Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə53/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   49   50   51   52   53   54   55   56   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

293



Görəsən məhəbbətin iztirablarına yoxsulluğun nə  dəxli?! 

Bir də Kərəm yoxsul idimi? Gəncə xanı Ziyadxanın oğlu deyil-

dimi? 

 

Aşıq musiqisinin yarıtmaz təbliği 



 

narahatlıq doğuran  əsas məsələlərdən biridir. Məlumdur 

ki, aşıq musiqisi toy və şənliklərdə, konsert salonlarında, radio 

dalğalarında və televiziya ekranlarında təbliğ olunur. Bu sahədə 

ustad aşıqlarımızın rolu böyükdür. Lakin, bəzən elə hallarla qar-

şılaşırsan ki, istər-istəməz təəssüflənirsən. 

El şənlikləri aşıq musiqisinin fəal təbliğ olunduğu yerdir. 

Ona görə  də  şənliyin iştirakçısı olan aşıq özündə  məsuliyyət 

hiss etməli, hər dediyi sözü, oxuduğu havanı dönə-dönə ölçüb-

biçməlidir. Əvvəla, o, oxuduğu havanın adını, şeirin müəllifini 

dəqiq bilməli və elan etməlidir. Çox vaxt bunu görmürük. İkin-

cisi; ancaq tam mənimsədiyi  şeiri və havanı oxusa daha yaxşı 

olar. Bir də görürsən ki, aşıq şeirin hansı misrasını isə unudur. 

Pərt olmamaq üçün qafiyəsi təqribən uyğun gələn başqa bir 

misranı ora əlavə edir. Beləliklə,  şeirin ikinci variantı yaranır. 

Zənnimcə, aşıq poeziyasında çoxvariantlılığın  əsas səbəbi bu-

dur. Bir də ki, hər  şənlikdə ifaçının səsi bir neçə maqnitafon 

lentinə köçürülür. İfaçı  aşığa böyük inamdan gələn haldır ki, 

xalq onun dediyini “qanun” sayır: demək bu şeir və ya hava bu 

cür də olmalıdır. 

(Aşıqlar çox böyük auditoriyaya malik təbliğatçılardır. 

Onlar


 

zəhmətkeşlərin

 

mənəvi


 

rifah


 

halının


 

yüksəldilməsində

 

mü-


hüm

 

rol



 

oynayırlar.)

 

Aşıq


 

poeziyasının

 

tədqiqatçılarından biri Qa-



ra Namazov “Azərbaycan aşıq sənəti” kitabında yazır:

 

“- Sələf-



lərinin zəngin qaynaqlarında pərvəriş tapan aşıq sənəti incəsə-


Aydın Çobanoğlu 

 

 



294

nət və ədəbiyyatın bir neçə növünü vahid sənət məcrasında qo-

vuşdurub bütövləşdirmişdir. Söz qoşmaq və ona musiqi bəstələ-

mək, dastan yaratmaq, bunları sazın müşayiəti ilə ifa etmək, şi-

rin-şirin xallar vurub oxumaq, çalınan havaların ahənginə mü-

nasib hərəkət etmək, – oynamaq, özündən əvvəlki sərvəti yad-

daşına həkk edib saxlamaq və beləcə bir ənənə olaraq bildikləri-

ni

 



şəyirdinə

 

(şagirdinə –



 

A.M.) öyrətmək

 

və s.


 

aşıq sənətinin baş-

lıca şərtidir”. 

Zəhmətkeşlərin gündən-günə artan mənəvi tələbatına ca-

vab vermək üçün hər bir aşıq öz yaradıcılığını və ifaçılığını nə-

zərdən keçirməli, onu məhz günün tələbləri səviyyəsində qur-

malıdır. Nəzərə almaq lazımdır ki, indiki tamaşaçı ilə 30-cu il-

lərin tamaşaçısı arasında xeyli fərq var. İndi hamı savadlıdır, 

dünyagörüşlüdür, siyasi cəhətdən daha məlumatlıdır.

 

Ona görə 



də aşıq çalışmalıdır ki, danışdığı hər hansı dastan və rəvayətə, 

hadisəyə qarşıdakını tam mənası ilə inandıra bilsin. Əks təqdir-

də tamaşaçı rəğbəti qazanmaq qeyri-mümkündür. 

Başqa bir hal. Azərbaycan xalqı şair xalqdır. Yaxşı qələm 

sahibləri çoxdur. Əlbəttə, onların hamısından  şeir bilməsi aşıq 

üçün qeyri-mümkündür.

 

Məclis üzvlərindən



 

biri


 

aşıqdan


 

hər han-


 

bir şairin şeirini oxumağı xahiş edir. Aşıq həmin müəllifin şe-



irini bilmir; o,

 

bunu etiraf etmək əvəzinə,



 

başqa


 

bir


 

müəllifin söz-

lərini şeirin sifariş olunan qələm sahibinin adına oxuyur.

 

Belə-



liklə,

 

yeni



 

bir


 

mübahisə


 

meydana


 

çıxır.


 

Maqnitafon

 

lentinə


 

ya-


zılmış və hafizələrə həkk olunmuş bu cür faktları sonradan tək-

zib etmək də çətinləşir. “İnanmırsan, buyur, qulaq as. Filan aşıq 

belə oxuyub,” – deyirlər. 

Belə halların nəticəsidir ki, şair Məstan Əliyevin 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

295



  

Gedirəm, ay ellər, sözüm, söhbətim, 

  

Neçə şirin-şirin dillərdə qaldı!..” 



 

Misraları ilə başlayan şeiri və H.Arifin “Məni” rədifli qoş-

ması (Sevirəm Tiflisi gənc yaşlarımdan...) S.Vurğunun, R.Kə-

rimlinin “Olmasın” rədifli qoşması isə Şıxəli Qurbanovun adına 

çıxılır. Təəssüfləndirici haldır ki, indi də M.Əliyevin həmin şe-

irini Rəhilə Həsənovanın ifasında efirdə tez-tez eşidirik. Bu ba-

rədə

 

mübahisələrə çoxdan yekun vurulsa da, şeir yenə də S.Vur-



ğunun

 

adına



 

oxunur.


 

Görəsən radionun musiqi fondundan bu lent 

yazısını pozmaq olmazmı?! 

H.Arifin  şeirini bu gün də  şənliklərdə “Aşıq qardaş, 

S.Vurğunun “Kürün körpüsündən ötürün məni”  şeirini bizim 

üçün oxu”

 

deyə sifariş verirlər.



 

R.Kərimlinin öz şeirini 1965-66-

cı illərdə Filarmoniyada aşıqlara şəxsən təqdim etdiyinin şahidi-

yəm və qoşmanı da həmin vaxtdan əzbərləmişəm. İndi də dörd 

bəndi yadımdadır. Sonralar şeiri eynilə Ş.Qurbanovun kitabında 

oxuduqda, təəccübləndim. Taleyi ilə maraqlandım, məlum oldu 

ki, şerin dörd bəndi müəyyən dəyişikliklə R.Kərimlinin ilk kita-

bında çap olunmuşdur. Sonralar müəllif onu əvvəlki ilk orijinal 

variantda üçüncü kitabına daxil etmişdir. 

Təəssüfləndirici cəhətlərdən biri də saz havalarının oxu-

nan şeirin rədifi, qafiyəsi və ya bir misrası ilə adlandırılmasıdır. 

Məsələn: “Dağlar” havası oxu” dedikdə aşıq dərhal başa düşür 

ki, dinləyici S.Vurğunun “Dağlar” şeirini istəyir. Açıq konsert-

lərdə, radio dalğalarında, mavi ekranda bu hal tez-tez

 

təkrar olu-



nur.

 

Halbuki aşıq musiqisindən ibarət havalar



 

elan


 

edilərkən aşa-

ğıdakı ardıcıllığa riayət edilməlidir: 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə