Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə51/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   47   48   49   50   51   52   53   54   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

287



Deyişməni oxuyarkən Əli Qurbanov Aşıq Əkbərin sənəti-

nə, ustadına və yetirmələrinə verdiyi dolğun, həqiqi

 

qiyməti hiss 



edirsən: 

 

Müseyibin dodağında ney dindi, 



Elə bildim bütün dünya isindi. 

Barmaq boyda bir qamışda mən indi 

Dalğa-dalğa hərarətə heyranam. 

 

Doğrudan da Ümumittifaq festivalı laureatı balabançı Mü-



seyib Abbasovla Aşıq Əkbərin birgə çıxışını dinləyərkən düşü-

nürsən ki, saz sənətini yaşatmaq, ucaltmaq naminə elə  Əkbər 

Müseyib üçün, Müseyib də Əkbər üçün doğulub. Aşığın ustadı 

Qədir  İsmayılov  şagirdləri  Ələsgər Tağıyev,  Əlixan Niftalıyev 

də bu cür qiymətə layiq sənətkarlardır. 

Ümumiyyətlə  “İşıqlı tellər” kitabı xoş  təsir bağışlayır və 

ümidvarıq ki, oxucuların stolüstü kitabına çevriləcək. Bütün 

oxucular adından belə bir nəcib, xeyirxah iş üçün kitabın redak-

toru Vilayət Rüstəmzadənin  şəxsində “Gənclik” nəşriyyatının 

bütün işçilərinə minnətdarlığımızı bildirir, müəllifə yeni-yeni 

yaradıcılıq nailiyyətləri,

 

coşqun,



 

sönməz


 

ilhamla


 

yazıb-yaratmaq 

arzulayırıq. 

 

Bakı şəhəri, 



 

1977-ci il. 


Aydın Çobanoğlu 

 

 



288

 

TƏLƏSƏN TƏNDİRƏ DÜŞƏR 

 

Bu il iyul ayının 30-da



 

 



31-də

 

Azərbaycan Dövlət Filar-



moniyasında Respublikanın

 

Əməkdar mədəniyyət



 

işçisi


 

aşıq


 

Ək-


bər Cəfərovun rəhbərliyi və iştirakı

 

ilə



 

Tovuz


 

aşıqlarının

 

konserti 



olmuşdur. 

“Bakı”


 

axşam qəzeti

 

2

 



avqust

 

1976-cı il tarixli



 

 

sayında



 

jur-


nalist

 

Möhbəddin



 

Səmədoğlunun

 

konsert


 

haqqında


 

qeydləri


 

“Klassik


 

irsə


 

qayğı


 

ilə


 

yanaşmalı”

 

başlığı altında



 

dərc


 

olunmuşdur. 

Tənqid olunanlardan, eyni zamanda, minlərlə oxuculardan 

biri kimi məqaləni səbrlə,

 

dönə-dönə oxudum.



 

Açığını deyim ki, 

möhkəm qanım qaraldı. Ona görə yox ki,

 

tənqid olunmuşdum. 



Ona görə ki... 

Məqalə müəllifi hansı hissin, hansı qüvvənin təsiri iləsə, 

sırf birtərəfli mövqe tutmuş və çəkinmədən, heç bir məsuliyyət 

hiss


 

etmədən tamaşaçıların razı qalmadıqlarını savadsız və mən-

tiqsiz şəkildə qeyd etmişdir. Yazını oxuyandan sonra tərəddüd-

süz bu qənaətə gəlmək olar ki, hörmətli jurnalist aşıq musiqisi, 

aşıq poeziyası haqda kafi təsəvvürə belə malik deyildir. 

Əvvəla, ağlasığmaz bir işdir ki, iki saat yarım davam edən 

konsertdə xoşa gələn cəhət yox dərəcəsində olsun. Müəllif qeyd 

edir ki, heç bir aşıq öz çıxışı ilə tamaşaçıları razı sala bilmədi. 

Əgər doğrudan da belə idisə, bəs nə üçün proqramda cəmi iki 

mahnısı olan aşıq Ələsgər Tağıyevi, Əlixan Niftəliyevi, Aydın 

Musayevi tamaşaçılar alqışlarla səhnəyə qaytardılar?!

 

Belə de-



yilsə, bəs nə üçün hörmətli M.Səmədoğlu öz adından yox, məhz 

tamaşamçıların adından çıxış edir?!

 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

289



   

 

 



 

SAZ, SÖZ, İFAÇILIQ VƏ... 

 

Aşıq musiqisinə, aşıq poeziyasına getdikcə daha çox diq-

qət yetirilir. Əsrlərin sınağından çıxmış əvəzsiz sənət nümunə-

lərinin toplanması, tədqiqi, nəşr olunub oxuculara çatdırılması 

buna parlaq sübutdur. Sevindirici haldır ki, indi də  şifahi  ədə-

biyyatımızın aparıcı qolu inkişaf edir, yeni-yeni sənət nümunə-

ləri ilə  zənginləşir. Orta nəslə  mənsub olan ustad sənətkarlar

gənc aşıqlar və həvəskarlar bu işdə böyük rol oynayırlar. 

Aşıq sənətinin inkişafı, təbliği haqqında ayrı-ayrı vaxtlar-

da müxtəlif sənət adamları öz fikir və mülahizələrini söyləyib-

lər. Biz də aşıq sənəti, onun inkişafı və təbliği haqqında qeydlə-

rimizi oxucularla bölüşmək istərdik. İlk sözümüz saz havaları-

nın ifası ilə  əlaqədardır.  Şair Hüseyn Arifin (Hüseynzadənin) 

“Sazlı-sözlü dünyam” məqaləsilə  əlaqədar olaraq “Ədəbiyyat 

və incəsənət” qəzetində dərc edilmiş məqalələrdə bəzi müəllif-

lər haqlı olaraq sazda muğam parçalarının, xalq mahnılarının 

çalınmasını düzgün sayırdılar. Saz elə imkanlı, incə bir musiqi 

alətidir ki, onda nəinki Azərbaycan muğam və xalq mahnılarını, 

hətta dünya xalqlarının musiqisindən bəzi nümunələri çalmaq 

mümkündür. Lakin saz havalarını çalarkən onların  əvvəlində 

haşiyələr çıxmaq yersiz görünür. Bəzən bir çox sənətkarlar və 

həvəskarlar saz havalarına o qədər “xal”lar, “gül”lər əlavə edir-

lər ki, havanın özü az qala arada itib-batır. Əgər onların istedadı 

varsa, qoy, 

   

 

yeni saz havaları 



 

qoşsunlar. Bu, aşıq sənətinin inkişafına təkan verər.  İndi 

də yeni saz havaları yaranır. Mikayıl Azaflının bu sahədəki tə-



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə