Ömrün etməyəcək vəfa dedilər
287
Deyişməni oxuyarkən Əli Qurbanov Aşıq Əkbərin sənəti-
nə, ustadına və yetirmələrinə verdiyi dolğun, həqiqi
qiyməti hiss
edirsən:
Müseyibin dodağında ney dindi,
Elə bildim bütün dünya isindi.
Barmaq boyda bir qamışda mən indi
Dalğa-dalğa hərarətə heyranam.
Doğrudan da Ümumittifaq festivalı laureatı balabançı Mü-
seyib Abbasovla Aşıq Əkbərin birgə çıxışını dinləyərkən düşü-
nürsən ki, saz sənətini yaşatmaq, ucaltmaq naminə elə Əkbər
Müseyib üçün, Müseyib də Əkbər üçün doğulub. Aşığın ustadı
Qədir İsmayılov şagirdləri Ələsgər Tağıyev, Əlixan Niftalıyev
də bu cür qiymətə layiq sənətkarlardır.
Ümumiyyətlə “İşıqlı tellər” kitabı xoş təsir bağışlayır və
ümidvarıq ki, oxucuların stolüstü kitabına çevriləcək. Bütün
oxucular adından belə bir nəcib, xeyirxah iş üçün kitabın redak-
toru Vilayət Rüstəmzadənin şəxsində “Gənclik” nəşriyyatının
bütün işçilərinə minnətdarlığımızı bildirir, müəllifə yeni-yeni
yaradıcılıq nailiyyətləri,
coşqun,
sönməz
ilhamla
yazıb-yaratmaq
arzulayırıq.
Bakı şəhəri,
1977-ci il.
Aydın Çobanoğlu
288
TƏLƏSƏN TƏNDİRƏ DÜŞƏR
Bu il iyul ayının 30-da
və
31-də
Azərbaycan Dövlət Filar-
moniyasında Respublikanın
Əməkdar mədəniyyət
işçisi
aşıq
Ək-
bər Cəfərovun rəhbərliyi və iştirakı
ilə
Tovuz
aşıqlarının
konserti
olmuşdur.
“Bakı”
axşam qəzeti
2
avqust
1976-cı il tarixli
sayında
jur-
nalist
Möhbəddin
Səmədoğlunun
konsert
haqqında
qeydləri
“Klassik
irsə
qayğı
ilə
yanaşmalı”
başlığı altında
dərc
olunmuşdur.
Tənqid olunanlardan, eyni zamanda, minlərlə oxuculardan
biri kimi məqaləni səbrlə,
dönə-dönə oxudum.
Açığını deyim ki,
möhkəm qanım qaraldı. Ona görə yox ki,
tənqid olunmuşdum.
Ona görə ki...
Məqalə müəllifi hansı hissin, hansı qüvvənin təsiri iləsə,
sırf birtərəfli mövqe tutmuş və çəkinmədən, heç bir məsuliyyət
hiss
etmədən tamaşaçıların razı qalmadıqlarını savadsız və mən-
tiqsiz şəkildə qeyd etmişdir. Yazını oxuyandan sonra tərəddüd-
süz bu qənaətə gəlmək olar ki, hörmətli jurnalist aşıq musiqisi,
aşıq poeziyası haqda kafi təsəvvürə belə malik deyildir.
Əvvəla, ağlasığmaz bir işdir ki, iki saat yarım davam edən
konsertdə xoşa gələn cəhət yox dərəcəsində olsun. Müəllif qeyd
edir ki, heç bir aşıq öz çıxışı ilə tamaşaçıları razı sala bilmədi.
Əgər doğrudan da belə idisə, bəs nə üçün proqramda cəmi iki
mahnısı olan aşıq Ələsgər Tağıyevi, Əlixan Niftəliyevi, Aydın
Musayevi tamaşaçılar alqışlarla səhnəyə qaytardılar?!
Belə de-
yilsə, bəs nə üçün hörmətli M.Səmədoğlu öz adından yox, məhz
tamaşamçıların adından çıxış edir?!
Ömrün etməyəcək vəfa dedilər
289
SAZ, SÖZ, İFAÇILIQ VƏ...
Aşıq musiqisinə, aşıq poeziyasına getdikcə daha çox diq-
qət yetirilir. Əsrlərin sınağından çıxmış əvəzsiz sənət nümunə-
lərinin toplanması, tədqiqi, nəşr olunub oxuculara çatdırılması
buna parlaq sübutdur. Sevindirici haldır ki, indi də şifahi ədə-
biyyatımızın aparıcı qolu inkişaf edir, yeni-yeni sənət nümunə-
ləri ilə zənginləşir. Orta nəslə mənsub olan ustad sənətkarlar,
gənc aşıqlar və həvəskarlar bu işdə böyük rol oynayırlar.
Aşıq sənətinin inkişafı, təbliği haqqında ayrı-ayrı vaxtlar-
da müxtəlif sənət adamları öz fikir və mülahizələrini söyləyib-
lər. Biz də aşıq sənəti, onun inkişafı və təbliği haqqında qeydlə-
rimizi oxucularla bölüşmək istərdik. İlk sözümüz saz havaları-
nın ifası ilə əlaqədardır. Şair Hüseyn Arifin (Hüseynzadənin)
“Sazlı-sözlü dünyam” məqaləsilə əlaqədar olaraq “Ədəbiyyat
və incəsənət” qəzetində dərc edilmiş məqalələrdə bəzi müəllif-
lər haqlı olaraq sazda muğam parçalarının, xalq mahnılarının
çalınmasını düzgün sayırdılar. Saz elə imkanlı, incə bir musiqi
alətidir ki, onda nəinki Azərbaycan muğam və xalq mahnılarını,
hətta dünya xalqlarının musiqisindən bəzi nümunələri çalmaq
mümkündür. Lakin saz havalarını çalarkən onların əvvəlində
haşiyələr çıxmaq yersiz görünür. Bəzən bir çox sənətkarlar və
həvəskarlar saz havalarına o qədər “xal”lar, “gül”lər əlavə edir-
lər ki, havanın özü az qala arada itib-batır. Əgər onların istedadı
varsa, qoy,
yeni saz havaları
qoşsunlar. Bu, aşıq sənətinin inkişafına təkan verər. İndi
də yeni saz havaları yaranır. Mikayıl Azaflının bu sahədəki tə-