Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə42/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   38   39   40   41   42   43   44   45   ...   92

Aydın Çobanoğlu 

 

 



248

Ölüncə çıxmaz yadımdan, 

  

 

Dadı getməz dəhanımdan. 



  

 

Adımı aldım adından, 



  

 

Bizə zaval yoxdu, ata! 



  

 

Baxşı ata, Baxşı ata!



 

 

Nəhayət,



 

ucsuz-bucaqsız

 

 

səhranın



 

qoynunda


 

çox


 

qədim “Di-

yari-Bəkir

 

qalası”



 

xarabalığından

 

4 km.


 

aralıda


 

yerləşən


 

qoşa gün-

bəzli “Aşıq Aydın” pirinə çatırıq. 

Dədə Qorqudumuzun yadigarı kimi, uzun

 

müddət


 

xalq ara-

sında çalıb-çağıran,

 

qoşqular söyləyən bu əcaib aşığın pirə



 

dön-


məsi

 

 



məni

 

hədsiz



 

sevindirir.

 

Ziyarət


 

edib,


 

azca


 

kənarda – ulğun 

ağaclarının kölgəsində bir az dincəlirik, çalıb-oxuyub yenidən 

uzun yolu Xivaya qayıdırıq. 

Ev sahiblərinin təkidinə baxmayaraq mehmanxanaya gəli-

rəm. Səhərə işlərimiz çoxdur. Dincəlmək lazımdır. 

 

31.05.1989 

 

Mədəniyyət  şöbə  rəisi Dövlətnəzər Yusupov gəlir. Plan 

üzrə Urqencə getməliyəm. Lakin RPK-nın katibinin xahişi ilə 

musiqi


 

məktəbinin

 

müəllimi


 

Abdulla


 

Cümənəzərovun

 

60

 



illik yu-

bileyində iştirak etdim. Xarakterik, yaddaqalan görüş oldu.

 

Vi-


deolentə aldılar.

 

Məndən



 

Xarəzm televiziyası üçün

 

müsahibə gö-



türdülər.

 

Təntənə axşam Abdulla əkənin evində



 

davam


  

etdi. Nar-

billə görüşdük, papaq üçün dəri axtardıq. Birtəhər tapdıq. 

 

01.06.1989 



 

Daşkəndə bilet alıblar. Məni maşınla Urqenc aeroportuna 

Dövlətnəzər Yusupov aparır. Xudahafizləşib ayrılırıq. Daşkən-

də yerə enib Mədəniyyət  İnstitutuna Məlik Muradovun yanına 




Ömrün etməyəcək vəfa dedilər 

 

249



gəlirəm. Sevincək qarşılayır. Müəllimlər yığılır, tanış oluruq. 

Kiçik bir görüş keçiririk. 

 

   


 

 

 



 

 

01-05.06.1989 



 

Daşkənd Konservatoriyasında və Mədəniyyət İnstitutunda 

mənimlə görüşlər keçirildi. Təşkilatçılar Məlik Muradov və 

F.M.Karamatovdur. Məlik ağanın evində Surxandəryalı baxşı-

şair  Şaydulla ilə tanış olduq. Cavan, çevik, istiqanlı  oğlandır. 

Məni çox çətinliklə olsa da Daşkənd-Krasnovodsk qatarı ilə yo-

la saldı. İyunun 8-də Bakıya çatdım. 

Bununla da Çobanoğlunun Xarəzm səfəri başa çatdı. Mə-

dəniyyət Nazirinin müavini R.N.Nişanovadan aldığım razılıq 

məktubu  əsasında Xarəzm vilayətinə 15-30 avqustda konsertə 

gedəcəyik. 

   


 

 

 



 

 

 



 


Aydın Çobanoğlu 

 

 



250

 

 



QARABAĞDA SAZ GÜNLƏRİ 

 

10.07.1989 

 

Yevlax


 

 



Bərdə

 



 

Ağdam


 

 



Şuşa. Marşrutumuz belədir, in-

şallah! 


İlk görüşə Qarabağın qapısı Yevlaxdan başlayırıq. İliç adı-

na kolxozun qabaqcıl briqadiri Qiyafət  İsmayılovanın briqada-

sında zəhmətkeşlərlə görüşümüz yaddaşlardan silinməz.  Ətraf 

briqadaların üzvləri, onlara köməyə  gəlmiş  məktəbli balalar 

Xalq şairi Hüseyn Arifin, aşıq Murad Niyazlının, Abbas Musa-

xanoğlunun, yerli aşıq Qafarın və  mənim çıxışlarımı alqışlarla 

qarşıladılar. Layiqli ziyafətdən sonra dostlarla xudahafizləşib 

Ağdama yola düşürük. 

 

09.09.1989 

 

Gülablı  kəndi. 10.30-da Gülablıda sanatoriyaya gəlmişik. 

“Gülablı” sanatoriyasında “Valeh sorağındayıq”. Hüseyn Arif, 

aşıq Murad Niyazlı və balabançı Əfsər Əbdürrəhmanovla. Əv-

vəllər də Aşıq Valehlə maraqlanmışıq, lakin dərinə getməmişik. 

Gülablı qəbiristanlığında Aşıq Valehlə Zərnigarın qoşa qə-

birini ziyarət etdik. İndi müsahibimiz XVIII əsrin görkəmli us-

tad şair-aşığı Valehin nəvəsi aşıq Xaspolad Mirzəliyev və Əziz-

xan Əliyevdir. Valeh və Zərnigarın qəbirlərinin üstü götürülmüş, 

qara mərmərdə təxmini şəkilləri həkk olunub, ağ mərmərlə ha-

şiyələnmişdi. 

Aşıq Valeh 1730-1823. İbn Məhəmməd (Kərbəlayi Səfi). 

Zərnigar binti Süleyman. 

Haşiyə 1. İndi sanatoriyada heç kim yoxdur. Bir neçə gün 

bundan  əvvəl bir nəfər ovçu Əbil Abbasov Abdal meşəsindən 




Ömrün etməyəcək vəfa dedilər 

 

251



yoxa çıxıb. Güman ki, meşəyə doluşmuş qarasaqqallılar aparıb-

lar. Nə qəm, əvəzində bizim cavanlar bir erməni (horovlu) tut-

muşdular. Yeddi gün saxlayıb buraxıblar. 

Haşiyə 2. Bir molla yolla gedəndə görür ki, bir çoban aya-

ğı çarıqlı namaz qılır. Soruşur ki, ay çoban, axı ayağı çarıqlı na-

maz qılmazlar! Çoban deyir ki, yolunla gedə bilmirsən? Molla 

Kərim belə öyrədib, belə  də  qılıram. Həmin molla Molla Kə-

rimin evinə gedir. Salam-kalamdan sonra deyir: “Ay Molla Kə-

rim, indi də özündən şəriyət çıxartmısan, çobana niyə demisən 

ki, namazı ayağıçarıqlı qıl?!” Molla Kərim deyir: “Ayə, rəhmət-

liyin oğlu, neçə ildi əlləşib hələ indi çarıqlı namazı qılmağı boy-

nuna qoymuşam. Fərasətin var, get, çarığını da sən çıxart”. Aşıq 

Xaspoladın bu sözlərinə gülsək də, içindəki dərin məna bizi 

xeyli düşündürdü. 

... Bizə indiyə  qədər Valehin Dərbənd səfəri məlum idi. 

Lakin onun Şuşa, Şahsevən səfəri barədə məlumatımız yox idi. 

Aşıq Xaspolad Valehin Şahsevən səfərini danışır,

 

lentə alı-



rıq. Naxçıvanlı aşıq Süleyman Gülablıda Ustad Səmədlə deyiş-

məyə gələn vaxtı Valeh yaylaqda olub. 

Ustad-şagird münasibəti həmişə maraqlı cəhət olub. Valeh 

– Ustad Səməd münasibəti örnəkdir. O, dəfələrlə ustadının adını 

fərəhlə çəkir, onun kamalına, elminə, insanlığına vurğunluğunu 

bildirir. 



Qeyd:  Aşıq  şeirində ustad-şagird  ənənəsi (şagirdlərin 

ustadlar haqqında fikirləri); 

Aşıq şeirində əxlaq.  

Hər iki mövzunu işləmək. 

... Əzizxan Abbasqulu oğlu Əliyev (1906-cı ildə vala yazı-

lıb Varşavada). Aşıq Abbasqulunun oğlu, Valehin nəticəsi ilə 

tanış olduq. 



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə