Ömrün etməyəcək vəfa dedilər
267
MARAQLI KONSERT
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası-
nın konsert salonunda Ümumdünya festivalının laureatı saz us-
tası Ədalət Nəsibovun rəhbərlik etdiyi Qazax aşıqlarının böyük
konserti olmuşdur. Aşıqlardan Nadir Orucov, Kərəm Nəsibov,
Ayaz Zülfüqarov, Hüseyn Piriyev, Bayram Həsənov və başqa-
ları çıxış etmişlər. Balabançılardan Cümşüd Zülfüqarovun və
Kərəm Əliyevin çıxışları tamaşaçılara xoş təsir bağışlamışdır.
Ədalət Nəsibovun ifa etdiyi “Dilqəmi” havası tamaşaçıları hey-
ran etmişdir.
Əlbəttə, bunlar yaxşıdır. Lakin qeyd etmək istəyirəm ki,
aşıqlarımız havaların adlarını və qoşmaların müəlliflərini
nədən-
sə tamaşaçıların nəzərinə çatdırmırdılar. Ustad aşıqların qoşma-
larına da geniş yer verilsəydi yaxşı olardı. Doğrudur, konsertdə
Aşıq Ələsgərdən bir neçə qoşma oxundu. Amma bu, az idi.
“Sovet kəndi”
qəzeti, 05.08.1974
Aydın Çobanoğlu
268
DÖYÜŞÇÜ AŞIĞIN MAHNILARI
Aşıq Nəcəf kiçik yaşlarından sazla, sözlə ciddi maraqlan-
mışdır. Yaradıcılığa da erkən başlamışdır. Onun istedadı, baca-
rığı, məlahətli səsi kənd camaatının, eləcə də Əlimərdanlı toyla-
rında tez-tez iştirak edən ustad sənətkar aşıq Hüseyn Bozalqan-
lının diqqətindən yayınmamış, Nəcəfi özünə şagird götürmüş-
dür. 1926-cı ildən Hüseyn Bozalqanlıya şagird olan Nəcəf Alı
oğlu aşıqlığın sirlərini, şeir və sənət yollarını məhz bu ustad
aşıqdan öyrənmişdir.
Gənc aşıq bir sıra görkəmli aşıqlarla 1928-ci ildə Bakıda
keçirilən Azərbaycan aşıqlarının I qurultayında iştirak etmişdir.
Qəlbi xalqa bağlı olan sənətkar,
xalqdan öyrənə-öyrənə ustad
aşıq səviyyəsinə qalxmış, bir neçə şagird yetişdirmişdir.
Onlar-
dan biri, – Qaraxanlı Aşıq Vəli hazırda Tovuzda yaşayır.
Az vaxt içərisində böyük hörmət qazanan aşıq Nəcəf Hü-
seyn Bozalqanlı, Aşıq Zülfüqar, Aşıq Əsəd, Aşıq Mirzə və bir
sıra başqa aşıqlarla bərabər Tovuz, Qazax, Şamxor (indiki Şəm-
kir – red.), Gədəbəy rayonlarında, Ermənistan və Gürcüstanın
bir çox kəndlərində toy məclislərində olmuş, tələbkar camaatın
ruhunu oxşamışdır.
Şair-aşığın yaradıcılığı ədəbi ictimaiyyətimiz tərəfindən
yüksək qiymətləndirilmiş, 1937-ci ildə Azərbaycan Sovet Yazı-
çılar İttifaqına üzv qəbul olunmuşdur. Nəcəf aşıq şeirinin qoş-
ma, gəraylı, təcnis, nəfəsçəkmə təcnis, divani, müxəmməs kimi
bir çox növlərindən istifadə edərək, təsirli, qüvvətli sənət əsərlə-
ri yaratmışdır. Əfsus ki, bunların bir qismi baxımsızlıq üzündən
itib-batmışdır.
Ömrün etməyəcək vəfa dedilər
269
1938-ci ildə Nəcəf Hüseynov Azərbaycan aşıqlarının II
qurultayında iştirak edir. Burada xalq şairi Səməd Vurğun, Os-
man Sarıvəlli, Mir Cəlal, Mirzə İbrahimov, istedadlı bəstəkar
Üzeyir
Hacıbəyov,
SSRİ Xalq
artisti
Bülbüllə
yaxından
tanış olur.
Bu
görüşlər
səmərəsiz
qalmır,
şair-aşığın
yaradıcılığına
qüvvətli
təsir
göstərir
və
bundan
sonra
o,
yeni ruh
yüksəkliyi
ilə
yazıb-
yaradır.
Nəcəfin yaradıcılığında məhəbbət mövzusu ilə yanaşı, ic-
timai-siyasi lirika da xüsusi yer tutur. Öz dövrünün heç bir əla-
mətdar ictimai-siyasi hadisəsi aşığın gözündən yayınmamışdır.
Hələ cavan yaşlarında Azərbaycanda Sovet hakimiyyətinin qu-
rulması Nəcəfi hədsiz sevindirmişdir.
Şükür, gəldi fəhlə-kəndli zamanı,
İndən belə xoş sürərik dövranı.
Nəcəf, mərifətlə dolan dünyanı,
Sən ol xalqın mehribanı həmişə,
– deyən şair aprel günəşini hərarətlə alqışlamışdır.
O, sosializm quruculuğunun ilk illərində gənc Sovet ölkə-
sinin yüksəlişinə hər vasitə ilə mane olmağa çalışan qolçomaq-
ları, mövhumat nümayəndələrini kəskin şeirləri ilə qamçılamış,
onlara qarşı əzmlə vuruşan, mətanətlə mübarizə aparan doğma
xalqımızı, Kommunist Partiyamızı, Qızıl Ordunu ilhamla tə-
rənnüm edib, yeni qələbələrə ruhlandırmışdır:
– Nəcəf partiyadan alıb nicatı,
Gərək tərk eləyək biz mövhumatı.
Xaindən, xəbisdən bu şən həyatı
Saxlayaq, yaşasın dinc Qızıl Ordu.