Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə43/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   39   40   41   42   43   44   45   46   ...   92

Aydın Çobanoğlu 

 

 



252

Aşıq Valehin xatirə gününü keçirdik. Qərara alındı ki, 

“Qarabağda Aşıq Valeh günləri” keçirilsin. 

Şuşaya getmək mümkün olmadı  və  cəhd etmək də lazım 

bilinmədi. Birinci katib A.Quliyevlə prokuror Z.Məmmədovla, 

DİN-in nazir müavini N.Yusifovla Ağdamda görüşdük. Bir ca-

van oğlan dedi ki, Hüseyn müəllim, indi alçaqlar vertalyota da 

güllə atırlar. Allah eləməsin, sizə bir daş dəysə bütöv Qarabağı 

saxlamaq olmaz, müharibə qopar. 

Neyləmək, təəssüf hissi keçirərək Bərdəyə döndük. 

 

10.09.1989 

 

Səhər tezdən balabançı  Əfsər  Əbdürrəhmanovun evindən 



qalxıb qərərgaha gəlirik. Rayon rəhbərliyi ilə görüşüb işimizi 

planlaşdırırıq. 

Günorta “Moskva” kolxozunda Şəmil Mehdiyevin briqa-

dasının tarla düşərgəsinə gəlirik. Bizim burada olduğumuzu eşi-

dib, rayonda əmək semesterində olan hüquq fakültəsinin I kurs 

tələbələri yığışıb gəliblər. Bir azdan pambıqçılar gələcək. Bizi 

RK-nın təbliğat-təşviqat  şöbəsinin müdiri Vahid Qarayev mü-

şaiyət edir. Sanki jurnalist dəqiqliyi ilə Ərzurum səfərindən bu 

yaxınlarda dönmüş aşıq Murad Niyazlıya suallar verir. Xatirələr 

çözələnir. Kolxozun sədri Hüseyn Ağayevin şair qəlbi ipək yu-

maq kimi açılır. Sazın o qədər də geniş yayılmadığı bir region-

da qoşma həvəsli adamlar kəşf edirik. 

Axşam Kolayır kənd Mədəniyyət Evində yenə  kənd zəh-

mətkeşləri ilə görüşürük. Ağır fiziki işdən yorğun gəlmiş cama-

at çox yüksək tamaşaçı mədəniyyəti ilə bizə qulaq asırlar. 

Bizdən icazə alıb bir cavana söz verdilər. Səyyad Xəlilov 

zootexnikdir. Onun incə barmaqları var. Yaxşı saz çalır. İnkişaf 

etdirsə, davam etdirsə gözəl nəticə verər. Bu o deməkdir ki, bu-




Ömrün etməyəcək vəfa dedilər 

 

253



rada sazın hardasa kül altda qalmış közləri var. Zənnimizdə ya-

nılmamışıq. Bizi tanış edirlər: El ağsaqqalı Qüdrət Tağıyev. 30 

ildən çox briqadir işləyib, amma sazdan, tardan ayrılmayıb. İndi 

də Kolayıra gəldiyimizi eşidib Sərkarlar kəndindən gəlib. Kon-

sertdən sonra bizi evinə  dəvət edir. H.Arif, M.Niyazlı,  Ə.Əb-

dürrəhmanov və  mən V.Qarayevlə, H.Aslanov adına kolxozun 

sədri Vahid Quliyevlə birlikdə Qüdrət kişinin evinə, süfrəsi ba-

şına yığışırıq. 

Söhbət yenə xalqı narahat edən məsələlərdən gedir. Şairi 

qınayırlar

 

ki,


 

yazırsınız,

 

amma


 

yazdıqlarınıza

 

əməl


 

etmirsiniz. 

Dediyinizin arxasında dura bilmirsinizsə, niyə deyirsiniz ki; 

 

– Çox leşkər başını leş etdi, getdi, 



Adını tarixə nəqş etdi, getdi. 

O bizə bir Şuşa bəxş etdi getdi, 

Biz ona bir heykəl qoya bilmədik?! 

 

Göyçə mühitinin təsiri bu



 

yerlərə


 

çox olub.

 

Aşıq


 

Talıb, Aşıq 

Ağayar, Növrəs İman, Aşıq Nabat və b.

 

elin



 

sevimlisi olublar. 

Məclisimiz səhər saat 4-ə qədər davam edir.

 

Dincimizi alıb 



xoş arzularla Qüdrət kişinin ailəsi, ocağı ilə görüşüb ayrılırıq. 

  


Aydın Çobanoğlu 

 

 



254

 

İSVEÇ SƏFƏRİ 

 

İsveçə  səfərə  çıxıram. Neçə vaxtdan bəri alçaqlar qanımı 



qaraltmışdılar, torpağa görə. (Yaşayış üçün Mehdiabad qəsəbə-

sində verilən torpaq ərazisi nəzərdə tutulur. Red.) Yaxşı ki, bi-

rinci katibin qəbulunda oldum. Əhvalım yaxşıdır. Uşaqlarımla 

və yoldaşımla görüşüb aeroporta gəlirəm. Burada müğənni Ca-

nəli  Əkbərov, tarzən Vamiq Məmmədəliyev, kamança ustası 

Elman Bədəlov, qarmonçalan Vaqif Əsədovla görüşüb Moskva-

ya uçuruq. Bəxtimizdən yoldaşlarımızın hamısı yaxşı oğlanlar-

dır. Rəhbərimiz Qurbanov Furman Əli oğludur. “Dostluq cə-

miyyəti”nin sədr müavinidir. 

 

11.07.1989 

 

Müəyyən


 

səbəb


 

olduğundan

 

“Şermetyev-2”-



 

də iki saat

 

lən-


gisək də Stokholma bir saat əlli dəqiqəyə uçuruq. Aeroportda 

bizi azərbaycanlı Möhsün bəy Kərimi, Xosrov və İsmayıl qar-

daşları və sonuncunun həyat yoldaşı Qumru xanım qarşılayırlar. 

Özləri


 

eşidib


 

gəliblər.

 

Bu bizim əhval-ruhiyyəmizi xeyli yaxşı-



laşdırdı. Görüşürük, həsrətlilər qovuşan kimi. Urmiyadan gəlib-

lər.


 

Bizdən əvvəl

 

burada olmuş



 

Baba


 

Mahmudoğlu,

 

Səkinə


 

İsma-


yılova, Həmid Vəkilov haqda ürəkdolusu danışırlar. 

Bizi dəmiryol vağzalına qədər ötürdülər. Biz tələsik Falun 

şəhərinə getməliydik. Qatardan onları sazla və Canəlinin səsi ilə 

“Qarabağ şikəstəsi”nin sədalarıyla salamlayırıq. Qatar tərpənir, 

ayrılırıq. Nə qəm, sabah Faluna qədər! 

Falun şəhəri. 

11-16.07.1989 

 

Bu şəhər irili-xırdalı xeyli göllərlə əhatə olunmuş çox da 

böyük olmayan, lakin çox gözəl bir şəhərdir. Festivallar şəhəri-

dir. Burada ildə bir neçə dəfə beynəlxalq əhəmiyyətli musiqi və 




Ömrün etməyəcək vəfa dedilər 

 

255



digər incəsənət festivalları keçirilir. “Festival mərkəzi” adlanan 

böyük bir bina özünün qırx yerlik konsert salonu, kafe və resto-

ranları ilə birlikdə bu işə xidmət edir. Bizim ilk konsertimiz fes-

tivalın açılışı oldu. Açılış “Kristinhallen” konsert salonunda keçi-

rildi. Biz burada bir çox türk və azərbaycanlı uşaqlarla görüşdük. 

Xeyli dərd-sərlərindən söhbət etdilər. Gözəl musiqiçilər olan Ziya 

Aytəkin və Edib bizi “Azərbaycan” mahnısı ilə qarşıladı. “Baq-

masternhotel”də qaldıq. Yüksək səviyyədə keçən konsertlərimiz 

həddən artıq yaxşı qarşılandı. 

“Kristinhallen”də üç konsert verdik. İsveç televiziyası ilə 

müsahibə alındı. Radio bir konsertimizi, televiziya isə digər 

konsertimizi yazıya aldı. 

Bu ölkədə diqqətimizi cəlb edən əsas məsələlərdən biri qa-

tarda Stokholmdan Faluna gələrkən “vaxtı öldürmək üçün” ça-

lıb-oxumağımızın qatar bələdçisi tərəfindən maraqla qarşılan-

ması oldu. Bundan bir neçə dəqiqə sonra qatar boyu elan eşidil-

di: “5-ci vaqonda Azərbaycandan gəlmiş xalq musiqiçiləri ça-

lıb-oxuyurlar. Maraqlı musiqidir. Qulaq asmağa tələsin”. Heç 

beş dəqiqə keçməmiş vaqonda tərpənmək olmurdu. 

Stokholmda bizi Azərbaycan Kültür Əncüməninin nüma-

yəndələri qarşıladılar. Gözləmədiyimiz bir xəbərdən sarsıldıq: 

İsmayılın və Xosrovun siyasətçi qardaşına Fransada qəsd edil-

mişdi. O, qətlə yetirilmişdi. Stokholm Mədəniyyət evindəki 

konsertdən əvvəl Xosrovgilə başsağlığı verməyə getdik. 

Konsertimiz 16 iyul saat 17-də başladı. Tamaşaçıların tər-

kibi müxtəlif idi. İsveçlər, farslar, türklər, ərəblər, azərbaycanlı-

lar.

 

Tamaşaçılar bizi



 

çox diqqətlə

 

dinləyir və



 

gözəl


        

qarşılayırdılar. 

Ertəsi gün konsertdən əvvəl şəhəri gəzdik, alacağımızı al-

dıq.


 

Nahar edib,

 

Azərbaycan Kültür Əncüməni üzvləri üçün kon-



sert verdik.

 

Videolentə alındıq.



 

Konserti əvvəldən axıra mən ida-

rə etdim. Şirin, yaddaqalımlı bir konsert oldu. Orada müğənni-



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə