Aydın Çobanoğlu
278
redaktorluğu ilə 1957-ci ildə respublika Xalq Yaradıcılığı Evi-
nin buraxdığı “Aşıqlar” kitabının 52-ci səhifəsində dərc olun-
muşdur.
19-cu səhifədə verilmiş “Qalmaqdadı” qoşması isə Növrəs
İmanındır. Bunu qocaman ustad aşıqlarımızdan Qədir İsmayı-
lov, Mikayıl Azaflı, Yusif Yusifov və Növrəs İman yaradıcılığı-
na yaxşı bələd olan aşıq Əkbər Cəfərov təsdiq edir.
İkinci bir tərəfdən, bu şeir R.Mehdiyevin dediyi kimi, “Bir
zamanlar kapitalizm dünyasının qəm sapandında bulanan Usta
Abdullanın” zəmanədən şikayəti deyil, məhz “sinəsini eşq odu”
yandıran, buna görə də öz taleyindən, “fələyin fitnə-felindən”,
“müxənnətin andından” zara gəlmiş Növrəs İmanın gileyidir.
Doğrudur, Növrəs İmanın həyat və yaradıcılığı lazımınca tədqiq
olunmayıb, lakin bu haqq vermir ki, el şairinin uğursuz taleyi
ilə səsləşən və ona məxsusluğu şübhə doğurmayan bir şeiri təd-
qiqatçı başqasının adına çıxsın. Əyanilik xatirinə Növrəs İma-
nın şeirini oxuculara təqdim edirəm:
Yenə qəm ləşkəri hücum gətirib,
Sinəmi eşq odu qalamaqdadı.
Hərə bir tərəfdən qılınc götürüb,
Könlümün evini talamaqdadı.
Anlamışam bu fələyin fəndini,
Ömrümün arxının sökür bəndini.
Çinləyib əlində qəm kəməndini,
Atıb gərdənimə dolamaqdadı.
Çalışır insanı sala fəndinə,
İnanmıram müxənnətin andına.
Ömrün etməyəcək vəfa dedilər
279
Qoyubdu İmanı qəm sapandına,
Atacaqdı bir gün, bulamaqdadı.
“Gözəl” rədifli təcnis (səh. 67) də aşıqlar arasında Şeyda
Əzizin adına oxunur və yuxarıda dediyimiz “Aşıqlar” kitabında
196-cı səhifəsində də onun şeiri kimi çap olunub.
İş o yerə çatıb ki, tərtibçi bizimlə bir dövrdə yazıb-yaradan
müəlliflərin də şeirlərini Usta Abdullanın kitabına daxil etmiş-
dir. Kitabın 27-ci səhifəsindəki “Harda mən” başlıqlı şeir To-
vuzda Öysüzlü təxəllüsü ilə şeirlər yazan müəllim Abbasəli Hə-
sənovun, 31-ci səhifəsindəki “Olmaz-olmaz” rədifli qoşma isə
şair
Abbas
Abdullanındır.
Sonuncu müəllifin şeiri
ADU-nun “Le-
nin tərbiyəsi uğrunda” qəzetinin 4 yanvar 1959-cu il tarixli sa-
yında çap olunmuşdur.
Tərtibçi yuxarıda adını çəkdiyimiz müəl-
liflərin şeirlərində cüzi dəyişiklik eləməklə ünvanı dəyişdirmək
istəmişdir.
Təbii olaraq bu
dəyişikliklər
şeirlərdə məntiq dolaşıq-
lığına, süniliyə gətirib çıxarmışdır. Bu vəziyyət Abbas Abdulla-
nın “Olmaz-olmaz” rədifli qoşmasında daha aydın nəzərə çar-
pır. Misallara müraciət edək.
Abbas Abdullada:
Tapdanıb alçalmış məhzun dağların,
Başında yay vaxtı qar olmaz-olmaz.
Usta Abdullada:
Tapdanıb, alçalmış məhzun dağların,
Yay vaxtı başında qar olmaz-olmaz.
Təbiidir ki, dağ əvvəlcə tapdanar, sonra alçalar. Üçüncü
bəndin son beyti:
Aydın Çobanoğlu
280
Uca çinarlarda bar olmayantək,
Namussuz sifətdə ar olmaz-olmaz.
Kitabda:
Uca ağaclarda bar olmayantək,
Namussuz sifətdə ar olmaz-olmaz.
Görəsən, nə vaxtdan uca ağaclarda bar olmur? Min illik
uca ceviz ağacları var ki, barını yığıb-yığışdırmaqla qurtarmır.
Naşirlər nəzərə almayıblar ki, bu şeir bütövlükdə ikinci
şəxsə müraciətlə yazılıb, qeyri-müəyyən şəxsə yox. Bunun nəti-
cəsində də dördüncü bənddəki qafiyələr kitabda səhvən “gülmə-
sə”, “gəlməsə”, “bilməsə” şəklində işlənmişdir. Şeirin son, aşıq-
ların dili ilə desək, tapşırma bəndi belədir:
Abbas, şeir yazıb könül fəth elə,
Gəzib yaylaqlarda sən gülə-gülə!
Fəqət bağlanmasan obaya, elə,
Sözün ağızlarda car olmaz-olmaz.
Usta Abdullanın kitabında şeir belə tamamlanır:
– Sənətkar, sözün yaz, durma, fəth elə,
Gəzib yaylaqları sən gülə-gülə!
Fəqət bağlanmasan obaya, elə,
Bil, sözün dillərdə car olmaz-olmaz.
Sual olunur: nəyi fəth elə, kimi fəth elə, niyə fəth elə?
El ədəbiyyatının xatirinə hal şəkilçilərini nadir hallarda ix-
tisara salarlar. Abdulla adı bu şeirin tapşırmasına düz gələ-gələ
Ömrün etməyəcək vəfa dedilər
281
el şairini nə məcbur edib ki, özünü belə çətinə salıb, “Sənətkar”
təxəllüsünü işlədib?
Təəssüf ki, kitabın tərtibçisi, eləcə də redaktorları bu sual-
lara cavab axtarmayıblar. Əgər axtarsaydılar, başqa ustad aşıq-
larımızın da neçə-neçə misrası Usta Abdullanın adına getməzdi.
El sənətkarları həmişə gözü, könlü tox olublar. Usta Ab-
dullanın başqasının sözünə, misrasına nə ehtiyacı?!
“Ədəbiyyat və incəsənət” qəzeti,
18.08.1976
Aydın Çobanoğlu
282
“İŞIQLI TELLƏR”
“Saz. Söz. İfaçılıq. İlk baxışda adi görünən bu üç söz –
xalqımızın əsrlər yara-yara zəmanəmizə gətirib çıxardığı zəngin
mənəvi sərvətlər səlnaməsi, musiqi folklorumuzun təkamül yo-
lunun təcəssümüdür, nəticəsidir”.
Bu sətirlər Respublikanın Əməkdar mədəniyyət işçisi aşıq
Əkbər Cəfərovun “Gənclik” nəşriyyatı tərəfindən çapdan çıx-
mış “İşıqlı tellər” kitabında Vilayət Rüstəmzadənin yazdığı “Ön
söz”dən götürülmüşdür.
Saz və söz həvəskarları tələbələrin və gənclərin VI
Ümumdünya festivalının laureatı Əkbər Cəfərovu “nadir, ya-
tımlı zil səsə malik” ifaçı, müasir aşıq sənətimizin zirvəsində
dayanan istedadlı sənətkar kimi tanıyırlar. Bu, aşığın təvazökar-
lığından irəli gələn haldır. O həmişə el şənliklərində, konsert sa-
lonlarında, tarla əməkçiləri qarşısında görkəmli ustadlar – Qur-
bani, Tufarqanlı Abbas, Xəstə Qasım, Ələsgər, Hüseyn Bozal-
qanlı, Aşıq Nəcəf və onlarca digər böyük sənətkarlardan söz
açır, qədim dastanlarımızı dilləndirir. Bir sözlə, bu günün tama-
şaçılarını, dinləyicilərini klassik aşıq poeziyası ilə tanış etmək-
dən doymur. Özünütəbliğ isə onun nəzərində həmişə arxa plan-
da olmuşdur.
“İşıqlı tellər” kitabı isə “Şərəf nişanı” ordenli aşığı poezi-
ya həvəskarlarına bir saz şairi kimi, yaradıcı aşıq kimi təqdim
edir.
Şair-aşığın səlis, rəvan dillə yazdığı gəraylılar, qoşmalar,
təcnislər, deyişmə və müxəmməslər kitabda dörd başlıq altında
verilmişdir.
Dostları ilə paylaş: |