Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə14/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   10   11   12   13   14   15   16   17   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

73



 

GÖZƏLDİR 

 

Əziz qonaq kimi, bir mehman kimi, 



Kürdivan kəndini gəzdim, gözəldir. 

Vüqarla çıxaraq “Mar”ın üstündən, 

“Dəyirman bulağı” süzdüm, gözəldir. 

 

Həvəslə “Heyvalı dərə”dən keçdim, 



“Söyüdlü bulaq”dan bir cam su içdim, 

“Bağələ”də xeyli gəzdim, dolaşdım, 

Əyilib bir lalə üzdüm, gözəldir. 

 

Hicrani, dilləndir o telli sazı, 



Ucalsın dağlara mahnı sədası! 

Məni məftun etdi sərin havası, 

Coşub, bu şeirimi yazdım, gözəldir. 

 

  



 

 

 



Kürdivan kəndi, 

01.08.1973 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Aydın Çobanoğlu 

 

 



74

 

BİR ZƏNƏN GÖRDÜM 

 

 

 



 

 

 



“Paq-paqqı” bulaqda bir zənən gördüm, 

Həya pərdəsini qırağa atmış. 

Saymır dörd yanını, saymır binadan, 

Abır ismətini ayağa atmış. 

 

Dağıdıb zülfünü tökdü gərdənə, 



Sandı yer üzündə özün bir dənə. 

Dili dinc durmadı, sataşdı mənə, 

Özünü qərq etdi bu dağa, batmış. 

 

Hayıf o boy-buxun, o gözəllikdən, 



Gör, kimə verilib, alınıb kimdən?! 

Hicrani, nə andın arsız zənəndən?! 

Bənd olma, qəflətdə qadağa yatmış. 

 

 



Basqal kəndi, 

03.08.1973 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

75



 

KAŞ 

 

Vədəm başa çatdı, vaxt tamam oldu



Kaş sizin yerlərə bir də gələydim. 

Hər axşam saz çalıb, şeir söyləyib, 

Sizinlə bir yerdə deyib, güləydim. 

 

Hələ çox arzum var, çox diləyim var, 



“Kəblə-Mahmud” üçün könlüm intizar. 

Gəzərək dağları, deyirəm, nolar, 

Bədo bulağından içə biləydim. 

 

Xan kəndi üstündən, Xanın qalası, 



Hicrani istəyir seyrinə dalsın. 

Bulaq üstə enib ağlayan qızın, 

Göz yaşını dost əliylə siləydim. 

 

Kürdivan kəndi, 

04.08.1973 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Aydın Çobanoğlu 

 

 



76

 

GEDİRƏM 

 

Bağça həsrətilə, bağ həsrətilə 



Könlümü bu yerdə qoyub gedirəm. 

Gəzmək həsrətilə, dağ həsrətilə 

Bağrımın başını oyub gedirəm. 

 

Fit dağına baxdım xeyli uzaqdan, 



Neçə nemət dərdim barlı budaqdan. 

Daşlardan süzülüb gələn bulaqdan, 

Elə bilməyin ki, doyub gedirəm. 

 

Hicraniyəm, gözüm yola zilləndi, 



Hicran yaşı ürəyimdə gölləndi. 

İntizarla telli sazım dilləndi, 

Anamı nigaran qoyub, gedirəm. 

 

 



 

 

Kürdivan kəndi, 

06.08.1973 

 

 




Ömrün etməyəcək vəfa dedilər 

 

77



 

NƏ OLDU 

 

Sənsiz seyr elədim Bədo bulağı, 



Ləzzəti nə oldu, dadı nə oldu? 

Gəlmədin bizimlə, gəlmədin niyə, 

Məqsədin nə oldu, adı nə oldu?! 

 

Açmadı qəlbimi yaşıl meşələr, 



Ruhuma yatmadı gözəl guşələr. 

Bağrımın başını dəldi şişələr, 

Göstərmədin bir imdadı, nə oldu?! 

 

Kimdən incimisən, məndənmi, gülüm?! 



Sən mənim istəklim, sən mənim gülüm. 

Aydınam, istərəm səninlə gülüm

Bəxş etmədin sən muradı, nə oldu? 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bədo bulağı, 

09.08.1973 


Aydın Çobanoğlu 

 

 



78

 

YOXDUR 

 

Səhər seyrə daldım dağlar başını, 



Nə çiskini, nə də dumanı yoxdur. 

Sınadım dostumun etibarını, 

Nə ilqarı, nə də imanı yoxdur. 

 

Ağlayan gözlərin yaşın silməyin, 



Hər açıqqəlblinin sirrin bilməyin. 

Yarla şənlənməyin, deyib-gülməyin, 

Nə bir vaxtı, nə də zamanı yoxdur. 

 

 



Hicrani, saralıb solan gülşənin, 

Nahaq yerdən çətin dərdə düşənin. 

Şux baxışdan pünhan eşqə düşənin

Nə dəvası, nə də dərmanı yoxdur. 

 

Kürdivan kəndi, 

Dəyirman bulağı. 

11.08.1973 

 

 

 



 

 

 



 

 

 



 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

79



 

GÖRÜNÜR 

 

Mücükənddən baxsan uca dağlara, 



Başında çən-çiskin, duman görünür. 

Vətənin nə gözəl guşələri var, 

Açır ürəyini, hər an görünür. 

 

Dondan dona girir dağlar anbaan



Gah qara bürünür, gah da al-əlvan. 

Olaydı bu yerdə nazlı yar həyan, 

Amma çox çətindir, pünhan görünür. 

 

Aşıq bəla çəkər şirin dilindən, 



İnanmıram bülbül dönə gülündən. 

Bir sevdalı ismi-pünhan əlindən 

Hicraninin könlü viran görünür. 

 

 



 

 

 



 

Mücü kəndi, 

12.08.1973 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə