Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə44/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   40   41   42   43   44   45   46   47   ...   92

Aydın Çobanoğlu 

 

 



256

lər – Afitab xanımla və Bijan Azəri ilə tanış oldum. Maraqlı şə-

killər çəkdirdik. 

 

19.07.1989 

 

Tezdən aeroporta gəldik. Bir həftədi bizdən ayrılmayan 



dostumuz Xalid Doğruəl yenə bizimlədir. Ayrılıq dəmi gəlir

gözlər nəmlənir. Qucaqlaşıb ayrılırıq. Yeni görüşlərədək. 

Stokholm-Moskva-Bakı. 



















Ömrün etməyəcək vəfa dedilər 

 

257



 

 

 



TÜRKİYƏ SƏFƏRİ 

 

24.09.1991 

 

Bu artıq ikinci gəlişimdi. Konya Aşıqlar Bayramına dəvət-

liyəm. Fəqət, dəvətlər çoxdan göndərilsə də, bizə beş gün əvvəl 

yetişdiyinə

 

görə hər işi kosmik sürətlə görürük; H.Arif, M.İsma-



yıl və mən. Viza üçün Moskvaya getməli oldum. Ümumiyyətlə

bu işin düzəlməsi ağlasığmaz bir söhbət idi. Şükür Allaha və 

dostların adına! Ən çətin anda bilet düzəldi. Getdim bir günə vi-

za hazırlatdım. Gələrkən Bakı uçağımızı qəbul etmədi. Maxaç-

qalaya endik. Xülasə, çox üzüntülükdən sonra indi sərhəddi 

keçdik. Burda da əngəlsiz deyilik. Sazı buraxmırdılar. Yaxşı ki, 

türk arkadaşlarımız varmış. Bizi Aşıq Üzeyir Pünhani (73 ya-

şında) qarşılayır. Üç gündür burada yolumuzu gözləyir. Eşq ol-

sun! Dedi ki, vallahi, dünyanı dağıdardım. Ehsan bəyin köməyi 

ilə bizi Konyaya gətirir. O zaman qəlbimdə bu misralar dolanır: 

 

Tanış olduq, yanaq üzə söykəndi



Mən də türkəm, türk oğluyam, ustadım. 

Gəncliyimdən meyil saldım sənətə, 

Saza-sözə çox bağlıyam, ustadım. 

 

İlham alıb bir qənirsiz sənəmdən, 



Eşqin oxu yol salıbdı sinəmdən. 

Dönəmmərik nə sənəmdən, nə səndən

Sən odsan, mən od oğluyam, ustadım. 

 

Bu dünyanın əzəli var, sonu var,



 

Çobanoğlu qəlbi gözdən oxuyar. 

İsmin Pünhanidi, qəlbin aşikar, 

Bu görüşdən çox mutluyam, ustadım. 




Aydın Çobanoğlu 

 

 



258

25.09.1991 

 

Çox şükür ki, sağ və salamat Konyaya çatmışıq. Gəlişimi-

zi gözləyirdilər. Hələ Bakıdan tanış olduğumuz Nəcati bəylə 

görüşdük. Bizi “DSİ” otelinə apardılar. 

Adlarını eşidib, üzünü görmədiyim aşıq Murat Çobanoğlu, 

Şərəf Taşlıova, Yaşar Reyhani, Mürsəl Sinan, Maqsud Koca, İs-

mayıl Azəri, Nuru Şahinoğlu, Musa Mərdanoğlu, Mehmet Yıl-

maz, İmami Qul Mustafa, Ərol Şahin və bir çoxları ilə yaddaqa-

lan günlər yaşayırıq. 

Bayram beş gün davam edir. Günlərin necə gəlib-keçdiyi-

ni duymursan. Ömrə-günə yazılan günlərdir. 

Konya Turizm və Kültür dərnəyi başkanı sayın Feyzi Ha-

lıcı çox gözəl insan, incəqəlbli şairdir. 

Doktor Şükrü bəy yaddaşımda ömürlük qalacaq. 

 

26-27.09.1991 

 

Şəhər valisi konsertlərdə bizi dinləməyə xüsusi olaraq gəl-

mişdi. Onun şeir, sənət haqda düşüncələri, Konyanın gələcəyi 

naminə gördükləri işlər adamı heyran edir. 

Mövlana bağçasını gəzərkən elə buradaca Konyada Aşıq-

lar Qəhvəsi açacağına söz verdi vali Necati Çetinkaya. 

Konyada Aşıqlar Bayramının keçirilməsinə  hərə bir cür 

kömək göstərir. Vali bəy Atatürkün şəkli olan qızıl nişanları ba-

ğışladı,

 

qardaşı isə bütün aşıqlara kostyum



 

tikdirdi.

 

Konya “Kon-



tur” avtobus şirkəti ölkənin hər yerindən gəlmiş aşıqları öz ev-

lərinə pulsuz-parasız göndərməyi boynuna aldı. 

 

28.09.1991 

 

Bayramın bağlanışı Türkiyə Cümhuriyyətinin elan edilmə-

sinin 67-ci ildönümü ilə (29.09.1991) üs-üstə düşdü. Son kon-

sert  əvvəlkilərdən daha şən keçdi. Altı türk aşığı Azərbaycan 

Aşıqlar Birliyinə üzv qəbul edildi. Onlar

 

Azərbaycana



 

dəvət edi-

ləcəklər. 



Ömrün etməyəcək vəfa dedilər 

 

259



 

 

 



 

 

 



 

 

 



 

 

 



UNUDULMAZ  

GÞRÖØLßR 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə