Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə12/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   8   9   10   11   12   13   14   15   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

57



 

LƏNƏT 

 

İnsanlıq adına ləkə gətirən, 



Bəzi insanların üzünə lənət! 

Həyatı dərindən duymadığından, 

Hər addım titrəyən dizinə lənət! 

 

Dostu dost yanında hörmətdən salan, 



Abad könlü yıxıb, eləyən talan. 

Çatanda qulağa şahmar tək çalan, 

Hiylə, kələk dolu sözünə lənət! 

 

Hicrani, nəbzini dinlə hər anın, 



Çox çəkmə dərdini dağın, aranın! 

İblis, mərdiməzar, aravuranın, 

Fitnə ocağının közünə lənət! 

 

1972-ci il 




Aydın Çobanoğlu 

 

 



58

 

ELƏYİR 

 

Deyirlər, öldürməz aşiqləri eşq



Bəs niyə saraldıb, diltəng eləyir?! 

Aparıb ağlını, huşunu başdan, 

Niyə susuzladıb, bədrəng eləyir?! 

 

Nədəndir, min əzab verir sevənə?! 



Deyin, bu əzabdır, ya da ki cəfa?! 

Axı deyirlər ki, cəfa çəkməsə, 

Nə aşiq, nə məşuq sürəmməz səfa. 



Ömrün etməyəcək vəfa dedilər 

 

59



 

GƏLDİ 

 

Küləkli, yağışlı bir payız günü 



Mən səni gözlədim, sözlərin gəldi. 

Sakitcə dinləyib, xəyala daldım, 

Görüşümə şəhla gözlərin gəldi. 

 

Düşündüm, yəqin ki, işlərin çoxdur, 



Bəlkə də gəlməyə imkanın yoxdur. 

Sandım, görməmişəm mən xeyli vaxtdır, 

İzlər arxasından izlərin gəldi. 

 

Kim dözər sevdanın hicran közünə, 



Heyranam hüsnünə, şirin sözünə. 

Hicrani Aydının qəmli gözünə 

Soyuqdan titrəyən dizlərin gəldi. 

 

   



 

 

 



 

06.01.1973 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Aydın Çobanoğlu 

 

 



60

 

LEYLİ DEMİŞƏM 

 

Niyə müəmmalı baxdın üzümə, 



Pərişan halıma, de, niyə güldün?! 

Mən ki, sənə çoxdan Leyli demişəm

Məcnun olduğumu təzəmi bildin?! 

 

Möhnət yoldaşımdı, dərd həmdəmimdi, 



Kədər oylağımdı, qəm məskənimdi. 

Zülmlərlə keçən ömür mənimdi, 

Söylə, bəs sən niyə xəyala daldın?! 

 

Həyat son dərəcə olsa da zalım, 



Səninlə bağlıdır varlığım, halım. 

Aydınam, döndükcə tərsə iqbalım, 

Nəmli gözlərimi əlinlə sildin. 

 

Bakı şəhəri, 



1973-cü il 

 

   



 

 

 



 

 

 




Ömrün etməyəcək vəfa dedilər 

 

61



  

KÖNÜL BİRLİYİ 

 

Sevib, sevgisindən ayrı düşənin 



Şəvə saçlarına tez düşməzmi dən?! 

Həyatda heç nədən qorxmasam da mən, 

Qorxuram bir səni itirməyimdən. 

 

Səmada buludlar toqquşan zaman 



Tənha ağacların qorxusu vardır. 

Biz ki, tək deyilik, qoşa durmuşuq, 

Tufan gücü çatmaz sevgimiz vardır. 

 

Cüt olan milçəyə aslan dəyərmi?! 



Namərd neyləyəcək qəlbi mərdlərə?! 

Ancaq ölüm hakim kəsilə bilər 

Sevgi tellərilə bağlı qəlblərə. 

 

Bakı şəhəri, 



1973-cü il 


Aydın Çobanoğlu 

 

 



62

 

HƏSRƏTİNDƏYƏM 

 

Hər zaman, hər yerdə sevinc içində 



Danışıb, gülməyin həsrətindəyəm. 

Bir sadə baxışla əziz dostumun 

Dərdini bilməyin həsrətindəyəm. 

 

İstərəm, heç kəsi görməsin kədər, 



Qəzaya düşməsin bir zərrə qədər. 

Ömrün getdiyini görəndə hədər, 

Göz yaşı silməyin həsrətindəyəm. 

 

Aşiq vüqarını gəzər yarında, 



Aydın öz eşqində, etibarında. 

Ay ana, sən nəvə intizarında, 

Mən hələ gəlninin həsrətindəyəm. 



Ömrün etməyəcək vəfa dedilər 

 

63



 

AĞLAMA 

 

Səni gördüm, sandım dünya mənimdir



Şəhla gözlüm, mehribanım, ağlama! 

Xöşbəxtliyin şöhrətimdir, şanımdır, 

Sərv boylum, xuramanım, ağlama! 

 

Xoş danışdın, dərdim, qəmim azaldı, 



Qış getdi, yerin güllü yaz aldı. 

Qəmləndin, bu şair könlüm sozaldı, 

Şirin sözlüm, din-imanım, ağlama! 

 

Sən güləndə sanki təbiət gülür, 



Ürəyimə sevinc, həm fərəh gəlir. 

Aydınam, əlimdə saz dilə gəlir, 

Gülər üzlüm, məhtəbanım, ağlama! 

 

 



 

 

 



 

Bakı şəhəri, 

1973-cü il 

 

 



 

 

 



 


Aydın Çobanoğlu 

 

 



64

 

SƏNSİZ 

 

Həsrət, hicran dolu sevda karvanım 



Gedib mənzilinə çatarmı sənsiz?! 

Toy-büsat görəndə tay-tuşlar kimi, 

Şadlıq kəməndini atarmı sənsiz?! 

 

Məni gördü, yağan yağış dayandı, 



Günəş çıxdı, aləm əlvan boyandı. 

Şəhla gözlüm, halım sənə bəyandı, 

Könül dərd yükünü satarmı sənsiz?! 

 

Sən bir xoş həyatsan, sən bir xoş dilək, 



Arzumdu, birlikdə qəmlənək, gülək. 

Bir özün fikirləş, sevdalı mələk, 

Aydın rahat olub, yatarmı sənsiz?! 

 

Bakı şəhəri, 



1973-cü il 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə