Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə41/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   37   38   39   40   41   42   43   44   ...   92

Aydın Çobanoğlu 

 

 



244

 

ÖZBƏKİSTAN SƏFƏRİ 



XARƏZM VİLAYƏTİ, XİVA şəhəri 

 

27.05.1989  

 

Görkəmli özbək baxşısı Bala-Baxşı Abdullayevin 90 illi-



yini elliklə bayram edirlər. Dəvət olunmuşam. Təyyarə elə vaxt 

yerə endi ki, təntənəli yubiley görüşünə iki saat gecikdim. Buna 

baxmayaraq, daha iki saat iştirak edə bildim. Elə səhnədəcə ilk 

görüşdüyüm ikinci katib Nadirbəy Atacanov, professor Məlik 

Muradov, Gövhərxanım Rəhimova, professor Ağanəzər Mədfə-

ximov, Xivanın demək olar ki, bütün ağsaqqalları, Türkmənis-

tan və Tacikistandan gələn qonaqlar öz sözlərini demişdilər. 

Mən el ağsaqqalı, gözəl sənətkar Bala-Baxşını Azərbaycan xal-

qı, Azərbaycan aşıqları, Xalq şairi Hüseyn Arifin adından təbrik 

edib, Daşhavuz–Xiva yolunda yazdığım şeiri söylədim. İrəlicə-

dən planlaşdırdığımız kimi onu Birliyimizin fəxri üzvlüyünə 

qəbul edib, döş nişanını və hədiyyəni verdim. 

 

Azəri elindən 90 yaşına 



Gəlmişəm deməyə söz, Bala-Baxşı! 

Çox şükür, görürəm, sənət mülkünə 

Qoyubsan əbədi iz, Bala-Baxşı! 

 

İstəmə bir özgə dövləti, varı, 



İgid oğlanlardı ömrünün barı. 

Narbiynən Yetmişboy çalanda tarı, 

Gözəl qarşıladıq biz, Bala-Baxşı! 

 

Çobanoğlu bu ellərə vuruldu, 



Telli sazı sinəsində quruldu. 


Ömrün etməyəcək vəfa dedilər 

 

245



Dost yolunda, demək olmaz, yoruldu, 

90 azdı, görək 100, Bala-Baxşı! 

 

Daha sonra şənlik Bala-Baxşının evində gecə 1-ə  qədər 



davam etdi. 

 

28.05.1989 



 

Ertəsi gün Xiva şəhərində Bala-Baxşının 90 illiyinə  həsr 

olunmuş folklor bayramına gəldik. “İçən-kala” (İçərişəhər) 

önündə folklor bayramının açılışı oldu. Eyni ilə bizim “İçərişə-

hər”i xatırladır. Xalqlar arasında doğmalıq, dildəki oxşarlıq, gö-

rünür, memarlığa da sirayət edib. “İçən-kala”da beş yerdə səs-

gücləndiricilər qurulub. Müxtəlif özfəaliyyət kollektivləri iste-

dadlarını nümayiş etdirirlər. Maraqlıdır ki, bu kollektivlərdə 90-

100 yaşlı qocalar da cavanlıq həvəsi ilə oynayırlar. Könül açan 

kollektivlədən biri də Urqenç rayon Mədəniyyət Evinin “Şahsə-

nəm” xalq etnoqrafik folklor mahnı  və  rəqs ansamblıdı. Bədii 

rəhbəri Roza Adambayevadır. Özbəkistan SSR Xalq artisti 

Gövhər xanım Rəhimova özünü saxlaya bilmir, həvəslə rəqslərə 

qoşulur. “Arazbam” və “Dastan” folklor-etnoqrofik ansamblları 

öz məharətlərini göstərirlər.  

Bayramda çıxışlarım xoşlanılır və məni “Şahsənəm” kol-

lektivi Yanşarıx rayonunun “Moskva” kolxozuna (Çıkarçı qışla-

ğı) toya dəvət edirlər. Etiraz etmirəm. Hər elin bir adəti olar, 

görmək, eşitmək pis olmaz. 

Bir xeyli dincəldik (dəm aldıq). Axşam saat 7-də toy baş-

lanır. Başkaruçu (toy bəyi) bəylə gəlinə öz xeyir-duasını verir. 

150-200 metrlik bir ərazidə stollar düzülüb. Qışlağın əsas yolu 

bağlanıb. Həyətə bu qədər adamı sığışdırmaq olmaz. Bəylə gəli-



Aydın Çobanoğlu 

 

 



246

ni dörd nəfər kəlağayı altında gətirir. Hamının yanından keçirir-

lər. Sanki qonaqlara, – sağ olun, xoş gəlmisiniz, – deyirlər. 

Başqa toylardan fərqli olaraq bura bir neçə dəstə çalğıçı da 

dəvət olunub. Bizim Bakı toyları kimi növbə ilə hamı oxuyur. 

Mənə də söz verilir. Təbrik edib onları Azərbaycan mahnı  çə-

ləngi ilə salamlayıram. Çox sakit və  səssiz qulaq asırlar. Həd-

dən artıq bizim mahnılara vurğundurlar. 

Gecə saat 12-də meydana pəhləvanlar gəlir. Əsil güləş ge-

dir. Çətin mübarizədə pəhləvanlardan biri qalib gəlir və ona ev 

sahibi bir qara qoç bağışlayır. 1500-dən artıq adam bu toyda iş-

tirak edir.  

Meydana ikinci pəhləvan dəstəsi çıxır. Güləşənlər əsil id-

man ustasıdırlar. Yenə qalibə hədiyyə verilir. Qonaqlar pul ve-

rirlər. 

Toyun musiqiçiləri ilə ünvanlaşırıq. 

 

29.05.1989 

 

Gecəni Ulu bəyin evində qalıb, səhər tezdən Xivaya qayı-

dıram. Usta Baxşı ilə, onun oğulları ilə birlikdə Xivadan 260 

km. aralıda yerləşən “Aşıq Aydın” pirinə ziyarətə getməliyik.

 

“Xarəzm” mehmanxanasında mənim üçün ayrılmış otaqda 



dincəlirəm. 

Axşam saat 10.20-də  məni oyadırlar. Prof. M.Muradov, 

şəhər mədəniyyət bölümünün rəisi Dövlətnəzər Yusupov, Xiva 

kolxozunun rəisi Mətmuradov gəlmişlər. Şam yeməyini

 

Mətmu-


radovun evində yeyib,

 

bir qədər söhbətləşdikdən sonra



 

mehman-


xanaya gəlib dincəlirəm. 


Ömrün etməyəcək vəfa dedilər 

 

247



30.05.1989 

 

“Aşıq Aydın” pirinə ziyarətə yollanırıq. Məni çəkib apa-

ran aşığın pirə çevrilməsi, belə bir ulu ziyarətgaha dönməsidir. 

Əvvəllər Xarəzm respublikasına baxan bu yerlər indi bölünüb, 

yarı

 

Türkmənistana,



 

yarı


 

da

 



Xarəzm

 

vilayətinə



 

çevrilib.

 

Pir


 

də köh-


nə Urqenq rayonunun (Türk.

 

SSR) ərazisidir.



 

Qoşkopur,

 

Taşauz, 


Taxta və Leninsk rayon və şəhərlərindən ötüb getmək lazım gə-

lir. Maşın sahibi Məşrəb bəy, Bala-Baxşı ata, Narbəy, onun hə-

yat yoldaşı Məhəbbət xanım, oğlu Nadirbəy və

 

Maşranbəyin oğ-



lu dörd yaşlı Cövlanbəy söhbətləşə-söhbətləşə

 

gedirik.



 

Leninski-

də Baxşı atanın göstərişi ilə maşını bir evin qarşısında saxlayı-

rıq. Zarafatla soruşuram: – Pir buramı? Baxşı ata gülüb deyir ki, 

dost evi də pir kimidir. Düz 80 il dönmədən bu yerləri at belin-

də dolanıb avaz vermişəm (çalıb-oxumuşam). 

Xudahafizləşib qalxırıq. İndi maşını mən sürürəm.

 

Bəxtim-



dən yol çox xarabdı. Maşının isə amartizatorları yoxdur. Birdən 

maşın


 

çalaya


 

düşür,


 

Baxşı ata

 

“of”


 

deyib inildəyir.

 

Utanıram əziy-



yət verdiyim üçün. Lakin mənim günahım azdı bu işdə. Ona gö-

rə günahımı yumaq üçün maşındaca aşağıdakı şeiri söyləyirəm. 

Yarı özbək, yarı azəricə: 

 

  



 

– Halınızı düşünəmiz, 

   

 

Əziyyətin çoxdu, ata! 



   

 

Yollar yaman, maşın nasaz, 



   

 

Məndə günah yoxdu, ata! 



 

  

 



Xoş bir uğura varamız, 

   


 

Əcaib yerlər görəmiz. 

   

 

Şu “Aşıq Aydın” pirimiz, 



  

 

Yaman gözə oxdu, ata! 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə