Ömrün etməyəcək vəfa dedilər
261
İRFAN ÜNVER NƏSRƏDDİNOĞLU İLƏ GÖRÜŞ
01.09.1988
Türkiyənin Folklor Qrumunun başkanı İrfan Ünver Nəs-
rəddinoğlu ilə Respublika Aşıqlar Birliyində Hüseyn Arifin ota-
ğında görüşməli idik. Zəng gəldi. Rəfiq Zəka Xəndan idi. Ürfan
bəylə evində bizi gözlədiyini bildirdi.
Məmnuniyyətlə getdim. Onu və Rəfiq bəyi maşınıma gö-
türüb, Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti-
nə gəldik, Nəbi Xəzri ilə görüşdük.
Axşam Buzovnada bağda yığışmalı olduq. Akademik Fə-
rəməz Maqsudovla da orada tanış oldum. Xəlil Rza da orda idi.
Gecədən xeyli keçənədək maraqlı söhbət etdik. Saza, sözə qu-
laq asdıq. Səhər görüşməli idik. Ona görə Hüseyn Ariflə mən
xudahafizləşib şəhərə qayıtdıq.
02.09.1988
Səhər Rəfiq bəyin evində, danışdığımız kimi, görüşdük.
İrfan bəy bir saatlıq kaset yazdı, bacardığım qədər yaxşı çalıb-
oxumağa çalışdım. Türkiyə radiosu üçün müsahibə götürdü. Bir
neçə şəkillər çəkdi. Daha sonra nahara əyləşdik. Rəfiq bəyin xa-
nımı əla plov dəmləmişdi. Xudahafizləşərkən, mən Ürfan bəyə
Azərbaycan çayı, öz afişamı, şeirlərimi və ailəmizin şəkillərini
hədiyyə etdim. Zeynal bəyə (Zeynal Abidin Makas nəzərdə tu-
tulur. Red.), Yavuz bəyə (Yavuz Bingöl) salam yetirməsini xa-
hiş etdim.
Aydın Çobanoğlu
262
SEYFƏDDİN ALTAYLI İLƏ GÖRÜŞ
02.09.1988
Həmin gün axşam “Mehriban” şadlıq evində daha bir türk
qonaqla görüşdük.
Bu,
Yunis Məmmədovun qonağı,
Türkiyə ra-
diosunun Azərbaycan üçün verilişlər redaksiyasının redaktoru
və diktoru Seyfəddin Altaylı idi.
Məni o məclisə şair dostum və
eloğlum Məmməd İsmayıl dəvət etmişdi. Qonaqlar bütövlükdə
onun qonağı idi. Axşamımız gözəl keçdi. Bəlkə də son illərdə
elə təmiz səslə oxumamışdım. Amma heyif ki, Allah insaf ver-
mişlərin heç biri “imkansızlıq” üzündən maqnitafon götürmə-
mişdilər. Məmməd Aslan, Sabir Rüstəmxanlı, Məmməd İsma-
yıl, Fərhad Əliyev, Yunis Məmmədov və onların həyat yoldaş-
ları özləri və sözləri ilə gecəmizi gözəlləşdirdilər. Qəlbimizdə,
ürəyimizdə böyük-böyük duyğular və hisslərlə yenidən görüş-
mək üçün ayrılırıq.
07.09.1988
Seyfəddin bəylə və onun həyat yoldaşı
Fatimə
xanımla Qa-
rabağ restoranında vida məclisindəyik.
Azərbaycanın görkəmli ziyalıları toplaşıblar buraya:
Pro-
fessor Abbas Zamanov, akademik Fərəməz Maqsudov, doktor
Qəzənfər Paşayev, Xalq şairi Məmməd Araz, şair Məmməd İs-
mayıl, polkovnik-leytenant ......., Yaşar Əliyev, Sabir Rüstəm-
xanlı, Müşgünaz Rzayeva.
Mənim çalıb-oxumağımı həm audiolentə alır, həm video-
ya çəkirlər. Solmaz Kosayeva da dəvət olunub. Birgə çıxışları-
mız çox gözəl təsir bağışladı. Bir sözlə, gözəl axşam idi.
Ömrün etməyəcək vəfa dedilər
263
“GÖYÇƏ”DƏ DAHA BİR UNUDULMAZ GÜN
29.06.1991
İranlı məşhur alim, cərrah, folklorçu, dilçi Cavad bəy
Heyyət.
“Varlıq” jurnalının naşiri və baş redaktoru qonağımızdır.
Professor Nurəddin Rzayev, Xalq şairi Hüseyn Arif, Əli
Misgər, Zülfiyyə və mən süfrə başında cəm olmuşuq. Bu müd-
rik insanla söhbətə onu şəxsən dəvət etmiş N.Rzayev başlayır.
“Aşırı” – ifrat deməkdir. Bu sözlə bağlı bir lətifə söyləyir:
– Biri ata minmək istəyərkən, Allah, Məhəmməd, Əli, ya
Hüseyn deyib ayağını üzəngiyə qoyub atılır. Və yəhərdən o üzə
aşaraq yıxılır. Kişi qalxıb deyir ki, ay qurban olduqlarım, demə-
dim ki, hamınız birdən kömək olun. N.Rzayev hər iki böyük sə-
nətkarı yaxından tanış edir. Onların gələcək əməkdaşlığı üçün
ideya da verir: Otaylı-butaylı Azərbaycan aşıqlarının antologi-
yasını birlikdə toplayıb nəşr etdirələr. Zülfiyyə ilə birlikdə “Ya-
nıq
Kərəmi”
kompozisiyasını çalırıq.
“Koroğlu” dastanının kom-
plekt vallarını Aşıqlar Birliyi adından Cavad bəyə təqdim edirik.
Aydın Çobanoğlu
264
NYU-YORK DÜNYA MUSİQİSİ İNSTİTUTUNUN
PREZİDENTİ CEFRİ VERBAXLA GÖRÜŞ
11.12.1991
Cefri Verbax Aşıqlar Birliyinin qonağıdır. Qeyd etdiyim
kimi Amerikada son illər aşıq musiqisinə çox böyük maraq var.
Cefri gözəl kamança, saz, dəf çalır. Həm də Azərbaycan
mahnılarını gözəl ifa edir. Onunla görüşdə “Ədəbiyyat və
incəsənət” qəzetinin foto-müxbiri də iştirak edir. Görüş daha
sonra “Göyçə” koperativində davam edir.
Cefri utana-utana soruşur: “Aşıqları (bizi) Amerikaya də-
vət etsəm gələrsizmi?
– Əlbəttə.
H.Arif, Əli Misgər, Fazil, şairə Fəridə Hacıyeva, Aşıq
Murad, Qönçə Kərimova (gənc aşıq) görüşdə iştirak etdilər.
Cefriyə afişamı, Aşıq Əkbər haqda olan yazımı və bir neçə
şəkil verdim.
Ayın 4-də “Abşeron” mehmanxanasının Şərq zalında toy-
da Cefri ilə yenidən görüşdük. Qucaqlaşıb, öpüşüb ayrıldıq. İs-
rarla deyir ki, səni Nyu-Yorka dəvət edəcəyəm. Nə deyirəm,
Allah qoysa, qismət olsa görüşərik.
Dostları ilə paylaş: |