Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə45/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   41   42   43   44   45   46   47   48   ...   92

Aydın Çobanoğlu 

 

 



260


Ömrün etməyəcək vəfa dedilər 

 

261



 

İRFAN ÜNVER NƏSRƏDDİNOĞLU İLƏ GÖRÜŞ 

  

01.09.1988 

 

Türkiyənin Folklor Qrumunun başkanı  İrfan Ünver Nəs-



rəddinoğlu ilə Respublika Aşıqlar Birliyində Hüseyn Arifin ota-

ğında görüşməli idik. Zəng gəldi. Rəfiq Zəka Xəndan idi. Ürfan 

bəylə evində bizi gözlədiyini bildirdi. 

Məmnuniyyətlə getdim. Onu və Rəfiq bəyi maşınıma gö-

türüb, Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti-

nə gəldik, Nəbi Xəzri ilə görüşdük. 

Axşam Buzovnada bağda yığışmalı olduq. Akademik Fə-

rəməz Maqsudovla da orada tanış oldum. Xəlil Rza da orda idi. 

Gecədən xeyli keçənədək maraqlı söhbət etdik. Saza, sözə qu-

laq asdıq. Səhər görüşməli idik. Ona görə Hüseyn Ariflə  mən 

xudahafizləşib şəhərə qayıtdıq. 

   


 

 

 



 

 

02.09.1988 

 

Səhər Rəfiq bəyin evində, danışdığımız kimi, görüşdük. 



İrfan bəy bir saatlıq kaset yazdı, bacardığım qədər yaxşı çalıb-

oxumağa çalışdım. Türkiyə radiosu üçün müsahibə götürdü. Bir 

neçə şəkillər çəkdi. Daha sonra nahara əyləşdik. Rəfiq bəyin xa-

nımı əla plov dəmləmişdi. Xudahafizləşərkən, mən Ürfan bəyə 

Azərbaycan çayı, öz afişamı, şeirlərimi və ailəmizin şəkillərini 

hədiyyə etdim. Zeynal bəyə (Zeynal Abidin Makas nəzərdə tu-

tulur. Red.), Yavuz bəyə (Yavuz Bingöl) salam yetirməsini xa-

hiş etdim. 

 

 

 



Aydın Çobanoğlu 

 

 



262

 

SEYFƏDDİN ALTAYLI İLƏ GÖRÜŞ 

 

02.09.1988 

 

Həmin gün axşam “Mehriban” şadlıq evində daha bir türk 



qonaqla görüşdük.

 

Bu,



 

Yunis Məmmədovun qonağı,

 

Türkiyə ra-



diosunun Azərbaycan üçün verilişlər redaksiyasının redaktoru 

və diktoru Seyfəddin Altaylı idi.

 

Məni o məclisə şair dostum və 



eloğlum Məmməd İsmayıl dəvət etmişdi. Qonaqlar bütövlükdə 

onun qonağı idi. Axşamımız gözəl keçdi. Bəlkə  də son illərdə 

elə təmiz səslə oxumamışdım. Amma heyif ki, Allah insaf ver-

mişlərin heç biri “imkansızlıq” üzündən maqnitafon götürmə-

mişdilər. Məmməd Aslan, Sabir Rüstəmxanlı, Məmməd  İsma-

yıl, Fərhad Əliyev, Yunis Məmmədov və onların həyat yoldaş-

ları özləri və sözləri ilə gecəmizi gözəlləşdirdilər. Qəlbimizdə, 

ürəyimizdə böyük-böyük duyğular və hisslərlə yenidən görüş-

mək üçün ayrılırıq. 

07.09.1988 

 

Seyfəddin bəylə və onun həyat yoldaşı



 

Fatimə


 

xanımla Qa-

rabağ restoranında vida məclisindəyik. 

Azərbaycanın görkəmli ziyalıları toplaşıblar buraya:

 

Pro-


fessor Abbas Zamanov, akademik Fərəməz Maqsudov, doktor 

Qəzənfər Paşayev, Xalq şairi Məmməd Araz, şair Məmməd İs-

mayıl, polkovnik-leytenant ......., Yaşar  Əliyev, Sabir Rüstəm-

xanlı, Müşgünaz Rzayeva. 

Mənim çalıb-oxumağımı həm audiolentə alır, həm video-

ya çəkirlər. Solmaz Kosayeva da dəvət olunub. Birgə çıxışları-

mız çox gözəl təsir bağışladı. Bir sözlə, gözəl axşam idi. 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

263



 

“GÖYÇƏ”DƏ DAHA BİR UNUDULMAZ GÜN 

 

29.06.1991 

 

İranlı  məşhur alim, cərrah, folklorçu, dilçi Cavad bəy 

Heyyət. 

“Varlıq” jurnalının naşiri və baş redaktoru qonağımızdır. 

Professor Nurəddin Rzayev, Xalq şairi Hüseyn Arif, Əli 

Misgər, Zülfiyyə və mən süfrə başında cəm olmuşuq. Bu müd-

rik insanla söhbətə onu şəxsən dəvət etmiş N.Rzayev başlayır. 

“Aşırı” – ifrat deməkdir. Bu sözlə bağlı bir lətifə söyləyir: 

– Biri ata minmək istəyərkən, Allah, Məhəmməd, Əli, ya 

Hüseyn deyib ayağını üzəngiyə qoyub atılır. Və yəhərdən o üzə 

aşaraq yıxılır. Kişi qalxıb deyir ki, ay qurban olduqlarım, demə-

dim ki, hamınız birdən kömək olun. N.Rzayev hər iki böyük sə-

nətkarı yaxından tanış edir. Onların gələcək  əməkdaşlığı üçün 

ideya da verir: Otaylı-butaylı Azərbaycan aşıqlarının antologi-

yasını birlikdə toplayıb nəşr etdirələr. Zülfiyyə ilə birlikdə “Ya-

nıq


  

Kərəmi”


 

kompozisiyasını çalırıq.

 

“Koroğlu” dastanının kom-



plekt vallarını Aşıqlar Birliyi adından Cavad bəyə təqdim edirik. 

   


 

 

 



 

 

 



 

 

 




Aydın Çobanoğlu 

 

 



264

   


 

 

 



 

 

NYU-YORK DÜNYA MUSİQİSİ İNSTİTUTUNUN 



PREZİDENTİ CEFRİ VERBAXLA GÖRÜŞ 

 

11.12.1991 

 

Cefri Verbax Aşıqlar Birliyinin qonağıdır. Qeyd etdiyim 



kimi Amerikada son illər aşıq musiqisinə çox böyük maraq var. 

Cefri gözəl kamança, saz, dəf çalır. Həm də Azərbaycan 

mahnılarını gözəl ifa edir. Onunla görüşdə  “Ədəbiyyat və 

incəsənət” qəzetinin foto-müxbiri də  iştirak edir. Görüş daha 

sonra “Göyçə” koperativində davam edir. 

Cefri utana-utana soruşur: “Aşıqları (bizi) Amerikaya də-

vət etsəm gələrsizmi? 

– Əlbəttə. 

H.Arif,  Əli Misgər, Fazil, şairə  Fəridə Hacıyeva, Aşıq 

Murad, Qönçə Kərimova (gənc aşıq) görüşdə iştirak etdilər. 

Cefriyə afişamı, Aşıq Əkbər haqda olan yazımı və bir neçə 

şəkil verdim. 

Ayın 4-də “Abşeron” mehmanxanasının Şərq zalında toy-

da Cefri ilə yenidən görüşdük. Qucaqlaşıb, öpüşüb ayrıldıq. İs-

rarla deyir ki, səni Nyu-Yorka dəvət edəcəyəm. Nə deyirəm

Allah qoysa, qismət olsa görüşərik. 

   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə