Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə3/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   2   3   4   5   6   7   8   9   ...   92

Aydın Çobanoğlu 

 

 



8

Müxtəlif illərdə Orta Asiya respublikalarında uğurlu qas-

trol səfərlərində olmuşdur. 

Aşıq Aydın "Aygün", “Günay” ailə ansanbılı və “İncəgü-

lü” aşıqlar ansamblı yaratmışdı. 1982-ci ildə Azərbaycan Döv-

lət Filarmoniyasında

 

Respublikada ilk dəfə



 

olaraq “Alı xan və 

Pəri xanım” (Pəri xanımın

 

sözlərini Məlahət



 

Yusifqızı ifa

 

edirdi.) 



dastanını tamaşaçılara çatdırmışdı. İlk aşıq qızlar ansamblı “Ay-

gün” bu dastan gecəsinin davamı kimi fəaliyyətə başlamışdı. 

O, 1983-cü ildən Azərbaycan Aşıqlar Birliyinin üzvü və 

Aşıqların

 

IV

 



qurultayının (1984) nümayəndəsi olmuşdur. A.Ço-

banoğlunun Azərbaycan Aşıqlar Birliyinin qurultaydan sonrakı 

fəaliyyətində böyük xidmətləri olmuşdur.

 

O,



 

ömrünün sonuna 

qədər Aşıqlar Birliyində Hüseyn Arifin müavini vəzifəsində ça-

lışmışdır. Bu, təsadüfi deyildi. Aşıq Aydın aşıq sənətini dərin-

dən bilir və ona yaradıcılıqla yanaşırdı. Ona yeniliklər gətirirdi. 

Yaxşı yadımdadır, o, ADU-nun filologiya fakültəsini bitirəndə 

görkəmli folklorşünas alim, prof.

 

Vaqif Vəliyevin rəhbərliyi ilə 



“Aşıq Nəcəfin həyat və yaradıcılığı” mövzusunda diplom işi 

yazmışdı. Diplom işinin müdafiəsində Xalq şairi, prof. Bəxtiyar 

Vahabzadə demişdi: “Bu diplom işi həcminə və mövzu əhatəsi-

nə görə namizədlik

 

işinə


 

layiqdir.

 

Mövzunun


 

adını dəyiş,

 

“II Dün-


ya müharibəsi illərində Tovuz aşıqları” adlandır və müdafiə et”. 

Təəssüf ki, ecazkar aşıq sənəti Aşıq Aydını elmdən ayır-

mış, Bəxtiyar müəllimin arzusu arzu olaraq qalmışdı. Təsəllini 

onda tapırıq ki, onun qoşmalarını, gəraylılarını, təcnislərini, xa-

rici ölkələrə səfər təəssüratlarını, aşıq sənəti və onun daşıyıcıları 

haqqında düşüncələrini içinə alan bu zəngin kitabda Aydının 

diplom işi də yer alır. Bu diplom işi, Azərbaycanda zəhmətkeş 

xalqın əmək fəaliyyətini, mənəvi dəyərlərini – adət-ənənələrini, 




Ömrün etməyəcək vəfa dedilər 

 

9



ümumilikdə  həyatın bütün sahələrini özündə  əks etdirən mü-

kəmməl bir işdir. Diplom işinin ikinci fəslində Sovet ideologi-

yası öz təsirini göstərmişdir. Bununla belə  əsəri bir cümləsinə 

toxunmadan, olduğu kimi oxuculara təqdim edirik. Filoloq və 

aşıq Aydın Çobanoğlunun diplom işi ilə tanışlıqdan sonra söz 

sərrafları akademik Bəxtiyar Vahabzadənin sözlərini bir daha 

təsdiqləyəcəklər.  

İyirmi ildən artıq Nizami adına  Ədəbiyyat  İnstitutunun 

Dissertasiya  Şurasının üzvü kimi, gənc alimlərin elmi rəhbəri 

kimi, onlarla doktorluq və namizədlik dissertasiyalarının müda-

fiəsində  rəsmi opponent kimi çıxış edən tədqiqatçı kimi, Res-

publikada folklor üzrə Əlaqələndirmə Şurasının sədri kimi tam 

məsuliyyətlə deyə bilərəm ki, Aydının diplom işi indiki tələblə-

ri nəzərə almaqla, azca əl gəzdirməklə namizədlik dissertasiya-

ları qarşısında qoyulan tələblərə cavab verir. 

Aşıq Aydının kitabda yer alan “Sazlı-sözlü dünyamız və 

sənətkarlar haqqında” bölümündəki məqalələrini oxuyandan 

sonra bir daha bu qənaətə gəldim ki, o, bir alim kimi də yetiş-

mişdi. Fikirlərimizi təsdiqə yetirmək üçün onun məqalələrindən 

bəzisinə  nəzər salmağı münasib bildik. Çobanoğlunun “Saz, 

söz, ifaçılıq və …” adlı məqaləsi elmi və təcrübi cəhətdən əsas-

landırılmış dərs vəsaiti səviyyəsindədir. Burada yeni saz havala-

rı, balaban, onun zəruriliyi, mətnin melodiyaya uyğun seçilmə-

si, aşıq gülləri, aşıq musiqisinin yarıtmaz təbliği, ifaçı və s. ya-

rımbaşlıqlarda qiymətli fikirlər irəli sürülmüşdür. Bu fikirlər 

günümüzdə də öz aktuallığını itirmir. 

Aydının Aşıq Əkbərin “Gənclik” nəşriyyatında çap olunan 

“İşıqlı tellər” kitabına və  Əlimərdanlı  Aşıq Nəcəfə  həsr etdiyi 




Aydın Çobanoğlu 

 

 



10

məqalələri göstərir ki, o, aşıq sənətini dərindən bilən nüfuzlu 

söz sahibi olub. 

Çobanoğlu

 

“Sazın


 

Ədalət


 

dünyası”


 

məqaləsində

 

Aşıq Əda-



lət Nəsibovun 1986-cı ilin oktyabr ayının 2-də Azərbaycan 

Dövlət Filarmoniyasında keçirilən konsertindən söz açır. Görün 

konsertdə kimlər olub. Mirzə İbrahimov, İsmayıl Şıxlı, Bayram 

Bayramov, Bəxtiyar Vahabzadə, Qabil, Vaqif Səmədoğlu, Sabir 

Rüstəmxanlı, Abbas Abdulla, professorlar Qulu Xəlilov, Tey-

mur Bünyadov, türkiyəli alim İbrahim Bozyel

 



 



başqaları. Məc-

lisi gənc şair Zəlimxan Yaqub idarə edirmiş. Belə tarixi faktları 

haradan əldə etmək olardı? Yaxşı ki, Aydın Çobanoğlu bunları 

qələmə alıb,

 

bizə


 

yadigar


 

qoyub.


 

Fəxarətlə

 

adlarını


 

sadaladığımız, 

xalqımızın layiqli ziyalıları  məclisdə  aşıq sənətindən,  Ədalət 

möcüzəsindən söz açmışlar. Aşıq sənətinin inkişafında və təbli-

ğində müstəsna xidmətləri olan Ədalətin ifasında sazın yeni 

vüsət almasını, xalqımızın tükənməz sərvətinə çevrilməsini xü-

susi vurğulamışlar. Ümumi rəy belə olub ki,

 

Ədalət olan məclis-



 

ondan  əvvəl saz çalmaq günah,



 

ondan sonra saz

 

çalmaq çal-



ğıçı üçün fəlakətdir. 

Məncə, bu, Aşıq Ədalətin sənətinə verilən ən ali və dəqiq 

qiymətdir. 

“Sazlı-sözlü nəğməkarlar” məqaləsi ADU-nun tələbəsi 

Aydın Musayevin ilk qələm təcrübələrindəndir. “Azərbaycan 

gəncləri” (22.03.1975) qəzetində çıxan bu məqalə Tovuz aşıqlar 

ansamblının Novruz bayramı günlərində Filarmoniyada verdiyi 

konsertdən bəhs edir. Məqalədə Əkbər Cəfərov, şəyirdləri Əli-

xan Niftəliyev, Ələsgər Tağıyev və Əskinaz Abbasovadan bəhs 

edir və Tovuz Aşıq məktəbinin bir səhifəsini yazmış olur. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə