Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə2/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   2   3   4   5   6   7   8   9   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

5



Tez-tez onu saz-söz sənətinin sərraflarının iştirak etdiyi 

mötəbər məclislərə dəvət etməyə başladılar. Xüsusi vurğulamaq 

istəyirəm ki, onun filologiya üzrə universitet

 

savadı məclis apar-



masına, insanlarla şirin münasibət qurmasına çox kömək edirdi. 

O, həm aşıq poeziyasını,

 

həm


 

 



çağdaş

 

poeziyamızı



 

gözəl bilirdi. 

Özü də ilhamlı şair idi. Bakıda məşhur 20 saylı məktəbdə 9-10-

cu

 



sinifləri

 

bitirməsi,



 

ADU-nun


 

filologiya

 

fakültəsində



 

təhsil al-

ması Aydının dünyagörüşünə dərin təsir etmişdir.

 

Hərtərəfli şə-



kildə onu bir çox aşıqlardan fərqləndirirdi. Bir sözlə, Aydın Ço-

banoğlu ziyalıların sevimlisinə,

 

xudmanı məclislərin ən arzuolu-



nan sənətkarına

 

çevrilmişdi.



 

Belə


 

məclislərdə

 

dinləyicilər adətən 



aşığa söz atar,

 

onun nəyə



 

qadir


 

olduğunu


 

yoxlayardılar.

 

Aydın elə 



cavab verərdi ki, hamı heyran olar, məclis daha da qızışardı. Bu 

bir yandan Aydının istedadından, digər tərəfdən də aşıq ocağın-

da böyüməsindən,

 

bilik səviyyəsindən



 

xəbər verirdi.

 

Çox keçmə-



di Aşıq Aydın ağır məclislərə dəvət olundu. 

Bir gün Şirvan aşıq məktəbinin görkəmli simalarından biri 

– Aşıq Qurbanxandan soruşurlar ki, indiki aşıqlardan kimi bə-

yənirsən? Cavab verir ki, bir kəndə iki dəfə toya aparılan aşığı. 

Aşıq Aydın Çobanoğlu nəinki bir kəndə, hətta bir nəslə 

dəfələrlə toya aparılardı. O, elə yaradıcı aşıq idi ki, hətta tez-tez 

Şirvan bölgəsinə belə məclislər aparmağa dəvət alardı. Bilənlər 

bilir ki, onun başına gələn faciə Şamaxıdan toydan qayıdarkən 

yolda baş vermişdi. 

Aydın Çobanoğlunu yaradıcılığının çiçəkləndiyi,

 

sazının-


sözünün, sənətinin püxtələşdiyi bir dövrdə itirdik. Mübaliğəsiz 

deyə bilərəm ki, o, Bakıda aşıq sənətini ən fəal və uğurla təbliğ 

edən, prof. Qara Namazovun təbirincə desək, sazı Bakıya daimi 

köçürən


 

sənətkarlardan biri idi. Aşıq Aydının qısa ömür payın-




Aydın Çobanoğlu 

 

 



6

da gördüyü gərəkli işlərə nəzər salanda heyran olmamaq olmur. 

Bu qədər işi, ulu ozan-aşıq sənətini dərindən sevən, onunla nə-

fəs alan sənətkar görə bilərdi.

 

Aşıq Aydın Çobanoğlunun ilk 



uğurları 1975-77-ci illərə təsadüf edib. I Ümumittifaq festivalı-

nın laureatı adını

 

1977-ci ildə qazanıb.



 

1977-79-cu illər

 



 



Gənc 

Aşıqların Respublika

 

baxış


 

müsabiqələrinin qalibi,

 

1984-cü il



 

– 

Polşa Xalq



 

Respublikası

 

Zelena-Qura



 

şəhərində

 

keçirilən



 

XI Bey-


nəlxalq Folklor Festivalının laureatı, 1985-ci ildə isə

 

II Dünya 



müharibəsində qələbənin 40 illiyinə

 

həsr



 

edilən


 

Ümumittifaq fes-

tivalı laureatı,

 

1987-ci il



 

 



Böyük Oktyabr Sosialist

 

İnqilabının 



70 illiyinə həsr edilən II Ümumittifaq Xalq Yaradıcılığı Festiva-

lının laureatı, sənətdəki uğurlarına, zəhmətkeşlərin və gənc nəs-

lin estetik tərbiyəsində mühüm xidmətlərinə görə Sov.İKP MK, 

SSRİ Nazirlər Sovetinin fəxri fərmanına,

 

1988-ci ildə Respubli-



ka Lenin Komsomolu mükafatına,

 

1988-ci



 

il

 



 

Almaniya



 

Demok-


ratik Respublikasına

 

(fevral, mart)



 

“Dostluq səfəri”ndə

 

Xalq 


çalğı alətləri ansamblı ilə birlikdə rəhbər kimi Abşeron rayonu-

nu təmsil etmiş  və  çıxışlarına görə  fəxri fərmana layiq görül-

müşdür. 

1988-ci ildə (02-08 aprel) Leninqradda (indiki Sankt-Pe-

terburq) keçirilən XVI “Folklor və gənclik” Ümumittifaq elmi-

təcrübi konfransda “Aşıq sənətinin öyrədilməsi yolları” mövzu-

sunda məruzə ilə çıxış edib. O, bu çıxışı ilə müxtəlif millətlərin 

nümayəndələrinin və  sənətşünaslarının hafizəsində xalqımızın 

əvəzsiz incisi olan aşıq sənəti, aşıq musiqisi barədə aydın təsəv-

vür yaratmışdır. Keçmiş  İttifaqın elm və incəsənət xadimləri,

 

alimlər Azərbaycan aşıq sənətinə, Aydın Çobanoğlunun maraqlı 



məruzəsinə  və ustad Aşıq  Əkbər Cəfərovla birgə ifalarına çox 


Ömrün etməyəcək vəfa dedilər 

 

7



yüksək qiymət vermişlər. Aydın Çobanoğlunun xatirə dəftərinə 

yazılan təəssüratlardan: 

Sənətşünaslıq doktoru Viktor Arkadyeviç Lapin: “Musiqi 

beynəlmiləl dildir, buna görə  də dostluq dilidir. Azərbaycan 

aşıqları bunu Repindəki “Yaradıcılıq evi”ndə beynəlmiləl tama-

şaçılar qarşısında parlaq şəkildə sübut etdilər. Sağ olun”. 

Vladivastok  İncəsənət  İnstitutunun dosenti Şiskova Alla 

Viktorovna: “İlk dəfədir ki, ecazkar aşıq sənəti ilə qarşılaşıram. 

Qarşınızda baş  əyir və Sizə çox sağ olun deyirik, Azərbaycan 

aşıqları!” 

İvanova-Frankovsk konservatoriyası “SSRİ Xalqları musi-

qisi” kafedrasının müəllimi, musiqişünas A.M.Turyanskaya: 

“Ecazkar aşıq sənətindən çox böyük həzz aldım. Mənə elə gəlir 

ki, doğma mahnılara vurğunluğu aşıqlardan öyrənmək lazımdır. 

Sizə böyük yaradıcılıq uğurları arzu edirəm ki, Sizin gözəl incə-

sənətinizlə bütün SSRİ xalqları tanış ola bilsinlər!” 

Elə  həmin ildə Hindistanda Abşeron rayon Mədəniyyət 

şöbəsinin xətti ilə Sovet-Hindistan festivalında

 

(oktyabr-noyabr) 



folklor kollektivi

 

ilə



 

bərabər


 

40

 



günlük

 

qastrol



 

səfərində

 

olmuşdur. 



1989-cu ildə (10-19 iyul) İsveçdə Falun şəhərində Beynəl-

xalq Folklor Musiqisi Festivalında Xalq artisti Canəli Əkbərov, 

kaman ustası Elman Bədəlov,

 

tarzən



 

Vamik


 

Məmmədəliyev, qar-

mon ifaçısı Vaqif Əsədovla birlikdə yüksək səviyyədə qastrol 

səfərində iştirak edib. 

A.Çobanoğlu 1990-91-ci illərdə Türkiyənin Konya şəhə-

rində


 

keçirilən “Konya Aşıqlar Bayramı”nda Qarslı aşıq Murad 

Çobanoğlu ilə yarışmada festivalın baş mükafatına – Atatürk qı-

zıl medalına layiq görülüb. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə