Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə38/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   34   35   36   37   38   39   40   41   ...   92

Aydın Çobanoğlu 

 

 



232

Varanasi  şəhərləri, məhşur Qanqa və Camna çayları, Racistan 

mərmərindən tikilmiş, qiymətli daş-qaşlarla bəzədilmiş və dün-

ya memarlığının incisi sayılan, öz əzəməti ilə baxanı heyran 

edən Tac-Mahal məqbərəsi yaddaşımızda əbədi həkk olunub. 

Hindistanda çoxuşaqlılıq dəbdədir. Ən kasıb ailədə heç ol-

masa altı-yeddi uşaq var. Dolanışıq çətindir. Çörək pulunu qa-

zanmaq üçün bütün vasitələrdən istifadə edirlər. Kəlküttədə 

rastlaşdığımız mənzərə ürəyimi ağrıtdı. Küçə və bazarların qar-

şısında çoxlu ikitəkərli arabaya (rikşeyə) rast gəlmək olur. Qəri-

bə də olsa həmin arabaları at-ulaq yox, canlı insan dartır, qəpik-

quruş qazanmaq üçün hər şeyə dözürlər. Bizə də təklif etdilər. 

Amma, biz bunu özümüzə sığışdırmadıq. 

Deyir, bir gün bir igidin ömrüdür. Deməli, biz Hindistanda 

qırx

 

igid ömrü yaşamışıq. Bu müddətdə Hindistanda ən çox iş-



lənən söz və ifadələri öyrənə bilmişdim. Sonuncu konsertlər za-

manı hind dilində onlara müraciətlə  səmimi qarşılandığımız 

üçün minnətdar olduğumuzu bildirirdim... 

Yuxarıda qeyd etdim ki, doğma od-ocaq, doğma Azərbay-

can bir gün də olsa yadımdan çıxmırdı. “Gözəldir” rədifli qoş-

mam da elə vətənə bağlılıqdan yarandı. Həmin qoşmanı “Ovşa-

rı” saz havası üstündə bir neçə dəfə Hindstanın konsert salonla-

rında da ifa etmişəm. 

 

Mehman kimi Hindistana gəlmişik, 



Var bu yurdun öz cəlalı, gözəldir! 

Görən kimi doğma, əziz bilmişik, 

Əzəmətli Tac-Mahalı, gözəldir! 

 

Yeni Dehli Bakımızın qardaşı, 



“Qanqa” bəlkə xan Arazın göz yaşı?! 


Ömrün etməyəcək vəfa dedilər 

 

233



Varanəsi Gəncəmizin sirdaşı;  

Bəyənmişik bu mahalı, gözəldir! 

 

Çobanoğlu, qürbət hara, sən hara? 



Vurulmusan Vətən adlı bahara. 

Himalaydan əl elədim Qoşqara, 

Salamladım doğma eli, gözəldir!

 

 



   

 

 



 

 

04.01.1989 



 

Bu unudulmaz səfərimi tam vermək istəyirəm.  



 

29.09.1988 

 

Bu, həyatımın yeni bir səhifəsidir. Belə demək mümkün-



sə: “Aşıq Aydın Çobanoğlunun Hindistan səfəri”. 

Azərbaycan folklorunu təmsil edən on üç nəfərlik nüma-

yəndə heyəti, başda bəstəkar Həsən Adıgözəlzadə olmaqla, son, 

gərgin məşqlər gedir. 

Mənə ən çox zövq verən, bizim hamımıza – müğənnilər: – 

Səxavət Məmmədova, Ağaxan Abdullayevə, onları müşaiyət 

edən Fəxrəddin Dadaşov və Möhlət Müslümova, Dəvəçidən 

gəlmiş “Çıraqqala” zurnaçılarına – Nurağa, Əlibala və Omara, 

gözəl, cavan rəqqaslarımız Xoşqədəm Qasımov və Sona xanım, 

Ramiz Eynullayevə və mənə bir ana kimi, Azərb. SSR xalq ar-

tisti Əminə xanım Dilbazinin öz ürək sözləri, xeyir-duasını söy-

ləməsi oldu. Nazirliyin İdarə  Rəisi  Şamil Axundov da öz töv-

siyyələrini verdi. Doğma diyara böyük müvəffəqiyyətlərlə qa-

yıtmağımızı arzuladı. Son anda Əminə xanım – ağbirçək ana-

mız boynuma sarılıb üzümdən öpdü. Gözlərimdə dünya canlan-

dı; ana öz oğlunu uzaq – 40 günlük nağılvari səfərə yola salırdı. 




Aydın Çobanoğlu 

 

 



234

Anam xəstə, obam xəstə, 

Vətən xəstə, cahan xəstə, 

Nəbzim döyünür ahəstə-ahəstə, 

Könlüm oxuyur “Şikəstə”. 

  

 



 

 

Göy səma, Bakı-Moskva 

 

   


 

 

 



30.09.1988 

   


 

 

 



 

 

 



 

Mən təyyarədə Moskvaya uçarkən bu sətirləri yazırdım. 

Bədii rəhbərimiz öz kövrək hisslərini cilovlaya bilməyib bu və-

rəqin arxasında bir bənd şeir yazır. Onun bu şeiri yazmağa mə-

nəvi haqqı var. Deyə-gülə, yeyə-içə, zarafatlaşa-zarafatlaşa Do-

madedova aeroportuna yaxınlaşırıq. Xanəndə dostum Qaryağdı 

Qəhrəmanovu xatırlayıb, onunla bağlı əhvalatları yada salıb gü-

lüşürük. 

Həmin gün Moskvanın “Ukrayna” mehmanxanasında yer-

lərimizi tutub “OMİK”-in bağlı zalına məşqə  gəldik. Burada 

bütün kollektivlər festivalın rəhbərləri, rejissorları ilə görüşüb 

söhbət etdik. SSRİ Xalq artisti Şapovalov festivalın açılışı gü-

nünü məşq etdirdi. Biz I estradada çıxış edəcəyik. 

 

01.10.1988 



 

Qanımız möhkəm qaraldı. Məşq etdiyimiz yerdə xəbər ve-

dilər ki, bizim ayın 2-də uçmağımız nagümandır. Səbəbi? Gö-

rünməmiş hadisə – 400-dən yuxarı işin içindən bizim şəxsi işlə-

rimiz yoxa çıxmışdı. İki gün əsəbi gərginlik keçirdik. Sağ olsun 

Həsən Adıgözəlzadə, böyük igidlik göstərdi. Bakı ilə əlaqə sax-

layıb təzə sənədlər gətirtdi. Xülasə, bir günün (özü də bazar gü-



Ömrün etməyəcək vəfa dedilər 

 

235



nünün) içində hər şey qaydasına düşdü və biz axşamüstü saat 5-

də artıq, Şeremetyevo aeroportunda idik. 

 

02.10.1988 

 

Aeroportda Monqolustana uçan həmyerlilərimizi gördük. 

Mahnı və rəqs ansamblının üzvləri və rəhbərləri – bəstəkar Tel-

man Hacıyev, Maxay və Sevil xanım. 

Gözlənilmədən  şair dostum Sabir Rüstəmxanlı ilə görüş-

dük. Vaxtımız az idi. Bir-birimizə ürəyimizdən gələn xoş sözlər 

söylədik, uğurlar dilədik. Görüşüb, öpüşüb, ayrıldıq. 

Aşağı düşüb Səxavət, Möhlət, Fəxrəddin və Ağaxanla bir-

likdə “toqqanın altını yaxşıca bərkidib” “İL-86” hava laynerin-

də öz yerlərimizi tutduq. 

Moskva vaxtı ilə saat 4-də təyyarəmiz Daşkənddə yerə en-

di. Bir saat ehtiyat yanacaq doldurandan sonra saat 5-də Daş-

kənd-Dehli marşrutu ilə havaya qalxdıq. 

Təyyarənin pəncərəsindən Daşkəndin hüsnünə tamaşa edi-

rəm... Nə etmək, gözəl şəhərdir, amma ona yuxarıdan baxmaq 

günahdır. Ürəyimdə bir arzu baş qaldırır; vaxt tapıb bu gözəl 

şəhəri gəzmək lazımdır. Allah qoysa! 

Yanımızda Norveçlilər  əyləşiblər. Bir az ingiliscə tapala-

ya-tapalaya danışırıq, ölkəmiz, folklorumuz haqqında müəyyən 

məlumat verməyə çalışıram. 

 Sazın səsinə valeh olublar. Çox maraqla qulaq asırlar. 

 

 



03.10.1988 

 

Təyyarəmiz ehmalca yerə enir. Dehli şəhəri bizi qoynuna 

alır. Hava yaman istidir. Şəhərdə ilk diqqətimizi cəlb edən yol-

lardakı sol tərəfli hərəkət oldu. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə