətimizi cəlb edən əsas məsələlərdən biri qa-
tarda Stokholmdan Faluna gələrkən “vaxtı öldürmək üçün” ça-
lıb-oxumağımızın qatar bələdçisi tərəfindən maraqla qarşılan-
ması oldu. Bundan bir neçə dəqiqə sonra qatar boyu elan eşidil-
di: “5-ci vaqonda Azərbaycandan gəlmiş xalq musiqiçiləri ça-
lıb-oxuyurlar. Maraqlı musiqidir. Qulaq asmağa tələsin”. Heç
beş dəqiqə keçməmiş vaqonda tərpənmək olmurdu.
Stokholmda bizi Azərbaycan Kültür Əncüməninin nüma-
yəndələri qarşıladılar. Gözləmədiyimiz bir xəbərdən sarsıldıq:
İsmayılın və Xosrovun siyasətçi qardaşına Fransada qəsd edil-
mişdi. O, qətlə yetirilmişdi. Stokholm Mədəniyyət evindəki
konsertdən əvvəl Xosrovgilə başsağlığı verməyə getdik.
Konsertimiz 16 iyul saat 17-də başladı. Tamaşaçıların tər-
kibi müxtəlif idi. İsveçlər, farslar, türklər, ərəblər, azərbaycanlı-
lar.
Tamaşaçılar bizi
çox diqqətlə
dinləyir və
gözəl
qarşılayırdılar.
Ertəsi gün konsertdən əvvəl şəhəri gəzdik, alacağımızı al-
dıq.
Nahar edib,
Azərbaycan Kültür Əncüməni üzvləri üçün kon-
sert verdik.
Videolentə alındıq.
Konserti əvvəldən axıra mən ida-
rə etdim. Şirin, yaddaqalımlı bir konsert oldu. Orada müğənni-
Dostları ilə paylaş: |