Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə11/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   7   8   9   10   11   12   13   14   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

49



   

 

 



 

QƏHƏTDİRMİ 

 

Ay yolunu azan bədbəxt, 

Yol başına qəhətdirmi?! 

Çəmənlikdə işin keçmir, 

Kol başına qəhətdirmi?! 

 

Atmısan namusu, arı, 



İtirmisən etibarı. 

Ola bilməzsən qız yarı, 

Dul başına qəhətdirmi?! 

 

Zülmət olar səhər sənə, 



Yalman verməz kəhər sənə, 

Yaraşarmı yəhər sənə, 

Çul başına qəhətdirmi?! 

 

Tufan yıxmaz el öyəni, 



Əl düzəltməz dil əyəni. 

Dövran demir sən deyəni

Kül başına qəhətdirmi?! 

 

Gəl, eşit Çobanoğlunu, 



Azca dala sağ-solunu. 

Allahın ücüz ölümü 

Kal başına qəhətdirmi?! 

 

 



 

 

 



 


Aydın Çobanoğlu 

 

 



50

 

“ZƏRƏR YOXDU” DEYƏ-DEYƏ 

 

Nələr gördük bu dünyada



– “Zərər yoxdu”, – deyə-deyə. 

Ömür sürdük bu dünyada, 

– “Zərər yoxdu”, – deyə-deyə. 

 

Çoxu heç düşmədi yada, 



Çoxunu biz saldıq oda. 

Çoxunu da verdik bada, 

– “Zərər yoxdu”, – deyə-deyə. 

 

Baxmadıq naləyə, aha, 



Batdıq neçə min günaha. 

Satdıq ömrü ucuz, baha, 

– “Zərər yoxdu”, – deyə-deyə. 

 

Sandan çıxdıq, gözdən düşdük



Buzda donduq, odda bişdik. 

Çoxunun səhvindən keçdik, 

– “Zərər yoxdu”, – deyə-deyə. 

 

Döy dedilər, dərhal cumduq, 



Haqsız işə göz də yumduq. 

Dərya verdik, damla umduq, 

– “Zərər yoxdu”, – deyə-deyə. 

 

Özümüzü çaldıq, çapdıq, 



Yalanlardan qala yapdıq. 

Çox itirdik, bəs nə tapdıq 

– “Zərər yoxdu” deyə-deyə?! 



Ömrün etməyəcək vəfa dedilər 

 

51



 

Şübhələndik doğru-düzdən

İmarətlər qurduq sözdən. 

Sənətkarı saldıq gözdən, 

– “Zərər yoxdu”, – deyə-deyə. 

 

Haraya hay istəyirlər, 



Gedənə tay istəyirlər. 

Torpaqdan pay istəyirlər, 

– “Zərər yoxdu”, – deyə-deyə. 

 

Qorxuram ki, keçək dildən, 



Neçə dağdan, düzdən, çöldən. 

Qorxuram ki, köçək eldən, 

– “Zərər yoxdu”, – deyə-deyə. 

 

“Zərər yoxdu” qırdı bizi, 



Əyri gördük qəlbidüzü. 

Çox aldatdıq özümüzü, 

– “Zərər yoxdu”, – deyə-deyə. 

 

Olmazmı ki, indən belə



Çobanoğlu, qeyrət ilə 

Xeyir verək doğma elə, 

“Zərər yoxdu”, – deyə-deyə?! 

   


 

 

 



 

Bakı şəhəri, 

1991-ci il


Aydın Çobanoğlu 

 

 



52

  

MƏN 

 

Ay ünvana düz düşməyən, 



Əl ağacı deyiləm mən. 

Ay yüz ölçüb, bir biçməyən

Əl ağacı deyiləm mən! 

 

Doğulmuşam qurmaq üçün, 



Qəm-kədəri yormaq üçün. 

Kimlərisə vurmaq üçün 

Əl ağacı deyiləm mən. 

 

Dolanmışam gül içində, 



Sən boğuldun pul içində. 

Öyrənmişəm el içində 

Seviləm mən, öyüləm mən. 

 

Yaltaqlıq ki, deyil peşəm, 



Haram tikə yeməmişəm. 

Siz deyəni deməmişəm, 

Ona görə söyüləm mən?! 

 

Şoran torpaq dən bitirməz, 



Kişi haqqı-say itirməz! 

Bu arx bu suyu götürməz

İnanmayın, əyiləm mən! 

Əl ağacı deyiləm mən! 




Ömrün etməyəcək vəfa dedilər 

 

53



  

QINAMA MƏNİ 

 

Sönübdürsə odum, közüm, 



Qınama məni, qınama! 

Ürəyimdə qalıb sözüm, 

Qınama məni, qınama! 

 

Sevinc, kədər qoşa gələr, 



Gözün eybi qaşa gələr. 

Dil bəlası başa gələr, 

Qınama məni, qınama! 

 

Demə, Aydın gedir öndə, 



Günah yoxdu səndə, məndə. 

Meylim dönüb yenə kəndə

Qınama məni, qınama! 

 



Aydın Çobanoğlu 

 

 



54

 

DEYİN 

 

Badi-səba, bu halımı  



Siz yetirin yara, deyin! 

Onsuz keçən ömrüm, günüm 

Yenə olub qara, deyin! 

 

Qəsdi nədir, desin, görək,  



Boğazımdan keçmir çörək. 

Ayrılığa dözmür ürək, 

Hicran çəkib dara, deyin! 

 

Oymuş mənim şirin sözüm, 



Onsuz necə zülmə dözüm?! 

Yollarında qalıb gözüm, 

Dözmür ah-uf, zara, deyin! 

 

Tələsdirin sərvinazı,  



Aydınamı edir nazı?! 

Unutmuşam sözü, sazı, 

Qoy, eləsin çara, deyin! 



Ömrün etməyəcək vəfa dedilər 

 

55



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QOØMALAR 

 

   


 

   



Aydın Çobanoğlu 

 

 



56


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə