Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə48/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   44   45   46   47   48   49   50   51   ...   92

Aydın Çobanoğlu 

 

 



274

Gənc aşıq Əskinaz Abbasova aşıq nənələrimizdən Pərinin, 

Bəstinin, Nabatın layiqli davamçısıdır. Əskinaz “Ayaq divani”, 

“Orta sarıtel” havaları üstündə xüsusi məharətlə oxudu. 

Ümumiyyətlə,

 

“Aşıqlar”



 

ansamblının

 

çıxışı


 

tamaşaçılara 

xoş təsir bağışladı. 

   


  

 

 



 

 

“Azərbaycan 



gəncləri” qəzeti, 

22.03.1975 

   



Ömrün etməyəcək vəfa dedilər 

 

275



 

SAZ HƏVƏSKARLARI QRUPU 

 

Son illərdə aşıq musiqisinə, klassik aşıq poeziyasına daha 



çox qayğı göstərilir. Radio dalğalarında, müxtəlif konsert salon-

larında aşıq musiqisindən ibarət konsertlərin təşkili, eyni za-

manda müxtəlif dövrlərdə yaşamış ustad sənətkarların ədəbi ir-

sinin toplanması, nəşri və tədqiqi bu qayğının parlaq təzahürü-

dür. Bütün bunların nəticəsidir ki, milli musiqimizin bu növünə 

həvəs


 

gündən-günə artır, klassik ənənələrə sadiq qalmaqla, onun 

inkişafına daha çox səy göstərilir. 

Təəccüblü deyildir ki, söz sənətinin  əsrlər boyu yaşama-

sında ustad aşıqların böyük rolu olmuşdur. Bu ustadlar sənətin 

nəsildən-nəsilə keçməsi və inkişafı xatirinə bir və ya bir neçə 

şagird yetişdirmişlər. Etiraf etmək lazımdır ki, bunlar ancaq fər-

di şəkildə olmuşdur. 

Bəs müasir şəraitdə saz sənətinə, aşıq musiqisinə yiyələ-

nənlərin sayını artırmaq, başqa sözlə desək, bu işi kütləvi şəklə 

salmaq mümkün olmazmı? 

Bu sual uzun müddət idi ki, respublikamızın Əməkdar mə-

dəniyyət işçisi, tələbələrin və gənclərin VI Ümumdünya festiva-

lının lautreatı aşıq Əkbər Cəfərova rahatlıq vermirdi. Gecə-gün-

düz bu haqda fikirləşir, ölçüb-biçir, müxtəlif yollar axtarırdı. 

Nəhayət, bir gün Tovuz Rayon Xalq Maarif Şöbəsinə gəlib fik-

rini Qara Sultanov yoldaşa bildirdi. Xeyli söhbətdən sonra Qara 

müəllim Bozalqanlı  kənd orta məktəbinin nəzdində saz həvəs-

karları qrupunun açılmasına icazə verdi. Məşğələləri aparmaq 

üçün Əkbər Cəfərov müəllim təyin olundu. 




Aydın Çobanoğlu 

 

 



276

Az müddət ərzində 18 nəfərdən ibarət qrup təşkil olundu 

və 1975-ci il sentyabr ayının 1-dən etibarən dərsdən kənar vaxt-

larda (müəyyən olunmuş  cədvəl və plan üzrə) ilk məşğələlər 

başlandı. Respublikamızda məktəb şəraitində ilk saz həvəskar-

ları sinfi belə yarandı. Əlbəttə, belə bir sinfin aşıq Hüseyn Bo-

zalqanlı, Xəyyat Mirzə, Şair Vəli və başqaları kimi ustad sənət-

karlar yetirmiş bir kənddə yaranması sevindirici haldır. 

Bu günlərdə qrupun rəhbəri aşıq Əkbər Cəfərovla görüşüb 

söhbət etdik. O dedi ki, cəmi altı-yeddi ay keçməsinə baxmaya-

raq, artıq şagirdlər “Şahsevəni”, “Gəraylı”, “Baş sarıtel”, “Ayaq 

sarıtel”, “Azərbaycan” havalarını sərbəst çalıb-oxuya bilirlər. 

Yeri gəlmişkən qeyd edək ki, həmin qrupun üzvlərindən 

üç nəfəri – Azər Hacıyev, Zöhrab Məmmədov və Nazim Məm-

mədov Azərbaycan paytaxtında keçirilən Ümumittifaq uşaq ki-

tab həftəsinin açılışına dəvət olunmuşdu. Dzerjinski adına klub-

da “balaca aşıqlar”ın ifa

 

etdikləri



 

aşıq


 

Mirzə


 

Bayramovun “Azər-

baycan” mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. 

Maarif şöbəsinin müdiri ilə görüşərkən o dedi: 

– Aşıq Əkbərin irəli sürdüyü bu təşəbbüs qiymətlidir. Mu-

siqi məktəblərinin açılması hələlik mümkün olmayan kəndləri-

mizdə belə qrupları təşkil etmək çox faydalıdır.

 

Bozalqanlı mək-



təbində yaradılmış bu qrup ilk təcrübədir. Söz yox ki, bu təc-

rübədən gələcəkdə daha səmərəli istifadə etməklə eyni zamanda 

şagirdlərdə  şifahi xalq ədəbiyyatı barədə müəyyən təəssürat 

yaratmaq olar. 

   

 

 



 

 

 



“Sovet kəndi” 

qəzeti, 17.04.1976 

 


Ömrün etməyəcək vəfa dedilər 

 

277



 

DİQQƏTSİZLİK YOXSA… 

 

Oxucudan məktub gəlib 

 

El ədəbiyyatı nümunələrinin toplanıb camaata çatdırılma-



sının nə qədər faydalı olduğu hamıya aydındır. Bu da bəllidir ki, 

Azərbaycanda son zamanlar bu əvəzsiz sənət inciləri daha geniş 

miqyasda təbliğ olunmağa başlamışdır.

 

S.Mümtaz,



 

V.Xuluflu, 

H.Əlizadə,

 

həmçinin H.Araslı, M.H.Təhmasib,



 

Ə.Axundov və 

başqa tədqiqatçı alimlərimiz ömürlərini bu işə həsr etmişlər. 

Son bir neçə ildə Azərbaycan radiosunun “Bulaq” veriliş-

lərində, qəzet və jurnallarımızın səhifələrində, nəşriyyat planla-

rımızda el ədəbiyyatı nümunələrinə yer verilməsi xalq yaradıcı-

lığına böyük qayğının, diqqətin nəticəsidir. 

“Gənclik” nəşriyyatının “Ustad aşıqlar” silsiləsindən ki-

tablar nəşr etməsi də belə qayğının təzahürü kimi qiymətləndi-

rilməlidir. Nəşriyyat bu günlərdə Usta Abdullanın “Şeirlər” ki-

tabını da həmin silsilədən çap etmişdir. Kitabı böyük həvəs və 

maraqla vərəqlədim. Lakin bu məsul işə tərtibçi Rəşid Mehdi-

yevin, kitabın redaktorları Hüseyn Hüseynzadənin, Vaqif Nəsi-

bin soyuq münasibətinə təəssüflənməli oldum. 

Tərtibçi yuxarıda adlarını  çəkdiyim alimlərimizin el ədə-

biyyatını toplamaq sahəsində zəngin təcrübəsinə əsaslanmamış, 

şeirləri saf-çürük etməmiş, nəşriyyatı və oxucuları pis vəziyyət-

də qoymuşdur. Kitabda gedən bir sıra  şeirlər Usta Abdullanın 

yox, ayrı-ayrı müəlliflərindir. Faktlara müraciət edək: Kitabın 

13-cü səhifəsində verilən “Gəlirəm mən” başlıqlı  gəraylı “Ab-

dulla və Cahan” dastanının qəhramanı Aşıq Abdullanındır. Hə-

min  şeir Səttar Axundovun tərtibi, professor Həmid Araslının 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə